Icma.az
close
up
RU
Moskvada anti Azərbaycan tədbiri

Moskvada anti Azərbaycan tədbiri

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Rusiya Ermənilər İttifaqının prezidenti Paşinyan hökumətini Bakıya “birtərəfli kompromisdə” ittiham edib
Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyanın Moskvada ictimaiyyətlə görüşü keçirilib. Turkustan.az Rusiya mediasına istinadən xəbər verir ki, görüşdə Ermənistandakı seçkilər, Qarabağ erməniləri və Rusiya-Ermənistan münasibətləri müzakirə edilib.

Ara Abramyan qeyd edib ki, bu gün Ermənistanda baş verənlər yalnız utancverici kimi təsvir edilə bilər. Onun sözlərinə görə, hökumət öz xalqını qorxudur. “Bu gün əgər hökumət yalnız öz xalqının rifahı üçün çalışsaydı, Ermənistan dünyanın aparıcı ölkələrindən biri olardı” deyə, Abramyan deyib.

Görüşdə kilsə-hökumət qarşıdurması xüsusi müzaklirə mövzusu olub. “Erməni kilsəsi Paşinyanın elan etdiyi qondarma Dördüncü Respublikadan 1700 il böyükdür və katolikos təkcə Ermənistanda yaşayanların deyil, bütün dünyadakı ermənilərin mənəvi lideridir. Ermənistan rəhbərinin müdaxilə etmək və kilsənin başında sadiq bir fiqur oturtmağa çalışmaq üçün nə mənəvi, nə də hüquqi səlahiyyəti var”, - deyə Abramyan vurğulayıb.

Görüşdə Ermənistan və Azərbaycan arasındakı münasibətlərə də toxunulub. Abramyana görə, Ermənistanın öz dövlət mənafeyini deyil, Azərbaycanı razı salmaq üçün hərəkət edir. “Müharibədə ikitərəfli kompromis qələbədir. Lakin birtərəfli kompromis məğlubiyyətdən daha pisdir. Xalqımız Qarabağı tərk etdi, əmlaklarını, fabriklərini, emalatxanalarını, məktəblərini və muzeylərini qoyub getdi. Kompromis də elə bu idi. Bütün bu müddət ərzində kompromislə yaşamışıq. Sülhə çatmaq üçün bir komissiya yaratdıq, vasitəçilərlə - Rusiya, Fransa və Amerika ilə daim görüşdük. Və bu işə yaraya bilərdi; sadəcə bir az cəsarət lazım idi. Amma təəssüf ki, Ermənistan rəhbərliyində bu cəsarət çatmırdı. Onlar birtərəfli kompromis seçdilər. Prinsipcə, burada heç bir kompromis olmamalı idi. Biz güclü olmalı idik, amma təəssüf ki, dünyada yalnız Rusiya, Amerika, Avropa Birliyi və Çin güclü adlandırıla bilər. Onlardan kim bizi müdafiə etməyə hazırdır? Rusiya. Və Rusiya deyir: əgər Ermənistan rəhbərliyi erməni xalqının rifahı üçün çalışsaydı, heç vaxt ərazilərimizi ələ keçirməzdi. Heç vaxt!”, - deyə Ara Abramyan bildirib.

Abramyan deyib ki, Rusiya-Ermənistan münasibətləri ən aşağı səviyyədədir. “Ən böyük dostumuz Rusiyadır. O, bizim müdafiəmizdir. Rusiya ilə Ermənistan arasında dostluq əlaqələri zəifləyib — bu, əvvəllər heç vaxt olmayıb! Hamı bunun kimin günahkar olduğunu çox yaxşı başa düşür”, - deyə Abramyan bildirib.

Rusiyada yaşayan milyarder iş adamı, Rusiya Erməniləri İttifaqının rəhbəri Abramyan Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə sual altına alan və müharibə ritorikasını dəstəkləyən açıqlamaları ilə tanınıb. Müxtəlif çıxışlarında o, nifrət ritorikası ilə dolu ifadələr işlədərək Azərbaycanı hədəf alıb. Onun rəhbərlik etdiyi təşkilat erməni diasporu daxilində anti-Azərbaycan təbliğatının maliyyə mənbələrindən biri hesab olunur. Abramyan hazırda Ermənistanda sülh proseslərinə qarşı fəaliyyət göstərən revanşist qruplara dəstək verir. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 Aprel 2026 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri