Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

İran Azərbaycan münasibətlərinin bəzi özəllikləri

İran Azərbaycan münasibətlərinin bəzi özəllikləri

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

İl ərzində onlarla xarici dövlət rəhbərinin ölkəmizə gəlişi bizi bu səfərlərin təbii və gözlənilən olduğuna alışdırıb. Ona görə də belə səfərlər cəmiyyət tərəfindən bir qayda olaraq Azərbaycan xarici siyasətinin fəal və təbii axarı kimi qavranılır. Çox az hallarda belə səfərlərin bəzisi xüsusi maraq doğurur və cəmiyyətin daha geniş təbəqələri tərəfindən diqqətlə və maraqla izlənilir.

İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın ölkəmizə ilk səfəri də məhz hamının maraqla gözlədiyi bir səfər idi və nəhayət ki, bu rəsmi səfər baş tutdu. Aydın məsələdir ki, bir qayda olaraq dövlət rəhbərləri arasında müzakirə olunan məsələlərin hamısı və ya onların məzmununun bütün təfərrüatları mətbuata və cəmiyyətə açıqlanmaya bilər. Bununla belə Azərbaycan və İran prezidentlərinin mətbuata verdiyi açıqlamalar belə fikir yürütməyə əsas verir ki, qısamüddətli olmasına baxmayaraq səfərin gündəliyi kifayət qədər zəngin olub.

İran prezidentinin ölkəmizə ilk səfərinə göstərilən xüsusi maraq əlbəttə ilk növbədə cənab Pezeşkianın etnik mənşəyi ilə bağlıdır. Qonşu ölkədə yaşayan soydaşlarımızdan birinin İran kimi böyük bir dövlətin prezidenti seçilməsi istənilən halda xalqımız üçün qürur mənbəyidir. Belə bir seçim mənəvi səviyyədə xalqlarımızı daha da yaxınlaşdırır və qarşılıqlı əlaqələrimizin daha da gücləndirilməsinə əlavə stimul verir. Bu baxımdan müxtəlif səbəblərdən hər iki ölkənin dövlət institutları və vətəndaş cəmiyyətləri arasında zaman-zaman yaşanan uzaqlaşma və soyuqlaşma meylləri növbəti dəfə mədəni-mənəvi yaxınlaşma əhval-ruhiyyəsi ilə əvəzlənməkdədir. Məsud Pezeşkianın İran İslam Respublikasına rəhbərliyi Azərbaycan cəmiyyətinin İrana qarşı inam və etimadını artırmaqla yanaşı həm də bu etimadın dövlətlər arası əlaqələrin möhkəmlənməsinə və iki ölkə arasında sabit və real siyasi praktikaya çevrilməsinə münbit zəmin yaradır.

İran-Azərbaycan münasibətlərinin bu günkü real mənzərəsi dövlətlər arası münasibətlərin strateji xarakteri ilə seçilir. Strateji tərəfdaşlığın rəsmi sənədlərdən əməli praktikaya yansıdılması baxımından bu görüş xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlər çox məhsuldar olmuşdur. Ölkə başçısı bəyan etdi ki, “…Hörmətli Prezidentin böyük heyətlə Azərbaycana gəlməsi və bu gün bir çox önəmli sənədlərin imzalanması, o cümlədən prezidentlər səviyyəsində imzalanmış sənəd bir daha bizim xoş niyyətimizi göstərir, onu göstərir ki, biz bütün istiqamətlər üzrə bir-birimizə daha yaxın olmağa çalışırıq.” Prezident öz açıqlamasında qeyd etdi ki, hər iki ölkənin məramı və məqsədi Azərbaycan və İran arasında dövlətlərarası münasibətləri yüksək səviyyəyə qaldırmaqdan ibarətdir.

Mətbuat üçün verilən açıqlamalarda vurğulanır ki,tərəflər arasında beynəlxalq təşkilatlar çərçivəsində birgə əməkdaşlıq çərçivələri müzakirə edilib. BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq nümunələri təqdir edilib. Görüşlər əsanasında regional təhlükəsizlik məsələlərində ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanları müzakirə olunub və ölkələrimiz arasında ticarət əlaqələrinin inkişafı ilə bağlı konkret göstərişlər verilib. Mədəni-humanitar əlaqələr sferasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin inkişaf etdirilməsi və o cümlədən, yaxın gələcəkdə qarşılıqlı olaraq hər iki ölkədə mədəniyyət günlərinin keçirilməsi haqqında birgə qərar qəbul olunub.

Xalqlar arasında tarix və mədəniyyət ortaqlığı təbii olaraq dövlətlərarası münasibələrə xüsusi bir çalar gətirir və bu müsaibətlərin daha da zənginləşməsi üçün əlverişli mühit formalaşdırır. İran-Azərbaycan münasibətlərinin bu günkü səviyyəsi onu göstərir ki, dövlətlərarası münasibətlərə böyük pozitiv töhfə verə biləcək bu amildən indiyədək kifayət qədər səmərəli istifadə olunmayıb. Ölkə başçısının qeyd etdiyi kimi, “…xalqlarımızın tarixi ortaqdır, mədəniyyətimiz də ortaqdır. Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq. Yəni, qohumluq əlaqələri də çox genişdir. Bu gün iki müstəqil dövlət kimi biz bölgəmizdə önəmli rol oynayırıq. Bölgə məsələlərinin bölgə ölkələri tərəfindən həll olunması da hər iki tərəfin fikri və siyasətidir”.

Prezidentin bu açıqlamasının sonuncu cümləsi xüsusilə diqqəti cəlb edir. Regionda fikir və işbirliyinin lazımi qədər möhkənmədiyi son əsrlər ərzində Cənubi Qafqaz davamlı olaraq kənar güclərin müdaxiləsinə məruz qalıb və uzun sürən qeyri-sabitliyə yol açıb. Qarabağ torpaqlarının 30 ildən çox işğala məruz qalmasını da məhz bu siyasətin acı nəticələrindən biri hesab etmək olar. Son onilliklər ərzində İran İslam Respublikasının dünya siyasi və iqtisadi sistemindən təcrid edilməsi cəhdləri də məhz regional maraqların məqsəd və siyasət birgəliyi əsasında qoruna bilməməsindən irəli gələn vəziyyətdir. İran rəhbərliyinin bu dəyərləndirmə ilə razılaşması bir daha göstərir ki, Azərbaycan tərəfindən irəli sürülən bütün regional əməkdaşlıq təşəbbüsləri, o cümlədən region dövlətlərinin hərtərəfli sıx əməkdaşlığını özündə ehtiva edən 3+3 formatında əməkdaşlıq müasir beynəlxalq siyasi şəraitdə milli və regional maraqları birgə qorumağın ən etibarlı konstruksiyasıdır. Bu əməkdaşlıq formatı region ölkələrinin sabitlik şəraitində qarşılıqlı faydalı əməkdaşlığına yol açmaqla bərabər həm də regional təhlükəsiliyi gücləndirir və nəticə etibarilə beynəlxalq təhlükəsizlik arxitekturasının möhkəmləndirilməsinə və dayanıqlığına xidmət edir.

İran və Azərbaycan arasında regional əməkdaşlığın arzu olunan səviyyəyə qaldırılması üçün hüquqi-siyasi baza kifayət qədər zəngindir. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu 12 mart 1992-ci ildən indiyədək ölkə rəhbərləri və müxtəlif dövlət qurumları arasında çoxsaylı rəsmi səfərlər və görüşlər keçirilib. Bu görüşlər zamanı Azərbaycan və İran arasında müxtəlif sahələri əhatə edən 147 sənəd imzalanıb. 1992-ci ildən etibarən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Bütün bunlar tam həcmli ikitərəfli faydalı strateji tərəfdaşlığın əməli fəaliyyət sahəsinə keçidi üçün möhkəm əsas yaradır.

Bu kimi həqiqətlərin anlaşılması və Cənubi Qafqazda uzun müddət davam edən qeyri-sabitlik dövründən sonra nəhayət ki, qarşılıqlı faydalı əməkdaşlıq rejiminə keçilməsi bu günümüzün ən vacib çağırışlarından biridr. Bir çox siyasi, iqtisadi və digər xüsusiyyətlərinə görə bölgənin vacib aktorları kimi İran və Azərbaycan arasında münasibətlərin ruhu, səviyyəsi və məzmunu bölgəmizdə bu kimi çağırışların öhdəsindən layiqincə gəlinməsi üçün etibarlı zəmin yarada bilər. İran prezidenti Məsud Pezeşkianın səfərinə göstərilən xüsusi maraq da məhz bu reallıqdan irəli gəlir. Prezident Pezeşkianın ölkəmizə səfəri zamanı İranda baş vermiş faciəvi partlayış səbəbindən İran rəhbərinin ölkəmizə səfəri nəzərdə tutulduğundan daha qısa oldu. Lakin ümid etmək olar ki, bu qısa səfər ərzində əldə olunmuş razılaşmaların ömrü və fəaliyyəti daha uzun olacaq.

Cavanşir Feyziyev, 
Millət vəkili, fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Aprel 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri