Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

İran 4 atom bombası yaratmağa kifayət edəcək qədər uran zənginləşdirib

İran 4 atom bombası yaratmağa kifayət edəcək qədər uran zənginləşdirib

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran uranın zənginləşdirilməsini 60%-ə qədər sürətləndirib ki, bu da nüvə bombası səviyyəsinə yaxındır. Bu barədə MAQATE rəhbəri Rafael Qrossi “Röyters” agentliyinə bildirib. MAQATE-nin son rüblük hesabatına görə, hətta proses indiki səviyyədə dayandırılsa belə, İran artq 4 nüvə bombası istehsal etmək üçün kifayət edəcək uran zənginləşdirə bilib.

Burada risklər nə dərəcədə güclüdür? Tehranın atom bombalarına sahib olması faktı ilə üzləşdikdə region hansı vəziyyətdə qala bilər?

Bu barədə xarici ekspertlər Caliber.Az-la fikirlərini bölüşüblər. Rəyləri oxucularımıza təqdim edirik.

Qüdsdəki İvrit Universitetinin Asiya və Afrika İnstitutundan iranlı ekspert doktor Vladimir Mesamed qeyd edir ki, hazırda İranın nüvə proqramı ilə bağlı bütün Yaxın Şərq üçün təhlükə elementi kimi qeyri-müəyyən vəziyyət yaranıb.

“Bir tərəfdən, iki həftə əvvəl MAQATE-nin Direktorlar Şurasının iclası oldu və orada Avropa üçlüyünün, yəni İngiltərə, Fransa və Almaniyanın təşəbbüsü ilə kifayət qədər sərt qərar qəbul edildi. Və bu bəyanatda İrana hədə-qorxu gəlindi ki, uranı zənginləşdirməyə davam etməməlidir, çünki o, uranı artıq 60%-ə qədər zənginləşdirib, hətta ondan da yüksək səviyyədədir ki, buna müəyyən sübutlar var. Və bunu nəzərdən qaçırmağın mənası yoxdur, çünki MAQATE daha sərt qərarlar qəbul edə bilər.

Digər tərəfdən, Pezeşkianın hakimiyyətə gəlməsi və hələ də imzalanmamış yeni JCPOA (“nüvə müqaviləsi”) var.

Ona görə də, əslində, son günlər bu istiqamətdə çox maraqlı hadisələr baş verib, xüsusən də iki yüksək rütbəli İran diplomatının (xarici işlər nazirinin müavini Kazım Qəribabadi və Məcid Taxt-Rəvançi) Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarının müavini Enrike Mora ilə görüşü barədə danışmaq olar.

Mora Aİ adından İranın son iki prezidentinin andiçmə mərasimində iştirak edib. Və daha doğrusu, onun səfəri, görüşü Aİ-nin İranla bağlı rəsmi siyasətinə uyğundur. Yəni, ümumiyyətlə, Aİ onun inaqurasiya üçün Tehrana səfərini blokun əsas dəyərlərinə zidd hesab etsə də, əslində bu, Brüsselin rəsmi siyasətinə uyğun gəlir. İrana qarşı siyasət bu şəkildə ifadə edilir: kritik qarşılıqlı əlaqə adlanır. Yəni bir tərəfdən açıq ünsiyyət kanallarından istifadə edir, digər tərəfdən də sanksiyalar tətbiq edə bilirlər.

İ.Qəribabadi Cenevrədə Enrike Mora ilə görüşün nəticələrinə əsasən diplomatik danışıqlara başlanılmasına qərar verildiyini bildirib. Mətbuata açıqlamasında o, son ikitərəfli, regional və qlobal hadisələrin kompleksini nəzərdən keçirmək və qiymətləndirmək imkanı olduğunu bildirib.

Amma nəzərə almalıyıq ki, İran Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Arakçi bu görüşü başqa cür dəyərləndirib. O, JCPOA istiqamətində irəliləyişin əslində minimal olduğunu söyləyib. Arakçi bəzən çox sərt mövqelər tutsa da, digər tərəfdən bir növ liberal olduğunu göstərməyə çalışır. Belə ki, onun fikrincə, iranlı və avropalı müzakirəçilər arasında Cenevrə görüşü beyin həmləsi sessiyasıdır və indiki vəziyyətdən həqiqətən çıxış yolunun olub-olmadığını, yəni danışıqlara keçməyin mümkün olub-olmadığını göstərməlidir.

Və bu baxımdan demək lazımdır ki, Qərb də bütün bunlara kifayət qədər maraqlı baxır. MAQATE-nin Direktorlar Şurasının iclasından əvvəl Qrossi Tehranda olub və orada müxtəlif vədlər verib. Bəs reallıqda iranlılar MAQATE-nin qərarına cavab olaraq nə etdilər? Onlar deyirdilər ki, yeni sentrifuqalardan istifadə edəcəklər və nüvə yükü yığacaqlar”,- elmlər doktoru deyir.

Onun fikrincə, İranda bunu ona görə deyirlər ki, danışıqların başlanması Qərb üçün məcburi tədbirlərlə bağlıdır.

“Yəni, bu o deməkdir ki, onlar başa düşürlər: Suriya böhranının kəskin mərhələsi var və buna görə də onların “Kayhan” qəzeti bu yaxınlarda yazıb ki, İran istiqamətində Avropa təmaslarına Suriyada son həftə baş verən hadisələrlə yanaşı baxmaq lazımdır. Əsəd rejimi tamamilə çökdü. Yəni hücum planlaşdırmaq, Qərbin suriyalı üsyançılara kömək etdiyi hər şeylə onlar sionistlərə kömək etdiklərini düşünürlər və buna görə də Qərbə onlara kömək edən siyasi qüvvə kimi baxırlar, deyirlər ki, Qərb həmişə ikiüzlüdür.

Üstəlik, ABŞ-da İranın uranın zənginləşdirilməsini davam etdirməsi həm də MAQATE ilə əməkdaşlıqdan fərqli olaraq, gərginliyin artması yolunun davamı kimi qiymətləndirilib.

Bu danışıqların perspektivlərinə gəlincə, iranlı analitik Məhəmməd Cavad Camali Nobandan Qani bu məsələ ilə bağlı danışaraq bildirib ki, tərəflərin uğur qazanacağına əmin olmaq mümkün deyil, tələsik və vaxtından əvvəl mühakimə yürütmək olmaz, çünki danışıqlar çox uzun prosesdir. Həqiqətən, JCPOA-ya səbəb olan danışıqları xatırlasaq, onlar 12 il davam etdi. O qeyd edir ki, regionda vəziyyət qeyri-sabitləşib və buna görə də nəsə etmək lazımdır. Ona görə də dialoqda fasilələr olmamalıdır.

Digər tərəfdən, yadda saxlamalıyıq ki, İran həqiqətən nüvə bombasına can atır, bunu bu yaxınlarda az qala rəsmi şəkildə bəyan edib, bu, xüsusilə, nüvə silahı yaradılması qadağasından bəhs edən fətvanın zəruri olub-olmaması ilə bağlı müzakirələrdən aydın görünür. İranda uzun müddətdir ki, bu, zəruri prosesdir, təkcə nüvə silahı istehsal etmək və yığmaq deyil, həm də ondan istifadədən söhbət gedir.

Bu yaxınlarda İran Məclisinin deputatlarından bu barədə açıq məktub gəldi, çoxlu çıxışlar oldu, bəlkə də bu rəsmi çəkiyə sahib olacaq.

Amma iranlılar başqa bir şeyi də bilirlər: yeni dövr gəlir, Tramp hakimiyyətə gəlir və ondan çəkinirlər və buna görə də, yəqin ki, qəfil hərəkət etməyəcəklər. Amma onların qəfil hərəkətlərə ehtiyacı yoxdur, sakitcə nüvə ehtiyatı toplamaqda davam edirlər, bu, dünyanın diqqət obyektinə çevrilmir, çünki, sözün əsl mənasında, orada MAQATE-nin müşahidəçiləri yoxdur, çünki onlar çoxdan bu imandan məhrum olublar. MAQATE Direktorlar Şurasının son qərarından belə bir nəticə çıxmır ki, onlara bu hüquq veriləcək.

Ona görə də Yaxın Şərqdə çox kəskin hərəkətlər mümkündür. Ancaq demək istəyirəm ki, İran yaxın gələcəkdə nüvə bombasına sahib olsa belə (İsrail bu prosesi daim nəzarətdə saxlayır), bu, sadəcə olaraq, çəkindirmə elementi olacaq, iranlılar da bunu deyirlər. Digər sual isə odur ki, Tehrana etibar etmək olarmı? Düşünürəm ki, yox”,- deyə Mesamed yekunlaşdırır.

İranlı tədqiqatçı və jurnalist Maykl Borodkin bildirib ki, İran Livandakı Hizbullahdan tutmuş Yəmənə qədər öz etibarlı qüvvələri və peyklərinin köməyi ilə uzaq sərhədlərdə müdafiə sistemi qurmaqla paralel olaraq uzun müddətdir nüvə proqramı hazırlayır.

“Bölgədə baş verən son təlatümlü hadisələr bu müdafiə sistemini iflasa gətirib çıxarıb. Ona görə də rejimin öz təhlükəsizliyinin əsas təminatı hesab etdiyi ikinci vasitəni- nüvə proqramını hazırlamaq məntiqli görünür.

Suriyada Bəşər Əsəd rejiminin süqutu İran üçün onların uzun illər qurduqları zəncirin kritik halqasını itirməsi deməkdir. Livan Hizbullahı artıq İsraillə müharibə nəticəsində xeyli zəifləyib və indi onun mövcudluğu sual altında olacaq, çünki Suriyaya nəzarət olmadan İran rejimi çətin ki, öz döyüş potensialını bərpa edə bilsin”,- deyə tədqiqatçı hesab edir.

Onun fikrincə, bütün bunlar İran rejimini o qədər qorxuda bilər ki, onlar nüvə silahı üzərində işi mümkün qədər tez başa çatdırmağa çalışacaqlar.

“İranın nüvə dövlətinə çevrilməsi Yaxın Şərq regionunda dərhal silahlanma yarışı deməkdir. Tehrandan sonra nüvə silahlarını ilk mərhələdə Türkiyə, Səudiyyə Ərəbistanı və Misir, daha sonra isə ola bilsin ki, digər ölkələr yaradacaq. Belə bir ssenari, əlbəttə ki, Yaxın Şərqdə ciddi sabitliyin pozulmasına, hətta yeni müharibələrə gətirib çıxaracaq”,- Borodkin etiraf edib.

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti çərçivəsində hazırlanıb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 Dekabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri