Icma.az
close
up
RU
İran Cənubi Qafqazda HƏRƏKƏTƏ KEÇDİ KONKRET

İran Cənubi Qafqazda HƏRƏKƏTƏ KEÇDİ KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranda Cənubi Qafqazda həyata keçirilən “Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsi və onun ABŞ-ın təhlükəsizlik siyasəti baxımından gələcək istifadəsi ilə bağlı növbəti dəfə narahatlıq ifadə olunur. ABŞ və Ermənistan xarici siyasət qurumlarının birgə bəyanatından da məlum olub ki, Vaşinqton ABŞ–Ermənistan birgə müəssisəsi olan TRIPP Development Company-də nəzarət paketini əldə edib.

KONKRET.az xəbər verir ki, ABŞ tərəfi bu kommunikasiya layihəsini Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi, ticarətin genişləndirilməsi və tədarük zəncirlərinin dayanıqlığının artırılması üçün mühüm alət kimi təqdim edir. Eyni zamanda, təşəbbüs ABŞ şirkətləri üçün yeni investisiya və biznes imkanları yaradır, Avropa ilə Asiya arasında alternativ ticarət marşrutlarının formalaşmasına şərait yaradır.

Bu proseslər fonunda İranda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Ölkə etiraz aksiyaları ilə əhatə olunub və Vaşinqton dəfələrlə Tehrana xəbərdarlıq edərək, etirazçılara qarşı sərt tədbirlərin tətbiq ediləcəyi təqdirdə müdaxilə olunacağını bəyan edib.

ABŞ-lı analitik və publisist Samson Katzman prfosesləri şərh edərək bildirib ki, TRIPP-i tərəddüdsüz “sülh layihəsi” adlandırmaq olar:

“Bu layihə 2025-ci ilin avqustunda Tramp administrasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə olunmuş sülh razılaşmalarının nəticəsi olaraq yaranıb. Cənubi Qafqazda davamlı və uzunmüddətli sülh TRIPP-in reallaşması və uğuru üçün kritik əhəmiyyət daşıyır. ABŞ-ın bu layihədə marağı olduqca böyükdür”.

Katzman bildirir ki, İranın TRIPP-ə mənfi reaksiyası gözlənilən idi:

“Layihə regionun geosiyasətini dəyişir, qüvvələr balansını pozur və İranın sərhədləri yaxınlığında təsir imkanlarını zəiflədir”.

Onun fikrincə, Tehranda TRIPP yalnız iqtisadi təşəbbüs kimi deyil, həm də ABŞ-ın regionda təsirini gücləndirən vasitə kimi dəyərləndirilir:

“İran tərəfi həm Rusiya–İran marşrutlarını kənardan keçən yeni nəqliyyat infrastrukturundan, həm də Vaşinqtonun bölgədə daimi mövcudluğundan narahatdır”.

Analitik İranın hazırda layihəyə real maneə törətmək imkanlarına da toxunub:

“Ölkə daxilində və ətrafında mövcud vəziyyəti nəzərə alsaq, güc ssenarisi inandırıcı görünmür”.

Onun qənaətincə, İranın reaksiyası daha çox diplomatik ritorika və regional vasitəçilər üzərindən təzyiqlərlə məhdudlaşacaq:

“Vasitəçilər İranın illərdir formalaşdırdığı ucuz, dolayı və inkar oluna bilən üslubdur. Ermənistan təzyiq nöqtəsi kimi, Rusiya taktiki müttəfiq qismində, Türkiyə isə bir tərəfdən Azərbaycanın müttəfiqi olsa da, digər tərəfdən ABŞ-ın bölgədə dominant olmasını istəməyən aktor kimi çıxış edə bilər”.

Katzman vurğulayıb ki, iqtisadiyyatı çökməkdə olan və daxili etirazlarla üzləşən İran üçün ABŞ-la açıq qarşıdurma həddən artıq risklidir:

“İran rəhbərliyi indi ciddi addımlara getməyəcək”.

Sonda ekspert qeyd edib ki, TRIPP gücləndikcə və real iqtisadi layihəyə çevrildikcə, İranın sərt reaksiya üçün əsasları daha da azalacaq.

Müşviq Tofiqoğlu
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://konkret.az
archiveBu xəbər 16 Yanvar 2026 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see383

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see284

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see227

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see207

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see205

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see198

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see196

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see183

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see181

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see177

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see176

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see175

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see174

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see171

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see171

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see171

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see169

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see156

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see147

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri