Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Azərbaycan dünya üçün mehriban qonşuluq örnəyidir

Azərbaycan dünya üçün mehriban qonşuluq örnəyidir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycan regionda mehriban qonşuluğun və  sülhün tərəfdarıdır. Ölkəmiz Cənubi Qafqazda bu prinsiplərin fonunda birgə yaşayışı, nəqliyyat və iqtisadi əlaqələrin genişləndirilməsini təşviq edir. Rəsmi Bakı illərdir bu dəyişməz və prinsipial mövqeyini nümayiş etdirir.  Məhz bu gün uğurla davam edən və digər ölkələr üçün nümunə olan Azərbaycan- Gürcüstan münasibətləri fikrimcə, qeyd olunanların təsdiqidir. 

Bu fikirləri Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib. O qeyd edib ki, Azərbaycanın Gürcüstanla əlaqələri  iqtisadi, siyasi, humanitar və digər sahələrdə uğurla inkişaf edir. Qarşılıqlı hörmət və ehtiram üzərində qurulan Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri beynəlxalq təşkilatlar çərçivəsində də arzulanan səviyyədədir. Ölkələrimiz arasında  mövcud yüksək səviyyəli siyasi və iqtisadi əlaqələr nikbinlik doğurur.     

Yanvarın 17-də Azərbaycanda işgüzar səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə ölkəmizin başçısı arasında keçirilən görüşlər, səsləndirilən bəyanatlar mühüm məqamlarla yadda qaldı. Prezident İlham Əliyev Gürcüstan Baş nazirinin ölkəmizə səfərinin əhəmiyyətinə toxunaraq qeyd etdi ki, parlament seçkilərindən sonra İrakli Kobaxidzenin ilk dəfə olaraq məhz Azərbaycana gəlməsi Gürcüstan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olmasından xəbər verir. 

Dövlətimizin başçısı haqlı olaraq qeyd etdi ki, xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. 

Bu xoş ənənə bu gün də davam edir. 

Azərbaycanla Gürcüstan arasında siyasi əlaqələr nümunəvidir. Xüsusi olaraq qeyd olunmalıdır ki, iki ölkə arasında iqtisadi sahədə yaxşı nəticələr var. Ölkəmiz Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Paralel olaraq birlikdə yaşıl enerji layihələrini də həyata keçiririk. Bununla yanaşı, Prezident İlham Əliyev Orta Dəhliz layihəsinin əhəmiyyətinə  toxunaraq vurğuladı ki, Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır.

Baş nazir iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 10-cu iclasının əhəmiyyətindən danışaraq bildirdi ki, biz əməkdaşlığımızı daha da irəli apara bilərik. Dostluğumuzun tarixi ənənələrinin olduğunu qeyd edən İrakli Kobaxidze xüsusi olaraq bəyan etdi ki, Azərbaycan etibarlı tərəfdaş və qardaş ölkədir, biz Asiyanı Avropa ilə birləşdiririk. Bu potensialdan maksimal dərəcədə istifadə etməyin vacibliyini qeyd edən Baş nazir daha irəli getmək üçün əlavə səylər göstərməyə hazır olduğunu bildirdi.

Deputat yekunda bildirib ki, Azərbaycan-Gürcüstan münasibətlərinin təhlili onu göstərir ki, ölkəmiz regionda sabitliyin, tərəqqinin təminatçısı, dünya üçün qonşuluq örnəyidir. Ermənistan hikkəsini, revanşist davranışlarını  bir yana qoyub bölgənin inkişafını nəzərdən keçirməlidir. Bu, həm də bataqlıqda çabalanan Ermənistanın xilası ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Yanvar 2025 20:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri