Icma.az
close
up
RU
Pula satılanların anti Azərbaycan “demarşı”

Pula satılanların anti Azərbaycan “demarşı”

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Yaxud ABŞ konqresmenlərinin qadın paltarında fərarilik edənlərə canıyananlığı

ABŞ Konqresinin Ermənistan üzrə işçi qrupunun 25 üzvü Dövlət katibi Marko Rubioya və Prezident Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Valtsa iki palatanın adından məktub göndərib. Məktubda “Azərbaycanda qeyri-qanuni saxlanılan erməni əsirlərin azad edilməsi və Ermənistanın suverenliyi və təhlükəsizliyinin qorunması üçün ABŞ siyasətinin gücləndirilməsi” tələb olunur.

Əvvəlki vaxtlar olsaydı, məktubа keçmiş demokrat-senator Robert Menendes də böyük məmnuniyyətlə imza atardı. O Menendes ki, erməni lobbisi ilə “qədim əlaqələrə” malik idi və indi korrupsiyada və xarici ölkələrə casusluqda təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilib.

Konqresdə yeni anti–Azərbaycan “demarşının” təşəbbüskarları məlum qrupun sədri Frank Pallone, David Valadao, Bred Şerman və Qas Bilirakisdir.

Onu xüsusilə qeyd etmək istərdik ki, bu məktub Ermənistan və Azərbaycan arasında sülh sazişi ilə bağlı razılaşmanın əldə edildiyi məqamda irəli sürülüb. Məktub müəllifləri iddia edirlər ki, sülh prosesi Azərbaycanın Ermənistan konstitusiyasına dəyişiklik edilməsi və ATƏT-in Minsk qrupunun buraxılması şərtlərini irəli sürməsi səbəbindən dayanıb. Gördüyümüz kimi, ortada bayağı və primitiv bir yalan var. Əvvəlcə onların “qeyri-qanuni saxlanılan erməni əsirlərindən” bəzilərinin kimliyinə və məhkəmədə verdikləri ifadələrə diqqət yetirək. Qarabağ xuntasının sıralarında “parlament sədri” və digər “vəzifələri” olan David İşxanyan 1992-ci ilin yayından “batalyon komandiri” olduğunu, Ağdərə, Xocavənd, Kəlbəcər və Ağdamda Azərbaycana qarşı müharibədə iştirak etdiyini etiraf edib. Separatçılığını etiraf edən birini konqresmenlər hansı əsasla “Azərbaycanda qeyri-qanuni saxlanılan erməni əsiri” adlandırırlar?!

İşxanyan, həmçinin bildirib ki, “məşhur” terrorçu Monte Melkonyan da Ermənistan tərəfində Azərbaycana qarşı döyüşüb. Ortaya sual çıxır: 25 konqresmenin məktubu qlobal terrorizmlə mübarizəni davam etdirdiyini bildirən ABŞ hökumətinin siyasətinə uyğun gəlirmi?

Oxuculara xatırladaq ki, ərazimizin 20 faizini işğal altında saxladığı illər ərzində ABŞ işğalçıya qarşı heç vaxt sanksiya tətbiq etməyib. Bu azmış kimi, Şuşanın işğalı, erməni terrorçularının Xocalıda törətdiyi soyqırımı ilində Konqres “Azadlığı dəstək aktı”na biabırçı 907-ci düzəlişi qəbul etdi.

Bədnam erməni lobbisi həm o zaman, həm də indi öz maraqlarını ABŞ-ın milli maraqlarından üstün tutub. Azərbaycan bütün bunları görsə də, diplomatik soyuqqanlılıq göstərib, ikiüzlülüyə nəcibliklə cavab verib. Amma indi görürük ki, konqresmenlərin bəziləri hələ də erməni musiqisinin sədaları altında oynamağa davam edirlər. Baxmayaraq ki, bunun artıq nəinki haylara, heç özlərinə də faydası yoxdur. Onlar bu gün məhkəmədə İrəvanın Qarabağdakı xunta rejiminə daim siyasi, maliyyə və hərbi himayədarlıq etdiyini açıq etiraf edən dünənki separatçıları “əzabkeşə” çevirərək “qəhrəmanlaşdırmaq” cəhdlərindən əl çəkmirlər.

Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etməkdən ötrü Qarabağ iqtisadi rayonunda birgünlük antiterror əməliyyatı keçirməyə məcbur oldu. O məqamda qaçmağa cəhd edən xuntanın keçmiş başçıları saxlanılaraq Bakıya gətirildi. Qaçmaq məsələsində toxunmağa layiq incə bir nüans da var.

Bu kontekstdə ABŞ Konqresində anti–Azərbaycan hay-küyü qaldırmağa çalışan erməni lobbisinin “maşaları”na ən tutarlı cavabı bloger Roman Baqdasaryan verib. O, sosial şəbəkədəki paylaşımında xaricdəki erməni diaspor və lobbistlərinə üzünü tutaraq yazır ki, 2020-ci il müharibəsində Birinci Qarabağ savaşının iştirakçılarının bir çoxu qadın paltarı geyinərək aradan çıxmağa çalışıb. Əlləri azərbaycanlıların qanına bulaşmış haylar bu cür biabırçi üsullara 2023-cü ilin sentyabrında – Azərbaycanın Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirlərində də əl atıblar. Görəsən, bu faktlar indi Bakıda məhkəməsi gedən erməni millətindən olan təqsirləndirilən şəxslərin müdafiəsinə qalxmış konqresmenləri düşünməyə vadar edəcəkmi?

Azərbaycan Qarabağ iqtisadi rayonunda antiterror tədbirləri həyata keçirdikdən sonra humanistlik nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin 10 mindən çox nümayəndəsinin ölkəni tərk etməsinə icazə verdi. Bu, rəsmi Bakının humanistliyini nümayiş etdirən və bizim ermənilərdən əsaslı fərqimizi bir daha vurğulayan son dərəcə vacib məqamdır. Ermənipərəst konqresmenlər bunu yadlarına sala bilərdilər. Amma onlar yalan danışmağı seçdilər. Həm də unudurlar ki, Ermənistanla müharibədə qələbə çaldıqdan sonra sülh proqramı təklif edən Azərbaycan tərəfi olub.

“Düşünürəm ki, biz vaxt itirməməliyik. Mən artıq dəfələrlə Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası baxımından nə gözlədiyimizi açıq şəkildə bəyan etmişəm. Yenə də sülh sazişinə gəlincə, top Ermənistanın meydançasındadır”. Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” beynəlxalq forumunda dedi.

Bəs cavabında nə görürük? Ermənistan hakimiyyətinin sülh müqaviləsinin imzalanması prosesini ləngitmək üçün konstitusiyanın preambulasında təsbit olunmuş Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırmaq, ATƏT-in Minsk qrupunun fəaliyətini dayandırması barədə birgə müraciət etmək istəməməsini. Bakının tələblərində məntiqdən, ədalətdən və qanundan kənar nə var?

Belə bir şəraitdə Azərbaycanın Ermənistandan haqlı tələblərinin aktuallığı daha da artır. Erməni lobbisinin puluna satılan konqresmenlər isə hara istəyirlər məktub göndərsinlər, nə qədər istəyirlər müraciət yaysınlar. Artıq gecdir, qatar çoxdan gözdən itib...

İ.HƏSƏNQALA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Aprel 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see401

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see363

İranın, ABŞ və İngiltərənin hərbi obyektlərini hədəf alması real görünür Şərh

19 Avqust 2026 16:56see345

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see322

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see320

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see294

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see262

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see253

Cəmi iki dəqiqəyə əmanət təminatlı kredit!

19 Avqust 2026 10:01see248

Venesuelanın gündəlik neft hasilatının təxminən yarısının ABŞ yə ixrac edildiyi açıqlanıb

19 Avqust 2026 04:53see232

FFF İnfantinoya “yox” deyəcək

19 Avqust 2026 00:26see221

Rusiyada DƏHŞƏT: Ayı turist qızı çadırdan çıxarıb meşəyə apardı FOTO

19 Avqust 2026 09:57see191

Tramp İranla Hörmüz boğazı üzrə hazırlanan razılaşmaya görə Omana hədə qorxu gəlib

19 Avqust 2026 02:34see182

Çətin anda uzanan yardım əli...

19 Avqust 2026 10:05see179

17 il sonra ekranlara qayıdır Rekord qonorar alacaq

19 Avqust 2026 06:20see177

Evdən çıxmadan çekap müayinəsi nə dərəcədə etibarlıdır? Həkim AÇIQLADI

19 Avqust 2026 20:00see174

2027 ci ildə həyatını dəyişəcək və qəfil varlanacaq bürclər

19 Avqust 2026 00:02see170

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see165

Əlbəttə, pley off mərhələsi xüsusi həyəcan doğurur Valdas Dambrauskas

19 Avqust 2026 01:26see161

Türkiyədə keçmiş nazirin məzarı açılacaq ŞÜBHƏLİ ÖLÜM

19 Avqust 2026 02:05see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri