Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Gələn ay 30 manat yardım veriləcək

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

İran Araz çayı üzərində hərəkətə keçir: Ermənistanı sevindirən gəlişmə FOTO

İran Araz çayı üzərində hərəkətə keçir: Ermənistanı sevindirən gəlişmə FOTO

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistan və İran arasında Araz çayı üzərində ikinci sərhəd körpüsünün tikiləcəyi açıqlanıb. İran hökuməti bildirib ki, bununla bağlı Ermənistan, Azərbaycan və Avropa arasında tranzit daşımalarda səmərəli rol oynayacaq Fars körfəzini Qara dənizlə birləşdirən dəmir yolunun inkişafı üzrə strateji plan razılaşdırılıb.

Bu körpünün region və ölkəmiz üçün mahiyyəti nədir? Gələcəkdə hər hansı risklər doğura bilərmi?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Ermənistan və İran arasında Araz çayı üzərində ikinci körpünün inşası barədə açıqlama, Cənubi Qafqazda geoiqtisadi rəqabətin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir:

“Tehran bu körpünü sadəcə infrastruktur layihəsi kimi yox, “Fars körfəzi–Qara dəniz” marşrutunun əsas halqası, yəni Şimal-Cənub dəhlizinin ayrılmaz hissəsi kimi təqdim edir. Şübhəsiz ki, bunun nə qədər real və həiqəqtə uyğun olduğunu zaman göstərəcək. Bununla yanaşı, Ermənistan üçün bu təşəbbüs Gürcüstan və Rusiya üzərindən keçən ənənəvi marşrutlardan qismən asılılığı azaltmaq, İran üçün isə Qara dəniz və Avropa bazarlarına çıxışı möhkəmləndirmək imkanı deməkdir. Bu layihə həm də sanksiyalar altında olan Tehranın öz tranzit imkanlarını genişləndirmək və regional oyunçu statusunu gücləndirmək niyyətini ortaya qoyur.

Əslində, İran uzun illərdir ki, Şimal-Cənub dəhlizini beynəlxalq ticarətin əsas alternativ xətti kimi təqdim etməyə çalışır. Bu dəhliz Hind okeanından Fars körfəzi vasitəsilə İrana, oradan isə Qafqaz və Rusiya üzərindən Avropaya çıxış imkanlarını nəzərdə tutur. Bu marşrutun strateji məqsədi Çini və Hindistanı Avropa ilə birləşdirmək, eyni zamanda İranın regiondakı tranzit rolunu möhkəmləndirməkdir. Ermənistan üzərindən ikinci körpünün inşası da məhz bu kontekstdə qiymətləndirilməlidir. Yəni, Tehranın maraqları Cənubi Qafqazı Şimal-Cənub dəhlizinin mühüm bəndinə çevirməkdən ibarətdir.

Lakin paralel olaraq Vaşinqtonda əldə olunan razılaşma tamamilə başqa istiqamətdə yeni perspektivlər açır. Söhbət Zəngəzur dəhlizinin yeni formatından – TRİPP layihəsindən gedir. Bu layihə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün geoiqtisadi mənzərəni dəyişdirə biləcək əhəmiyyətə malikdir. Əvvəla, Azərbaycanın əsas ərazi ilə Naxçıvan arasındakı birbaşa əlaqəsinin bərpası Azərbaycan dövlətçiliyinin strateji hədəflərindən biridir. Uzun illər blokada şəraitində qalan muxtar respublikanın ölkənin iqtisadi və sosial məkanına tam inteqrasiya olunması yalnız daxili deyil, həm də regional əhəmiyyət daşıyır”.

Elçin Mirzəbəyli

Deputat deyib ki, Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm seqmentidir:

Həmçinin oxuyun:

İran Bakıya Zəngəzurla bağlı xoşagəlməz bilgi sızdırdı – Deputat xəbərdarlıq etdi

“Orta Dəhliz Çindən başlayaraq Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan ən qısa marşrutdur. Bu dəhliz “Bir kəmər – bir yol” təşəbbüsünün mühüm hissəsi olmaqla yanaşı, Avropa üçün də Çin və Asiya bazarlarına çıxışda əsas alternativ yoldur. Zəngəzur dəhlizinin açılması Orta Dəhlizin dayanıqlığını möhkəmləndirir, yükdaşımaların vaxt və məsrəf baxımından daha səmərəli olmasını təmin edir. Bu, Azərbaycanın tranzit mərkəzi kimi rolunu daha da gücləndirir və ölkəni beynəlxalq ticarət zəncirlərində əvəzsiz mövqeyə sahiblənməsinə zəmin yaradır.

TRİPP layihəsinin ABŞ-ın iştirakı ilə həyata keçirilməsi yeni geosiyasi reallıq formalaşdırır. Vaşinqtonun layihəyə dəstək verməsi Qərbin Cənubi Qafqazdakı maraqlarının artdığını göstərir. Bu, eyni zamanda Rusiya və İranın regiondakı təsir imkanlarını məhdudlaşdıran, Azərbaycanın isə beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirən bir faktordur. ABŞ-ın iqtisadi və siyasi dəstəyi Zəngəzur dəhlizinin daha tez və səmərəli reallaşdırılmasına təkan verəcək.

Burada diqqətçəkən mühüm məqam ondan ibarətdir ki, İranın təşəbbüs göstərdiyi ikinci körpü ilə Zəngəzur dəhlizi tamamilə fərqli geoiqtisadi layihələrə xidmət edir. Araz üzərində inşa olunacaq körpü Şimal-Cənub dəhlizi çərçivəsində nəzərdə tutulub. Bu dəhliz İranın tranzit imkanlarını artırmağa yönəlib və əsasən Hind okeanı-İran-Qafqaz-Rusiya xətti üzrə qurulub. Zəngəzur dəhlizi isə Orta Dəhlizin ayrılmaz hissəsidir. Bu marşrut isə Çin-Mərkəzi Asiya-Xəzər-Azərbaycan-Türkiyə-Avropa istiqamətində daha geniş iqtisadi məkan yaradır. Yəni, əslində, bu iki dəhliz bir-birinə alternativ deyil”.

Fars körfəzi-Qara dəniz dəhlizi

E.Mirzəbəyli hesab edir ki, Azərbaycan üçün əsas strateji üstünlük məhz Zəngəzur dəhlizindədir:

“Çünki bu dəhliz ölkəmizin iqtisadi məkanını bütövləşdirir, Naxçıvanı blokadadan çıxarır, Orta Dəhlizin səmərəliliyini artırır və ölkəmizin tranzit mövqeyini gücləndirir. Bununla yanaşı, Azərbaycanı regionun əsas logistik qovşaqlarından birinə çevirir.

Əlbəttə, bütün bunlarla yanaşı, risklər də mövcuddur. İran-Ermənistan xəttinin fəallaşması tranzit gəlirləri üçün müəyyən rəqabət yarada bilər.

Geosiyasi aspektdə isə vəziyyət daha da mürəkkəbdir. ABŞ-ın dəstəyi ilə həyata keçirilən TRİPP layihəsi regionda Qərbin təsirini artırır və Azərbaycanın Qərblə əməkdaşlığını gücləndirir. İran-Ermənistan xətti isə əksinə, Şimal-Cənub dəhlizini canlandırmaqla Qərb təsirinə balans yaratmaq istəyir. Beləliklə, regionda paralel şəkildə iki geoiqtisadi xətt formalaşır və bu da həm rəqabət, həm də əməkdaşlıq imkanları yaradır. Nəticə etibarilə, Araz üzərində ikinci körpü Ermənistan və İran üçün yeni imkanlar açsa da, Azərbaycanın əsas strateji maraqları Zəngəzur dəhlizinə bağlıdır. Çünki məhz Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm halqası kimi ölkəmizin iqtisadi, siyasi və geoiqtisadi mövqeyini gücləndirir, Azərbaycanı  beynəlxalq tranzit şəbəkəsində mərkəzi oyunçuya çevrilir”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Avqust 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see398

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see264

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see216

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see158

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see157

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see152

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see150

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see148

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see140

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see123

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see122

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri