İran ABŞ hərbi bazalarında 18 hədəfi vurduğunu açıqlayıb
Yeniavaz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Yaxın Şərqdəki Amerika hərbi bazalarında 18 hədəfin vurulduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran dövlət televiziyası SEPAH-a istinadla məlumat yayıb.
Məlumata görə, əməliyyatın iki dalğası ərzində SEPAH-ın aerokosmik və hərbi dəniz qüvvələrinin qırıcıları ABŞ ordusuna məxsus Əli əl-Salim və Əhməd əl-Cabir bazalarındakı 18 hədəfi vurub.
İran dövlət televiziyasının verdiyi məlumata görə, onların arasında Bəhreyndə yerləşən Şeyx İsa bazası da olub.
SEPAH-ın məlumatına görə, zərbələr ABŞ ordusunun bir sıra korpus bölmələrinə, sahil postlarına, polis məntəqələrinə və Bəndər Abbas hava limanı ərazisinə qarşı hərəkətlərinə cavab olaraq endirilib.
Əməliyyatda həm raketlərdən, həm də dronlardan istifadə edildiyi bildirilir.
Bu mövzuda digər xəbərlər:İran Bəhreyndəki ABŞ hərbi obyektlərini vurduğunu açıqlayıb
18 İyul 2026 01:24
İran İordaniyadakı ABŞ bazalarını vurduğunu açıqlayıb
04 Sentyabr 2026 23:14
İran Hörmüz boğazı üzərində ABŞ dronunu vurduğunu açıqlayıb
15 Sentyabr 2026 12:36
İran ABŞ bazalarında anqar və yanacaq anbarlarını məhv etdiyini açıqlayıb
21 Mart 2026 22:35
ABŞ ordusu münaqişənin əvvəlindən 43 İran gəmisini vurduğunu açıqlayıb
07 Mart 2026 06:09
Baxış sayı:154
Bu xəbər 11 İyun 2026 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















