Icma.az
close
up
RU
“İran Azərbaycanın Türkiyə ilə yaxınlaşmasından narahatdır”

“İran Azərbaycanın Türkiyə ilə yaxınlaşmasından narahatdır”

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Ermənistan İrana Sünik bölgəsindən keçən "Tramp marşrutunun" bölgənin sərhədlərini və ya geosiyasətini dəyişdirməyəcəyinə və Amerika qoşunlarının orada yerləşdirilməyəcəyinə zəmanət verib.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi mətbuat konfransında bildirib.

"Bizə bu layihənin heç bir halda sərhədlərin və geosiyasi vəziyyətin dəyişməsinə gətirib çıxarmayacağına, tikinti işlərini Ermənistan şirkətlərinin həyata keçirəcəyinə və orada ABŞ hərbi qüvvələri yerləşdirilməyəcəyinə əminlik verilib", – deyə o,

Bəqainin sözlərinə görə, İran nəqliyyat əlaqələrinin açılmasını həmişə dəstəkləyib, lakin belə layihələrin regionun beynəlxalq səviyyədə tanınmış sərhədlərini və geosiyasi vəziyyətini dəyişməməsini tələb edir.

O qeyd edib ki, Tehran ABŞ da daxil olmaqla, xarici qüvvələrin hərəkətlərinə ehtiyatla yanaşmaq üçün əsaslara malikdir, çünki onların regionda mövcudluğu həmişə qeyri-sabitliklə müşayiət olunub. Buna görə də İran narahatlığını dərhal İrəvanın diqqətinə çatdırıb.

Bəqai vurğulayıb ki, İran Ermənistanla çox yaxşı münasibətlərə malikdir, lakin Tehran hadisələrin inkişafını diqqətlə izləyəcək və zərurət yaranarsa, öz mövqeyini açıq şəkildə bəyan edəcək.

Tramp Marşrutu (TRIPP) Azərbaycanın əsas hissəsini Ermənistanın Sünik bölgəsi vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün nəzərdə tutulub.

Siyasi şərhçi Oktay Qasımov "Bakupostr"a bildirib ki, nə Azərbaycan, nə də Ermənistan Zəngəzur dəhlizi layihəsinin beynəlxalq hüquq normalarının pozulması ilə həyata keçirilməsində maraqlıdır.

Onun sözlərinə görə, layihə çərçivəsində hər hansı geosiyasi dəyişikliyin baş verməsi də nəzərdə tutulmur:

"Sadəcə olaraq, İranın əsas məqsədi bu dəhlizin müəyyən formada İran ərazisindən keçməsinə nail olmaqdır. Azərbaycan da dörd il əvvəl İran tərəfinə belə bir təklif verib. Yəni Zəngəzur dəhlizinə paralel olaraq Araz dəhlizinin də yaradılması təklif olunub.Zəngəzur dəhlizi ilə həm dəmir yolları, həm avtomobil yolları, neft və qaz kəmərləri, eləcə də enerji xətləri, gələcəkdə isə internet xətləri də keçə bilər.İran tərəfində də hazırda avtomobil yollarının tikintisi davam etdirilir. Azərbaycan tərəfində isə Azərbaycanı İranla birləşdirən, Araz çayı üzərindəki Ağbənd körpüsünün tikintisi yekunlaşmaq üzrədir. Yəni İran tərəfinin, belə demək mümkündürsə, narahatlığına son qoyulur. Amma İranın, xüsusilə də Vilayətinin son bəyanatları göstərir ki, İrandakı şovinist dairələr bütün vasitələrlə bu prosesi əngəlləməyə çalışırlar. Hesab edirəm ki, onların problemi Ermənistanla bağlı deyil. İran daha çox Azərbaycanın güclənməsindən, Türkiyə ilə əlaqələrinin genişlənməsindən ehtiyat edir və bu siyasəti həyata keçirir. Lakin bu siyasəti Rusiya ilə koordinasiyalı şəkildə aparırlar.İrəvanın mövqeyinə gəlincə, bu barədə dəfələrlə fikirlər səsləndirilib. Pezeşkian da bunu bir neçə dəfə bəyan edib. Bu baxımdan hesab edirəm ki, həmin layihədə İran üçün hər hansı problem yoxdur. Ermənistan tərəfi də bildirib ki, orada ABŞ hərbçiləri olmayacaq. Layihədə Amerika şirkətləri iştirak edir və onlar Ermənistan hökuməti ilə birgə fəaliyyət göstərirlər".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Noyabr 2026 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri