Icma.az
close
up
RU
İran cəbhəsində anormal atəşkəs, Trampsayağı bitirilmiş

İran cəbhəsində anormal atəşkəs, Trampsayağı bitirilmiş

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Amerika prezidentinin "həll etdim" dediyi və hələ də öz qeyri-müəyyənliyi ilə ortada yarım-yaylaq qalan müharibələr sırasına biri də əlavə olundu. Adına "atəşkəs elan olundu" desələr də, ABŞ və İsrailin İrana təcavüzü kəsilmək bilmir. Necə atəşkəsdir ki, ortada ala-yarımçıq olsa da, imzalı bir sənəd yoxdur.

Qəribədir ki, ABŞ və İran dayandıqlarını elan etsələr də, İsrail Livana qarşı durmaq bilmir, "atəşkəs Livana aid deyil" iddiasını açıqca bildirir... Ən pisi odur ki, "Tramp Netanyahunun oyununa uyaraq ABŞ üçün lazımsız müharibəyə başladı" kimi tənələr hələ də ortan qalxmadığı halda, Tramp öz ziyanına daha da irəli gedərək "bəli, Netanyahu haqlıdır və atəşkəs Livana aid deyil" kimi özünün "yedəyə düşmüş lider" imicini daha da qabardır... Sanki demək istəyirlər ki, "Hizbullah”la birlikdə Livanı tam işğal etməyimizə İran gərək dözümlü yanaşsın. Belə atəşkəs olur?! Hamı bilir ki, Livan məhz ABŞ və İsrail-İran müharibəsinin qurbanıdır və İranın mənafelərinə uyğun mövqe tutur. ABŞ-İsrail birliyinin anormal atəşkəs məntiqi ilə hərəkət etmiş olsaq, nəzəri olaraq təxminən belə bir vəziyyətə gəlib çıxa bilərik - İran Atlantik okeanında "atəşkəs bu yerləri əhatə etmir" məntiqinə söykənərək ABŞ və İsrailin gəmilərini vurur... Belə atəşkəs olar?!... "Prezident Tramp İranın sülh təkliflərini sözün həqiqi mənasında zibilə atdı" kimi özündən razı və yekəxana bəyanatlar verən bir təcrübəsiz qızın təqdimatlarının ümidinə buraxılmış "zavallı atəşkəsin" taleyi bundan yaxşı ola bilməzdi...

Diqqətçəkicidir ki, ABŞ administrasiyasında nisbətən təmkinli, soyuqqanlı, məsuliyyətli təsir bağışlayan az sayda personaların səsi çox da ucadan gəlmir... Onlar hələ suyun şırıltısına qulaq asmağa üstünlük verirlər... Sanki komandanın Heqset, Levitt kimi "hay-küyçü" adamlarının Trampla birlikdə uçuruma doğru daha çox yaxınlaşmalarını seyr edirlər... Qabaqda maraqlı şeylər var...

Atəşkəsdən sonrakı ilk saatlarda İranda partlayışlar dayanmadı, İran cavab olaraq Küveyti, Bəhreyni və Əmirlikləri yenidən vurmaq zorunda qaldı, İsrail heç nəyə baxmadan Livanı düzləməkdə davam etdi, Tramp Netanyahuya "Livanı vur" mesajı verdi, İran cəmi bir neçə saat fasilədən sonra Hörmüz boğazını yenidən bağladı, Tramp isə "dil qəfəsə qoymadan" təkrar vura biləcəyini deyir... Belə atəşkəs qalıcı sülhün yox, olsa-olsa "Trampsayağı bitirilmiş 8 müharibə silsiləsinin" növbəti uğursuz həlqələrindən birinin bazasına çevrilə bilər. Artıq heç nəyə...

Ancaq müasir münaqişələr tarixində "Trampsayağı İran atəşkəsindən" fərqli əsl atəşkəs nümunələri var.

1994-cü ilin Bişkek atəşkəs razılaşmasını xatırlamaq olar. 26 ildən çox qüvvədə qaldı. Doğrudur, 2020-ci ilədək atəşkəs hər gün pozuldu, lakin ona görə yox ki, atəşkəs sənədi və bunun arxasındakı iradə zəif idi, ona görə ki, Qarabağ münaqişəsi fundamental olaraq həll edilməmişdi... 2020-ci ilin noyabrında İlham Əliyevin Putin və Paşinyanla imzaladığı sənəd də öz növbəsində əsas sülh sazişinə qədər bir atəşkəs razılaşması oldu. 2022-ci ilin oktyabrında Praqada İlham Əliyev Paşinyanın dilindən "Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir" bəyanatının səsləndirilməsinə nail oldu. Əslində bu da əsas sülh sazişinə qədər atəşkəsi möhkəmləndirən hüquqi akt rolu oynadı. 2023-cü ilin avqustunda Vaşinqtonda Əliyevin və Paşinyanın "Sülh sazişini paraflaması" atəşkəsin daimilik statusunu daha etibarlı etdi. Sonrakı mərhələdə İlham Əliyevin Ermənistana tranzit daşımaların üzərindən 33 illik məhdudiyyəti birtərəfli şəkildə götürməsi, Sərhəd komissiyaları barədə Əsasnamələrin təsdiqlənməsi bölgədə davamlı atəşkəsin yeni təzahürləri kimi qəbul olundu. Azərbaycanın adı və imzasının olduğu "münaqişə sənədləri" 1994-cü ildən indiyə kimi Bakı-İrəvan münasibətlərində hər gün atəşkəsi "Böyük sülhə" aparan irili-xırdalı addımlara çevirdi. Bizim Azərbaycanın atəşkəsini bu günlərdə şahidi olduğumuz "anormal atəşkəsin" gününə düşməkdən saxladı... Azərbaycanın 33 il əvvəl başlatdığı atəşkəsin 44 günlük Zəfərdən keçən yolu bu gün möhkəm və qəti sülhə çevrilməyin "0,5" addımlığındadır...

Bir tərəfdə Azərbaycanın müharibə, atəşkəs və böyük sülhü təşviq etmək nümunəsi var, o biri tərəfdə ABŞ və İsrail-İran müharibəsinin anormal atəşkəs və bilinməyən perspektivlik nümunəsi var. Fərq böyükdür və çoxlarına bəllidir...

Bəs Azərbaycanın və şəxsən İlham Əliyevin uğurlu praktikasının kökləri nədədir?

Bəzi əsas variantlar üzərində dayanmaq olar. İran hücum edən tərəf olmadığı üçün müqayisə arqumentlərini ABŞ və İsrailin nümunəsində seçmək daha doğru olardı.

1. Prezident Trampın qürur və fəxrlə "həll etdim" dediyi 8, ya 9 müharibənin içində əslində Trampın yox, İlham Əliyevin özünün xalqımızla birlikdə qəti sonluqla həll etdiyi bir yeganə müharibə nümunəsi var. Əliyev bu müharibəyə başlayanda hansısa başqa bir regional, ya qeyri-regional qüvvənin yox, məhz Azərbaycanın milli, dövlət maraqlarından, 17 il əvvəl xalqına verdiyi vəddən, beynəlxalq hüquqdan çıxış etdi. Heç kim demədi, deyə də bilməzdi ki, İlham Əliyev Qarabağ uğrunda hansısa yad bir gücün xatirinə, ya mənafeyi naminə vuruşurdu... Bu nüansları ABŞ və İsrail rəhbərliyinə aid etmək çətindir. Tramp İranı vurarkən xalqına verdiyi "yeni müharibə açmayacağam" vədini unutdu, beynəlxalq hüququ cındır parçasına çevirdi, Amerika dövlətinin yox, müəyyən lobbi-diaspor maraqlarına daha çox uydu... Bu da nəticələr... Ölkəsinin böyüklük hekayəsi iflasa uğradı, hakimiyyəti zəiflədi, bütün əsas müttəfiqlərindən oldu, icra edilməyən və sabahı bilinməyən anormal atəşkəs əldə etdi...

2. İlham Əliyev Qarabağ uğrunda böyük müharibəni başlayanda öz gücünü və imkanlarını yaxşı bilməklə yanaşı, "bir neçə saata, ya bir neçə günə bitirəcəyəm" kimi eyforiyalara qapılmadı, xalqı da ona salmadı. Hər şeyə real yanaşdı, cəmiyyətə hansısa müddəti yox, "əlimizə düşmüş unikal şansdan maksimum istifadə etməliyik" kimi siyasi-psixoloji hədəfi aşıladı. Nə erməni tərəfi, nə də özümüzün barəsində heç nəyi yalan və şişmiş variantlarda təqdim etmədi, ziddiyətlərə yol vermədi... Nəticə uğurlu oldu. Xalqın etimadı qırılmadı, Siyasi lider və ali komandan imici zədələnmədi... İran müharibəsində nə gördük? İlk başlanğıcda müharibəni kimin başladığını da dəqiq deməkdən çəkindilər. Rubio dedi ki, İsrailin İranı vuracağını bilirdik, lakin İran da qayıdıb cavab olaraq Amerikanın obyektlərini vuracaqdı, İran ilk zərbənin müəllifi olsaydı, ziyanları daha çox olacaqdı, odur ki, qabaqlayaraq ilk zərbəni biz vurduq... Yəni hər şeyi biz Amerika olaraq başlatdıq. Ardınca ABŞ-dan çox mötəbər yerlərdən "Netanyahunun Trampı oyuna saldığı" formasında yeni xəbərlər gəldi. Hətta açıq sübut etməyə çalışdılar ki, müharibə İsrailin yox, sırf Amerikanın planıdır... Belə yerdə dövlətin və liderlərin güvəni sağ-salamat qalmaz...

3. İlham Əliyev Qarabağ müharibəsini hansısa müttəfiqlərin hərbi yardımına, canlı hərbi qüvvəsinə bel bağlayaraq başlamadı. İlk gündən söz bu oldu - bu müharibədə gücümüz ordu, xalqın birliyi, Prezidentə etimadı, torpaqlara olan əbədi-əzəli haqqımız, iqtisadi potensiallarımız, yetişmiş yeni gənc nəslimizdir... Diplomatik, siyasi, mənəvi nüttəfiqlərimiz olan dost ölkələri bir an belə unutmadı. Bunlardan kənarda kimlərəsə, nələrəsə arxayın olub müharibəyə girmədi, "qonşuya ümid olub şamsız qalanların" yolunu tutmadı.

Bu nöqteyi-nəzərdən İran müharibəsində hücumçu tərəfin mövqelərinə baxın.

Əvvəlcə deyildi ki, “dünyanın ən güclü dövləti və ən qüdrətli ordusu" olaraq heç kimin dəstəyinə ehtiyacımız yoxdur, hər şeyi öz gücümüzlə qısa zamanda bitirəcəyik. Az sonra NATO üzrə müttəfiqlər və Avropa Birliyi ölkələri adbaad köməyə çağırıldı... Çağırışlar yerə salındı, hər kəs "bu bizim müharibəmiz deyil" dedi, birinə "mən unutmayacam, sən pis oğlansan" deyildi, birinə "arvadın qapazından hələ özünə gəlməyib” dedilər, dünən nefti gen-bol işlədən dövlətləri “gəlin nefti Hörmüzdə özünüz alın" deyərək şantaj etdilər və sair... Blok müttəfiqin olan ölkədən ərazi tələb elə, hərbi planlarını onlardan gizlət, jurnalistlərə "mən planlarımı sizə açaram, NATO müttəfiqlərimə yox" deyərək onları aşağıla, sonra da onlardan hərbi dəstək um... Belə olmur... Nəticə nə oldu? Nəticəsizlik və təklənmə, sonda isə daha bir yarımçıq buraxılmış müharibə, anormal atəşkəs...

Başqa heç nə...

Aydın QULİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 Aprel 2026 20:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see580

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see515

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see468

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see329

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see269

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see233

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see232

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see185

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see178

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see173

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri