Icma.az
close
up
RU
Azərbaycan Almaniya münasibətləri yeni mərhələdə: qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlər vəd edir

Azərbaycan Almaniya münasibətləri yeni mərhələdə: qarşılıqlı faydalı əməkdaşlıq mühüm perspektivlər vəd edir

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan və Almaniya arasında sürətlə inkişaf edən ikitərəfli əlaqələr diplomatik, iqtisadi və humanitar sahələrdə mühüm önəm kəsb edir. Hər iki ölkə arasında əldə edilən mühüm strateji razılaşmalar çərçivəsində əməkdaşlığın genişləndirilməsi bu dost dövlətlərin müxtəlif məsələlərdə bir-birinə əhəmiyyətli dəstəyini təmin edir. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri çərçivəsində iki ölkənin dövlət başçıları aprelin 2-də mətbuata bəyanatlarla çıxış ediblər.

Azərbaycan ilə Almaniya arasında diplomatik əlaqələrin əsası 1992-ci ildən qoyulmuşdur. Belə ki, Almaniya 1992-ci il yanvarın 12-də Azərbaycanın müstəqilliyini tanımış və tərəflər arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixindən başlayaraq formalaşmışdır. Ötən illər ərzində dövlətlər arasında qarşılıqlı maraqlar əsasında siyasi dialoq güclənmişdir.
Dövlətimizin başçısı bəyanatında bu səfərin ikitərəfli əlaqələrə yeni müsbət təkan verəcəyini, iqtisadi sahədə əldə edilmiş nəticələrin bizi təbii olaraq ruhlandırdığını bildirib. İqtisadi sahədə Azərbaycan-Almaniya əməkdaşlığı xüsusilə son illərdə sürətlə inkişaf etmişdir. Cari ilin ilk iki ayında iki ölkə arasında ticarət dövriyyəsi təxminən üç dəfə artmışdır. Bunun səbəbi əsasən xam neftin Almaniyaya ixracının artması ilə əlaqədardır. Gələcəkdə Azərbaycanın Avropaya ixrac imkanlarını artırmaq və investorları cəlb etmək məqsədilə daha çox strateji müqavilələr imzalanacaqdır. Almaniya şirkətləri bu sahədəki təcrübələri ilə dövlətimizin genişlənməkdə olan bərpaolunan enerji proqramlarına dəstək verə bilərlər.
Azərbaycan ötən ilin noyabr ayında COP29 tədbirinə uğurla ev sahibliyi edərək qlobal iqlim siyasətinə ciddi töhfələr vermişdir. Almaniya ilə olan sıx əməkdaşlıq ekoloji məsələlərə daha çox diqqət yetirilməsini təmin edir. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük nəticələrlə zəngin idi. Lakin Ermənistanın bu mühüm beynəlxalq konfransda iştirak etməməsi ölkənin regional əməkdaşlıq və iqlim dəyişikliyi məsələlərinə dair qərəzli mövqeyini bir daha nümayiş etdirdi.
Azərbaycan ilə Almaniya arasında siyasi dialoq həm də regional təhlükəsizlik və beynəlxalq münasibətlərə də təsir edir. Ermənistanla Azərbaycan arasında normallaşma prosesi, xüsusilə münaqişənin başa çatmasından sonra regional sülh və sabitlik üçün böyük əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı, həmçinin qeyd etmişdir ki, Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir: “Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır...”.
Azərbaycan və Almaniya arasında möhkəmlənən diplomatik və iqtisadi əlaqələr qlobal səviyyədə də müsbət təsir doğurur. İkitərəfli münasibətlərin davamlı inkişafı müxtəlif sahələrdə yeni əməkdaşlıq perspektivləri açır. Qarşıdakı illərdə bu əməkdaşlığın daha da güclənməsi hər iki ölkəyə qarşılıqlı faydalı tərəfdaşlıq imkanları yaratmaqla yanaşı, qlobal təhlükəsizliyin və dayanıqlı inkişafın təmin olunmasına mühüm töhfə verəcək.
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə ilk rəsmi səfəri dövlətlər arasında tərəfdaşlığın hərtərəfli və yüksələn xətlə inkişafının əyani göstəricisidir. Əminliklə söyləmək olar ki, bu səfər əməkdaşlığın daha yüksək səviyyəyə qaldırılmasına əhəmiyyətli təkan verəcək, gələcək inkişaf üçün böyük perspektivlər açacaq.

Bədəl Bədəlov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 Aprel 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see235

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see224

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see184

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see182

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see160

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see149

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see149

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see146

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see142

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see142

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see140

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see136

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see135

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see135

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see135

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see133

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see130

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see129

Səhralar yaşıllaşacaq: Çinli alimlərdən inqilabi metod

02 Yanvar 2026 02:41see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri