Icma.az
close
up
RU
İran ayətullahı “anti Azərbaycan xoru”nda

İran ayətullahı “anti Azərbaycan xoru”nda

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

Avropa Parlamentinin sarsaq bəyanatına cənub qonşumuzdan dəstək verilir; separatçıların həbsi çoxlarını kədərə qərq edib

Avropa Parlamentinin Azərbaycandakı vəziyyət və siyasi məhbuslar mövzusunda qəbul etdiyi növbəti qərəzli qətnaməyə İrandan dolayı dəstək gəlib. Tribuna.az xəbər verir ki, İranın tanınmış dindarlarından olan ayətullah Cəfər Sübhani guya Azərbaycanda dindar qadınların həbsdə olduğu, hətta onların aclıq aksiyası keçirdiyi barədə bəyanat yayıb.

Xəbərdə bildirilir ki, Cəfər Sübhani qadınlardan “aclıq aksiyasının dərhal dayandırmağı” xahiş edib. Sübhani hətta Azərbaycan rəsmilərinə müraciət edərək, onların tezliklə azad edilməsini istəyib. 96 yaşlı əyatullahın Azərbaycana bu cür həssas mövzuda diqqəti haqlı suallar doğurur. Əvvəla, söhbət hansı dindar xanımlardan gedir, bu bilinmir. İkincisi, Azərbaycan hakimiyyətinin iradəsi ilə hazırda amnistiya aktı icra olunur və həbsdən azad edilənlər sırasında qadınlar da var.

Qeyd edək ki, əvvəllər də Cəfər Sübhani Azərbaycanı hədəf alan bəyanatlar səsləndirib, ölkəmizin “Qərbin ideoloji bataqlığına” düşdüyünü iddia edib. Cəfər Sübhani Nardaran hadisələri zamanı da bəyanat yayaraq radikal dindarlara dəstək ifadə edib.

Mütəllim Rəhimli

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Yeni Müsavat”a dedi ki, Avropa Parlamenti hər zaman belə üsullardan Bakıya qarşı istifadə etməyə çalışır: “Avropa Parlamentinin dekabrın 18-də qəbul etdiyi qətnamə Azərbaycanda insan haqlarının vəziyyətinə dair beynəlxalq narahatlıqları vurğulayır. Bu, son illərdə Avropa İttifaqının Azərbaycana qarşı oxşar qətnamələrinin davamıdır və sanksiyalar tətbiqi kimi tədbirləri tövsiyə edir. Azərbaycan tərəfi isə bu iddiaları rədd edərək, ölkədə "siyasi məhbus" anlayışının olmadığını, qanunçuluğun hökm sürdüyünü bildirir. Avropa İttifaqı hər zaman ölkəmizə qarşı bu cür vasitələrdən istifadə edərək basqı göstərməyə çalışır. Onun səmimiliyi artıq hər kəsdə şübhə doğurur. İnsana məxsus fundamental dəyərlərin pozulmasına istinad edərək siyasi maraqlarını reallaşdırmağa çalışır. Maraqlıdır ki, hər zaman bir-birinə qarşı düşmənçilik mövqeyində dayanan Avropa Birliyi ilə İran İslam Respublikası indi Azərbaycana qarşı eyni mövqedən çıxış edir. İranın və Avropa İttifaqının mövqeləri fərqli motivasiyalara - biri dini, digəri insan haqları məsələsinə əsaslansa da, ortaq dildə danışmağa başlayıblar. İranlı ayətullah Cəfər Sübhaninin bəyanatında guya ölkəmizdə çoxsaylı qadınlar dini baxışlarına görə həbs edildiyi qeyd olunur. O, həbsdə olan qadınların aclıq aksiyasını dayandırmasını xahiş və məhbusların azad edilməsini tələb edir. Sübhani 2015-ci il Nardaran hadisələri zamanı da bu cür açıqlamalar vermişdi. Onun bəyanatları radikal dini qruplara dəstək təsiri bağışlayır. Bu da İranın regionda dini təsirini gücləndirmək cəhdləri kimi qiymətləndirilə bilər. Bütün bunlar əslində İranın düşünülmüş addımlarıdır. İnsanların həssas hisslərinə mesaj ünvanlayaraq özünü təəssübkeş kimi göstərməyə çalışır. Dini libasa bürünərək İslamın mahiyyətinə zidd olaraq insanlar arasında kin, nifrət toxumu səpməyə çalışır. Əgər onlar müsəlmançılığın tələblərinə riayət edirlərsə, bəs niyə İranda insanların haqları bu qədər pozulur, günahsız adamlar dar ağacından asılır. Başqasının dərdinə yanan şəxs əvvəlcə özünün problemini həll etməlidir ki, qarşıdakına söz deməyə haqqı çatsın".

Niyaməddin Orduxanlı

ƏHD Partiyasının baş katibi, politoloq Niyaməddin Orduxanlı hesab edir ki, bu həbslərdən sadəcə məyus olma halları yoxdur, əksinə, sevinirlər: “Birincisi, Avropa Parlamentinin Azərbaycana münasibətininin nə qədər qərəzli, ədalətsiz olmasını 44 günlük savaşda görmüşük. Qəbul etdikləri qərar Səmədovun və Əbilovun özbaşına həbsi adlanır. Qərarın daxilində başqa adlar da var, amma qərar niyə bu iki separatçının adı ilə adlandırılır? Separatçıların, yaxud kimlərinsə həbsi onları narahat etsəydi, bunu bağlı qapılar arxasında müzakirə etməli idilər. Bunu etmirlərsə, deməli, həbslərdən nəinki məyus olmayıblar, əksinə, sevinib, Azərbaycana hücum üçün bir şans kimi qiymətləndiriblər. Qarabağdakı separatçıların vaxtında məsuliyyətə cəlb olunmamasının hansı faciələrə yol açdığını gördük. Görünür, insanların iztirablarından, tökülən qanlardan doymayıblar. İran molla rejiminin Avropa Parlamentinin qərarından istifadə etməsinə gəldikdə, buna qətiyyən təəccüblənməməliyik. Azərbaycanın daxilində separatçılara hər zaman ən çox dəstək verən İran deyil? 30 il Qarabağdakı separatçıları İran bütün gücü və imkanı ilə dəstəkləmirdi? 1990-cı ilin əvvəllərində Azərbaycanın cənubunda yaradılmış "Talış Muğan Respublikası"na İran və Rusiya himayədarlıq edirdi. Nardaran qəsəbəsini də vaxtilə İran Azərbaycana qarşı yaratmışdı. Öz çirkin məqsədlərini həyata keçirmək üçün Nardaranda bır sıra şəxsləri də ələ almışdılar. Bütün bunlar yaxın tariximizdə baş vermiş hadisələrdir. 2023-cü ildən Azərbaycanda separatizmin kökü kəsilib. Bunu İran həzm edə bilmir. Bu gün Azərbaycanın müstəqilliyini və güclənməsini istəməyən İran və bir sıra dövlətlər separatçılardan Azərbaycana qarşı istifadə edirlər. Hər gün biz İran televiziyası olan “Səhər” də Azərbaycana qarşı qərəzli və nifrət dolu təbliğatın şahidi oluruq. Bu birbaşa İran rəsmilərinin tapşırığı əsasında baş verir. Baxın, həm Avropa Parlamenti, həm də İran yalnız separatçılıq edən şəxsləri müdafiə edirlər və bundan istifadə edib, Azərbaycana hücum təşkil edirlər. Ancaq bunlar bu yolla heç nə əldə edə bilməyəcək. Amnistiya aktına gəldikdə isə biz ƏHD Partiyası olaraq, Prezidentin "Konstitusiya və Suverenlik İli" ilə əlaqədar Milli Məclisə göndərdiyi amnistiya aktını alqışlamışıq və bu qərarı dəstəkləmişik. Minlərlə insan bu qərardan yararlanacaq. Xeyli ailələr sevinəcək. Biz Avropa Parlamentinin qərəzli qərarını rədd etməklə yanaşı, ölkəmizdə insan hüquq və azadlıqlarının qorunmasını daha yaxşı təmin edəcək məhkəmə-hüquq islahatlarını da genişləndirməliyik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Dekabr 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri