Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

“Türkiyə Azərbaycanın strateji müttəfiqidir...”

“Türkiyə Azərbaycanın strateji müttəfiqidir...”

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“BMT-nin növbəti Baş katibinin müəyyənləşdirilməsi ətrafında diplomatik fəallığın daha da intensivləşdiyi bir vaxtda Azərbaycanın tutduğu mövqe xüsusi diqqət çəkir. Rəsmi Bakı əvvəlcə Birləşmiş Ərəb Əmirliklərinin dövlət naziri Lana Zəki Nusseibehin, daha sonra isə Türkiyənin namizədi, ATƏT-in hazırkı Baş katibi Feridun Sinirlioğlunun namizədlik təşəbbüslərini alqışlayıb. Bu, ilk baxışda diplomatik qeyri-müəyyənlik kimi görünə və müəyyən sauallar yarada, Türkiyənin ən yaxın strateji müttəfiqi olan Azərbaycanın Ankaranın namizədinə dərhal və birmənalı dəstək verməməsi kimi yozula bilər”.

Adalet.az xəbər verir ki, bunu politoloq Qulamhüseyn Əlibəyli deyib. 

Politoloq bildirib ki, lakin məsələnin mahiyyətinə fərqli yanaşmaq lazımdır:

“İlk növbədə qeyd etmək lazımdır ki, beynəlxalq diplomatik praktikada namizəd irəli sürmək, namizədliyi alqışlamaq və namizədi dəstəkləmək üç fərqli diplomatik-hüquqi hərəkət hesab olunur. Hazırda Baş katib vəzifəsinə namizədlərin irəli sürülməsi prosesi gedir. Bu prosesdə BMT-nin üzvü olan hər bir dövlət fərdi qaydada və ya digər dövlətlərlə birlikdə kollektiv qaydada Baş katib vəzifəsinə bir namizəd göstərə bilər. Hamizəd irəli sürüb-sürməməsindən asılı olmayaraq hər bir dövlət irəli sürülmüş namizədə münasibətini ifadə edə bilər. Bu münasibət namizəd irəli sürülməsinin nəzərə alınması kimi neytral formada, namizədliyin alqışlanması kimi müsbət diplomatik yanaşma formasında, namizədliyin təqdir edilməsi kimi müsbət qiymətləndirmə formasında, namizədliyin müdafiə olunması kimi açıq siyasi dəstək formasında, namizədi tam dəstəkləmək və ya namizədin lehinə səs verəcəyini bəyan etmək formasında ola bilər. Başqa sözlə, hər hansı bir şəxsin namizədliyinin irəli sürülməsinin alqışlanması diplomatik dildə müvafiq dövlətin təşəbbüsünə müsbət münasibəti ifadə etsə də, həmin namizədin birmənalı dəstəklənmnəsi və ya onun lehinə səs verilməsinə dair vəd kimi qiymətləndirilə bilməz”. 

Onun sözlərinə görə, baş katib vəzifəsinə hər 2 şəxsin namizədliyinin irəli sürülməsinə münasibətdə Azərbaycan XİN-in rəsmi açıqlamalarında məhz bu yanaşma üstünlük təşkil edir:

“Bununla rəsmi Bakı hər iki şəxsin Baş katib vəzifəsinə layiq olduğunu, lakin bu mərhələdə konkret olaraq hələlik heç birinə üstünlük vermədiyini ifadə edir. Eynii zamanda seçim prosesində peşəkarlıq, diplomatik təcrübə, qərəzsizlik və konsensus yaratmaq qabiliyyətinin əsas meyarlar olmalı olduğunu qeyd etməklə Baş Məclisdə səs vermə zamanı həmin meyarları əsas götürəcəyini vurğulayır. Belə yanaşma Azərbaycanın seçim prosesinin sonrakı mərhələlərində diplomatik manevr imkanlarını qorumasına şərait yaradır”. 

Q.Əlibəyli deyib ki, hazırkı mərhələdə Azərbaycanın belə mövqeyini bir neçə amillə izah etmək olar:

“Birincisi, BMT Baş katibinin seçilməsi adi beynəlxalq təşkilat seçkilərindən fərqlənir. BMT Nizamnaməsinə əsasən, Baş katib Təhlükəsizlik Şurasının tövsiyəsi əsasında Baş Məclis tərəfindən təyin edilir. Təhlükəsizlik Şurasının beş daimi üzvündən hər hansı birinin etirazı olarsa, həmin şəxsin namizədliyi Baş Məclisdə səsverməyə qoyulmur. Azərbaycan isə hazırda Təhlükəsizlik Şurasının üzvü olmadığı üçün namizədlərdən birini qabaqcadan dəstəkləməsi siyasi baxımdan əhəmiyyət daşısa da, həmin namizədin seçilməsini bilavasitə təsir etmir. İkincisi, BMT Nizamnaməsi Təhlükəsizlik Şurasının alternativ namizədlər siyahısı təqdim etməsini açıq şəkildə qadağan etməsə də, formalaşmış təcrübəyə əsasən Baş Məclisə yalnız bir namizədin təqdim edilməsi qaydası üstünlük təşkil edir.Təhlükəsizlik Şurasında konsensusun formalaşmaması yeni namizədlərin irəli sürülməsinə və diplomatik danışıqların davam etməsinə səbəb olur. Bu baxımda Azərbaycanın hazırkı mərhələdə konkret namizədin seçilməsinə tam siyasi dəstək verməməsi diplomatik ehtiyatlılıq kimi qiymətləndirilməlidir”. 

Onun fikrincə, nəzərə almaq lazımdır ki, Azərbaycanın həm Türkiyə, həm də Birləşmiş Ərəb Əmirlikləri ilə mühüm siyasi və iqtisadi münasibətləri mövcuddur:

“Türkiyə Azərbaycanın strateji müttəfiqidir. BƏƏ isə Azərbaycanın Yaxın Şərqdə inkişaf edən siyasi-iqtisadi tərəfdaşlarından biridir. Ona görə də bu iki dövlətlə münasibəti indiki şəraitdə bir-birinə qarşı qoymaq düzgün olmazdı.Bununla belə, iki ölkə ilə münasibətlərin eyni xarakter daşımadığını da nəzərə almaq lazımdır. Türkiyə ilə münasibətlər müttəfiqlik səviyyəsindədir və Şuşa Bəyannaməsi ilə siyasi-hüquqi çərçivəyə salınıb. Müttəfiqlik qarşılıqlı maraqların uzlaşdırılmasını nəzərdə tutur. Beynəlxalq təşkilatlarda konkret namizədin dəstəklənməsi isə həmin təşkilatın seçki mexanizmindən, siyasi şəraitdən və namizədin perspektivlərindən də asılıdır. Bu səbəbdən Türkiyənin namizədinin Azərbaycanın siyasi dəstəyinə daha çox ümid etməsi təbiidir və Azərbaycanın seçki prosesinin son mərhələsində Türkiyənin namizədinə güclü siyasi dəstək verməsi gözləniləndir. Azərbaycanın Türkiyənin namizədinə sonrakı mərhələdə daha açıq siyasi dəstək verməsi iki ölkə arasındakı strateji müttəfiqliyin məntiqindən irəli gəlir. Azərbaycanın dəstəyi namizədin irəli sürüldüyü ilk mərhələdə deyil, onun real seçilmə perspektivlərinin müəyyənləşdiyi mərhələdə daha əhəmiyyətli siyasi məzmun qazana bilər. Bu baxımdan Azərbaycanın hazırkı mövqeyini Türkiyənin namizədinə dəstək verməkdən imtina kimi qiymətləndirmək düzgün olmazdı. Belə mövqe beynəlxalq seçki prosesinin qeyri-müəyyənliyi və diplomatik manevr imkanlarının qorunması ilə şərtlənir və sonrakı diplomatik qərarlar üçün imkanları açıq saxlayır”.

Vasif ƏLİHÜSEYN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://adalet.az
archiveBu xəbər 06 Noyabr 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri