İran danışıqları rədd etdi: ABŞ la müharibə yeni mərhələyə keçir Böyük savaş başlayır?
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
İran ABŞ-ın münaqişənin həlli ilə bağlı irəli sürdüyü 15 bəndlik planı qəbul etməyib. Məlumata görə, Tehran Vaşinqtonun şərtlərini qəbuledilməz sayıb.
İranın qərarı ABŞ-da necə qarşılanacaq? Növbəti mərhələdə proseslər hansı müstəvidə davam edə bilər?
Globalinfo.az-a danışan Züriyə Qarayeva deyib ki, İranın ABŞ-ın irəli sürdüyü maksimalist xarakterli şərtləri rədd etməsi gözlənilən idi:
“Çünki bu plan Tehranın həm təhlükəsizlik arxitekturasını, həm də regional təsir alətlərini faktiki olaraq neytrallaşdırmağa yönəlmişdi. Belə bir fonda Tramp administrasiyası birbaşa hərbi eskalasiyaya getməkdənsə, ilkin mərhələdə təzyiq mexanizmlərini gücləndirməyə üstünlük verə bilər. Bu, sanksiyaların sərtləşdirilməsi, diplomatik təcridin genişləndirilməsi və xüsusilə regional müttəfiqlər – İsrail və Körfəz ölkələri vasitəsilə dolayı basqının artırılması formasında özünü göstərə bilər. Eyni zamanda, Vaşinqton informasiya müstəvisində İranı “razılaşmadan qaçan tərəf” kimi təqdim etməyə çalışaraq beynəlxalq legitimlik qazanmağa çalışacaq”.
Politoloqun sözlərinə görə, bundan sonrakı mərhələdə proseslərin iki paralel xətt üzrə inkişaf etməsi ehtimalı yüksəkdir:
“Bir tərəfdən kontrollu gərginlik siyasəti davam edəcək, digər yandan isə arxa kanallar vasitəsilə məhdud kompromis imkanları yoxlanılacaq. Tehran üçün prioritet rejimin təhlükəsizliyini və nüvə proqramının minimum səviyyədə qorunmasını təmin etməkdir. Buna görə də tam geri addım real görünmür. Lakin iqtisadi və hərbi təzyiqin artması fonunda İranın taktiki güzəştlərə getməsi istisna deyil. Ümumilikdə, yaxın dövrdə nə tammiqyaslı müharibə, nə də sürətli sülh razılaşması gözlənilir; daha çox uzunmüddətli, dəyişkən intensivlikli qarşıdurma modeli formalaşacaq”.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 26 Mart 2026 15:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















