Icma.az
close
up
RU
Turan Tovuz un yeni bazası ÖZƏLLİKLƏRİ

Turan Tovuz un yeni bazası ÖZƏLLİKLƏRİ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

"Turan Tovuz"un yeni bazası hazırdır.

İdman.biz xəbər verir ki, bunu Rekord.az saytına açıqlamasında Tovuz klubunun İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev deyib.

Söhbət əsas komandanın qalması üçün nəzərdə tutulan üç mərtəbəli yeni binadan gedir. Balakişiyev yeni baza və onun özəllikləri haqda geniş məlumat verib: "Yeni binamız 3 min kv-dən çoxdur. Zirzəmi ilə bərabər 4 mərtəbəlidir. 30 otaqdan ibarətdir. Bunlardan altısı məşqçilər və həkimlər üçün nəzərdə tutulub. Həkim və masaj otaqları tam peşəkar tələblərə cavab verir.

Bundan başqa, çox böyük istirahət zalımız da var. Kofe və çay üçün ayrıca istirahət guşəsi yaradılıb. Tennis və s. əyləncələr üçün də məkan qurulub. Yəni futbolçular asudə vaxtlarını çox rahat şəkildə keçirdə biləcəklər.
Halbuki hazırkı binamızda o cür şərait yoxdur. Həm də otaq sayı çatışmır. Təbii ki, belə olan halda, akademiyanın uşaqları üçün də lazımı şərait yarada bilmirik".

Klub rəsmisi yeni binanın tikilmə tarixçəsi barədə də danışıb: "Biz bura yeni gələndə Ehtiram müəllim ("Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev) otaqları tək-tək gəzirdi, akademiyanın uşaqlarının otağına girəndə və 6 uşağın bir otaqda qaldığını görəndə bu layihə həmən yarandı. Dedi ki, biz peşəkar futbolçu yetişdirmək istəyiriksə, altı nəfər 18-20 kv-lıq bir otaqda qala bilməz.
İkincisi, onları bizə əmanət ediblər, biz isə onları gətirib belə bir sıx otaqda yerləşdirmişik. Ona görə bu layihə yarandı ki, əsas komanda üçün yeni bina tikək, akademiyanın uşaqlarının da şəraiti yaxşılaşsın. Yeni mövsümdən hər otaqda 6 yox, 2, maksimum 3 uşaq qalacaq".

Balakişiyev akademiyada uşaq sayını artırmağı da düşündüklərini dilə gətirib: "Hazırda 50 uşağımız var. Daha doğrusu, yerimiz maksimum bu sayda uşaq saxlamağa imkan verir. Başqa seçim etdiyimiz uşaqlar da var, hansılarla ki, müqavilə bağlamışıq, sadəcə, binamızda qalmağa yer olmadığı üçün hələlik öz klublarında oynamağa davam edirlər.
Onu da deyim ki, bizim akademiyaya seçimlər ildə iki dəfə olur. Yayda sırf Tovuzdan olan uşaqları seçirik, qışda isə digər bölgələrimizdən. Bəzi uşaqlara stadionun yaxınlığında evlər kirayələmişik. Tovuzun uzaq kəndlərindən olan uşaqların gediş-gəlişi üçün yol pulu ayırırıq. Əsas komanda yeni bazaya köçəndən sonra bu məsələdə də işimiz xeyli yüngülləşəcək".

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:304
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Fevral 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri