İran ABŞ nin Səudiyyə Ərəbistanındakı hərbi bazasına dron zərbəsi endirib
Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran Səudiyyə Ərəbistanında yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatları ilə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Bildirilib ki, hücumların əsas hədəfi ölkənin şərq bölgələri olub və zərbələr bir neçə dron vasitəsilə həyata keçirilib.
Bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı yanında müşavirlər qrupunun rəhbəri Ali Fadavi İran hərbçilərinin Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv etdiyini iddia edib.
Eyni zamanda, “Bloomberg” agentliyinin məlumatına görə, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Tehranın kritik infrastruktur obyektlərinə hücum edəcəyi təqdirdə İranla hərbi münaqişəyə qoşulma ehtimalını nəzərdən keçirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 26 Mart 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















