Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

“İlin modeli” seçildi Fotolar

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

İran Azərbaycan münasibətləri: Mehriban qonşuluq jestinin arxasında kəskin geosiyasi mesajlar

İran Azərbaycan münasibətləri: Mehriban qonşuluq jestinin arxasında kəskin geosiyasi mesajlar

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mehriban qonşuluq jestinin arxasında kəskin geosiyasi mesajlar İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi rəsmi səfər son illərin ən diqqətçəkən regional diplomatik hadisələrindən biri idi.

Son aylarda İran-Azərbaycan münasibətlərində nisbi sakitlik müşahidə olunur. Bu sükunətin kulminasiya nöqtəsi isə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın Bakıya səfəri oldu. Rəsmi protokolda “dostluq və mehriban qonşuluq” ab-havası nümayiş etdirilsə də, bu səfərin arxasında daha dərin və çoxqatlı siyasi mənzərə dayanır. İranla Azərbaycanın münasibətləri təkcə dövlətlərarası əlaqələr çərçivəsində deyil, həm də regionda mövcud güc balansı, etnik kimliklər və üçüncü tərəflərlə əməkdaşlıq fonunda formalaşır. Pezeşkianın türk kimliyi və “güneyli” olması bu səfərə rəmzi bir yumşaqlıq qazandırsa da, məsələnin geosiyasi kökləri daha sərtdir və qarşıdakı mərhələdə münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edəcək əsas amillər hələ də öz yerində qalır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Güney Azərbaycanlı fəal, politoloq Elyar Türker bildirib ki, bu səfəri yalnız rəsmi protokol və qardaşlıq mesajları fonunda qiymətləndirmək kifayət deyil. Əslində, Pezeşkianın Bakı səfəri arxasında həm geosiyasi, həm də etnik kodlar gizlənir. Görünən odur ki, münasibətlərdə səthi yumşalma müşahidə olunsa da, bu dəyişiklik yaxşılığa doğru davamlı gedişat vəd etmir:

"Azərbaycanın İsraillə genişlənən strateji və hərbi tərəfdaşlığı İran üçün illərdir narahatlıq mövzusudur. Təsadüfi deyil ki, Tehran dəfələrlə bu əməkdaşlığa görə Bakını açıq və ya dolayı yolla təhdid edib. İsrailin Azərbaycanın təhlükəsizlik və müdafiə sahələrində əsas tərəfdaşlardan birinə çevrilməsi, xüsusilə İran sərhədlərinə yaxın bölgələrdə birgə layihələrin gerçəkləşməsi, Tehranın "milli təhlükəsizlik" doktrinasına zidd sayılır. Bu baxımdan, İsrail-Azərbaycan münasibətləri nə qədər fəallaşarsa, Tehran-Bakı əlaqələrində bir o qədər dərin strateji boşluq yaranacaq".

Müsahibimizin fikrincə, Məsud Pezeşkianın Azərbaycanın dövlət başçısı ilə görüşündə sərgilədiyi yaxınlıq jestlərini onun şəxsi kimliyi ilə bağlayanlar haqsız deyil. Pezeşkian İranda azsaylı, lakin mötəbər türk mənşəli siyasətçilərdən biridir. Onun Güneyli olması Azərbaycan ictimaiyyətində müəyyən müsbət rezonans doğursa da, bu faktor münasibətlərin fundamental səviyyədə yaxşılaşmasına zəmin yaratmır. Əksinə, bu səfər daha çox Tehran rejiminin öz yumşaq güc potensialını göstərmək üçün seçdiyi simvolik jest kimi dəyərləndirilə bilər. Azərbaycan türklərinin duyğularına xitab edərək İranın daxili siyasətindəki gərginliyi regional diplomatiyada balanslaşdırmaq cəhdi də müşahidə edilir.

Elyar Türker: Son aylar İran və Azərbaycan arasında daha əvvəl tez-tez eşitdiyimiz sərt ritorika azalıb

"Son aylar İran və Azərbaycan arasında daha əvvəl tez-tez eşitdiyimiz sərt ritorika azalıb. Bu, Pezeşkianın səfəri ilə üst-üstə düşən sükunət dövrü kimi dəyərləndirilə bilər. Lakin bu sükunətin alt qatında dərin inamsızlıq, qarşılıqlı şübhə və regional nüfuz mübarizəsi hələ də mövcuddur. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra bölgədə artan gücü və İranın Zəngəzur dəhlizi məsələsində tutduğu sərt mövqe göstərir ki, bu münasibətlərdə birgə baxış yoxdur",- E.Türker əlavə edib.

Həmsöhbətimiz qeyd edib ki, Tehran rejimi illərdir Azərbaycanda rəsmi xəttə qarşı dayanan və ya dini əsaslı fəaliyyət göstərən qruplara dəstək verməklə ölkənin daxili işlərinə dolayı müdaxilə etmişdir. Bu taktika yalnız siyasi müstəvidə deyil, ideoloji və informasiya məkanında da özünü göstərib. Bu gün səthi sakitlik şəraiti yaradılsa da, İranın həmin kanalları tamamilə bağladığına dair ciddi sübutlar yoxdur:

"Belə olan halda, Pezeşkianın "mehriban qonşuluq" ritorikasını əhatəli strategiya yox, taktiki diplomatik addım kimi qiymətləndirmək daha doğru olar. Pezeşkianın Bakıya səfəri ilk baxışdan İran-Azərbaycan münasibətlərində yeni səhifə təsiri bağışlasa da, əslində bu səfər daha çox səssiz dövrə keçidin başlanğıcıdır. Əsas məsələlər - İsrail-Azərbaycan əməkdaşlığı, İranın regiondakı nüfuzu və ideoloji təsir siyasəti - bunlar olduğu kimi qalır. Pezeşkianın türk kimliyi isə bu reallıqları kölgədə saxlamaq üçün istifadə edilən simvolik alətə çevrilmiş kimi görünür",- Elyar Türker fikrini belə yekunlaşdırıb.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 30 Aprel 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see182

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see181

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see150

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see150

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see137

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see132

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see129

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see126

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see125

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see124

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see123

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see122

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see121

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see120

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see120

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see117

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see117

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri