Icma.az
close
up
RU
İran Azərbaycan münasibətləri yeni mərhələdə: 2025 ci il nələr vəd edir?

İran Azərbaycan münasibətləri yeni mərhələdə: 2025 ci il nələr vəd edir?

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan-İran münasibətləri uzun illər ərzində bir çox siyasi, iqtisadi və mədəni sahələrdə inkişaf edib.

Bu iki qonşu ölkə arasındakı əlaqələr tarixən həm dostluq, həm də bəzi gərginliklərlə xarakterizə olunub. 1990-cı illərin sonlarından etibarən, xüsusən də Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iki ölkə arasında münasibətlər daha da gərginləşib, lakin həm də əməkdaşlıq imkanları ortaya çıxıb. Bu kontekstdə Azərbaycanın İranla əlaqələrinin dərinləşdirilməsi, xüsusən də siyasi və iqtisadi sahələrdə, mühüm əhəmiyyət kəsb edir.  

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin İran səfəri bu əlaqələrin yeni bir mərhələyə keçməsini simvollaşdırır. Bu səfər iki ölkə arasında mövcud olan potensial əməkdaşlıq sahələrini müzakirə etmək, eyni zamanda ikitərəfli münasibətlərin gələcəyinə dair yeni perspektivlər açmaq məqsədini daşıyır. 

İki ölkə arasında münasibətlər 2025-ci ildə hansı səviyyəyə gələcək? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Oqtay Qasımov bildirib ki, rəsmi Tehran və Bakı arasında münasibətlər son 30 ildə "ziq-zaq" xarakteri daşıyıb: 

"Münasibətlər gah gərginləşib, gah da mülayimləşmə baş verib. Bunun əsas səbəbkarı isə təbii ki, İran tərəfidir. Onların ölkəmizlə olan bağlantıları hər kəsə bəllidir. Rəsmi Tehranın siyasi doktrinasında Azərbaycan tərəfi "siyasi təhdid" olaraq hesab edilir. Bu addım isə iki ölkə arasında olan əlaqələrin korlanmasına, inkişaf dinamikasının mənfi yöndə inkişaf etməsinə gətirib çıxarır. Məhz buna görə İran 30 illik işğal dövründə Ermənistana dəstək verdi, neqativ fikirlər formalaşamağa başladı. Son 4 ildə isə rəsmi İrəvanla İslam Respublikası arasında olan əlaqələr özünü aşkar şəkildə büruzə verdi. Cənub qonşumuz həm daxili, həm xarici təzyiqlərlə Azərbaycana öz yanaşmasını göstərməyə çalışır, ölkəmizin daxilində din adı altında casus şəbəkəsinin yaradılması bu addımların bariz nümunəsidir". 

Oktay Qasımov: İran öz siyasi kursunda müəyyən dəyişikliklər etməlidir

Onun sözlərinə görə, 44 günlük Vətən savaşından sonra gərginliklər daha çox üzə çıxmağa başlayıb. Müsahibimiz qeyd edib ki, İran ordusu dəfələrlə Azərbaycan sərhədində hərbi təlimlər keçirməklə "təhdid dili" ilə "danışmağa" çalışıb, lakin bunun bir faydası olmayıb. Rəsmi Bakı bu addımların hamısına konkret və qəti formada cavabını bildirib: 

"Bütün bu addımlara rəğmən ötən ildən bəri iki ölkə arasında diplomatik istiqamətdə ciddi addımlar atılıb. Buna nümunə olaraq, İbrahim Rəisi ilə İlham Əliyev arasında Xudafərin körpüsündə baş tutmuş görüşünü misal göstərmək olar. Toplantıda İran və Azərbaycan arasında sual altında qalan bütün istiqamətlərdə məsələlərin hər biri müzakirə edildi. Hər iki tərəf münasibətləri normallaşdırmağa çalışıb, addımlar artıq öz nəticəsini verir. Şahin Mustafayevin son səfəri bunun sübutudur",

Şahin Mustafayevin səfərini şərh edən zaman politoloq  ölkəmizin İrandakı diplomatik nümayəndəliyinə edilən hücum məsələsinə toxunub: 

"Azərbaycan əlaqələrin balanslaşdırılması üçün İranın qarşısına konkret şərtlər qoydu. Belə ki, İrandakı səfirliyimizə hücum edən şəxsin cəzalandırılması ölkəmizin yanaşmasına təsir edəcəkdi, nəticə etibarilə onlar bu barədə qərar ala bildilər. Bundan əlavə, logistika, energetik, nəqliyyat və ticarət sahəsində müəyyən razılaşmaların əldə edilməsi xüsusi məqamdır. Heç təsadüfi deyil ki, İranla Rusiya arasında bağlanmış strateji tərəfdaşlıq müqaviləsinə uyğun olaraq, kommunikasiya xətlərinin keçirilməsi nəzərdə tutulub. Bu da İran üçün olduqca əhəmiyyətlidir. Əlavə olaraq, İslam İslam Respublikasının Yaxın və Orta Şərqdə mövqeyini zəiflətməsi bu ölkənin öz siyasi kursunda müəyyən dəyişikliklər etməli olduğuna dəlalət edir. Hər halda ümid edək ki, İran tərəfi nəhayət ölkəmizlə münasibətlərdə dürüst və konstruktiv davranaraq transformasiyaya imza atacaq".

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 Yanvar 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see893

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see339

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see324

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see313

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see218

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see198

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see198

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see191

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see190

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see173

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see172

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see171

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see171

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see165

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see162

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri