İran axtarışda olan şəxsi Azərbaycana verdi
Icma.az, Unikal.az saytına istinadən bildirir.
“Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında təslim etmə haqqında” 21 fevral 1998-ci il tarixli Müqavilənin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Hüseynov Ülvi Rafik oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti İran İslam Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.
Baş Prokurorluqdan "Unikal"a verilən məlumata görə, Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.
Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 23 Oktyabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















