İran ABŞ və İsrail bazalarını vurdu “Ən gərgin əməliyyat oldu”
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
İran Ordusu ABŞ və İsrail bazalarına qarşı ən gərgin əməliyyat başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) İran dövlət televiziyasında yayımlanan 30 nömrəli bəyanatında deyilir.
SEPAH “Əsl vəd 4” əməliyyatının 37-ci dalğasının hücumların başlanğıcından bəri ən ağır və gərgin mərhələ olduğunu açıqlayıb:
“Təl-Əvivin cənubundakı peyk rabitə mərkəzi, Qərbi Qüds və Hayfadakı hərbi mərkəzlər, Ərbildəki ABŞ hədəfləri və bölgədəki 5-ci Dəniz Donanması ikinci dəfə hədəfə alınıb. 37-ci əməliyyat hücumların başlanğıcından bəri ən ağır və gərgin əməliyyat oldu”.
Bildirilib ki, əməliyyat 3 saatdan çox davam edib və bu müddət ərzində iki tonluq ballistik döyüş başlığı ilə təchiz edilmiş “Xorrəmşəhr” raketindən istifadə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 11 Mart 2026 06:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















