İran ABŞ a xəbərdarlıq etdi “Hücum etsələr, daha sərt cavab alacaqlar”
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Biz dəfələrlə bəyan etmişik ki, güc yolu ilə özümüzü müdafiə etməyə tam hazırıq. Eyni zamanda, danışıqlar vasitəsilə ədalətli razılaşmaya nail olmağa da hazırıq”.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi İRNA agentliyinə müsahibəsində bildirib.
“Biz konkret şərtlərimizi açıqlamışıq və yazılı plan təqdim etmişik. İndi hər şey ABŞ tərəfinin qərarından asılıdır. Onlarda siyasi rasional düşüncənin üstünlük təşkil edib-etməyəcəyi, diplomatik yolu seçmək iradəsinin olub-olmayacağı, yoxsa əvvəlki kimi təcavüzə can atacaqları əsas məsələdir.
Biz hər iki ssenariyə əvvəlkindən də yaxşı hazırıq. Əgər yenidən bizi sınağa çəkməyə cəsarət etsələr, əvvəlkindən qat-qat sərt cavab alacaqlarını bilirlər. Əgər dürüst diplomatiya yolunu seçsələr, biz də danışıqlara hazırıq.
Hörmüz boğazının açılması ilə bağlı şərtlərimiz kifayət qədər aydın və şəffafdır. Bu şərtlər qəbul edilərsə, Hörmüz boğazı açılacaq və danışıqlar bərpa olunacaq.
Biz prinsipial mövqelərimizdən geri çəkilməyəcəyik və heç bir güc qarşısında baş əyməyəcəyik. Bununla yanaşı, dialoqa üstünlük veririk və qarşı tərəf də belə yanaşma sərgiləyərsə, müsbət əməkdaşlığa hazırıq.
Əks halda, əgər onların niyyəti bizi aldatmaq, yaxud hərbi əməliyyatlara və təcavüzə əl atmaqdırsa, biz buna da hazırıq. O zaman qətiyyətli cavablarımızın şahidi olacaqlar”, – deyə Əraqçi bildirib.
Post navigationPrevious: 65 yaş tamam olur, amma pensiya verilmir? – Əsas şərtlər bunlardır
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 02 Noyabr 2026 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















