Icma.az
close
up
RU
Menu

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

Ağ Evdə kostyum davası və yaxud Trampsayağı “realiti şou” Rəfi Müslümov yazır

Ağ Evdə kostyum davası və yaxud Trampsayağı “realiti şou” Rəfi Müslümov yazır

Yenicag saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında Ağ Evdə baş verən mübahisə sadəcə bir görüş deyil, eləcə də dünya siyasətinin gələcək konturlarını müəyyənləşdirəcək hadisə oldu. Bu görüşün qapalı qalmayan tərəfləri göstərdi ki, Vaşinqton artıq Kiyevlə diktə dili ilə danışır, Ukrayna isə ağır şərtlər altında seçim qarşısında qalıb: ya Tramp Administrasiyasının tələb etdiyi sazişi imzalayıb təbii sərvətlərin üzərində nəzarəti paylaşacaq, ya da siyasi təzyiqlər və beynəlxalq dəstəkdən məhrum olma riski ilə üzləşəcək.

_Trampın Zelenskiyə qarşı “realiti-şou” oyunu_

Tramp həmişə siyasət meydanını bir şou səhnəsinə çevirən lider olub. Gənc milyarder olduğu dövrdən media oyunlarını ustalıqla idarə edən eks-prezident, hətta bir zamanlar məşhur film epizodlarında görünməyə belə razı olmuşdu. Onun siyasətində də bu yanaşma dəyişməyib – Makronla görüşdə dominant obraz yaratmağa nail olan Tramp Zelenski ilə eyni ssenarini həyata keçirməyə çalışdı. Lakin bu dəfə plan baş tutmadı. Çünki qarşısında başqa bir şoumen dayanmışdı.

Zelenski Trampın sərt ritorikasına boyun əymədi, əksinə, öz arqumentləri ilə cavab verərək, Ağ Evdə qlobal siyasətin balansını dəyişən bir mənzərə yaratdı. Trampın vitse-prezidenti Ceyms Devid Vinsin ona yönəltdiyi tənqidləri vecinə almadan sərt mövqe nümayiş etdirdi. Məsələnin mahiyyəti isə sadə idi: Vaşinqton Ukraynanın gələcəyi üzərində açıq şəkildə hökmranlıq etmək istəyirdi və bu, artıq siyasi estetika qaydalarına belə riayət edilmədən, açıq şəkildə ifadə olunurdu.

_Mübahisənin əsl səbəbi: Ukrayna üzərində nəzarət savaşı_

ABŞ-nin Ukraynaya verdiyi dəstəyin fonunda Kiyevdən konkret güzəştlər tələb etməsi yeni məsələ deyil. Ancaq bu dəfə məsələ təkcə maliyyə yardımı deyil, daha fundamental şərtlərlə bağlı idi. Zelenski Vaşinqtona Ukraynanın yeraltı və yerüstü sərvətləri ilə bağlı razılaşmaları müzakirə etməyə getmişdi. Lakin Ağ Evdə ona sadəcə bir ultimatum təqdim edildi: “saziş imzalanacaq, heç bir müzakirə yoxdur”.

Buna baxmayaraq, Zelenski gözlənilməz addım atdı. O, bu şərtlərə boyun əymək əvəzinə, açıq şəkildə müqavimət göstərdi və Ağ Evdə real mübahisə baş verdi. Tramp və onun vitse-prezidenti Vins Ukrayna liderinin döyüş qabiliyyətini və siyasi mövqeyini açıq şəkildə tənqid edərək, onu zəif göstərməyə çalışdılar. Hətta Tramp mübahisənin sonunda ironiya ilə “sənin düzgün kostyumun belə yoxdur” deməklə Zelenskini şəxsi səviyyədə də vurmağa cəhd etdi. Lakin Ukrayna prezidenti geri çəkilmədi və sərt cavab verdi: “Mən Putindən qorxmuram, sən kimsən?”

_ABŞ-Ukrayna münasibətlərində böyük çatlar_

Bu qarşıdurma göstərdi ki, ABŞ-Ukrayna münasibətləri artıq əvvəlki kimi olmayacaq. Tramp Administrasiyası Kiyevlə daha sərt mövqedən danışmağa hazırdır və bu, Ukraynanın beynəlxalq dəstək məsələsində çətin dönəmə daxil olduğunu göstərir.

Onsuz da siyasətdə əsas olan emosional çıxışlar deyil, real addımlardır. Zelenskinin Vaşinqtonda nümayiş etdirdiyi mövqe, onun siyasətdə hələ də güclü oyunçu olduğunu göstərdi. Lakin Trampın bu qarşıdurmada qalib gəlmək üçün atacağı addımlar hələ qarşıdadır. Ağ Evdə baş verənlərin nəticələri qapalı qapılar arxasında daha aydın olacaq.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 01 Mart 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see422

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see417

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see348

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see323

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see320

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see293

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see275

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see261

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see247

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see235

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see234

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see233

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see232

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see205

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see164

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see142

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see140

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see134

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see133

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri