Icma.az
close
up
RU
İran əks hücuma keçdi: Avropanı qarışdıran qərar Yarış başlayır

İran əks hücuma keçdi: Avropanı qarışdıran qərar Yarış başlayır

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İranlı deputat Hüseyn Əli Hacı-Dəliqani parlamentin Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaq planını hazırlamağa başladığını açıqlayıb. Onun sözlərinə görə, plan avqustun 29-da deputatların müzakirəsinə təqdim ediləcək, gələn həftə isə təsdiqlənməsi gözlənilir.

Tehran hesab edir ki, bu addım Böyük Britaniya, Fransa və Almaniyanın İranın nüvə proqramına qarşı BMT sanksiyalarının bərpası təşəbbüsünə cavabdır.

İranın planı təsdiqləməsi ölkə üçün nə kimi nəticələr doğuracaq?

Globalinfo.az-a danışan siyasi şərhçi Elmir Səftərov deyib ki, İranın Qərblə münasibətlərinin ən aşağı səviyyəyə çatdığı bir vaxtda, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmağı planlaşdırması, dünyada paradiqma dəyişikliyinə doğru real addımlar atmasından xəbər verir:

“Bu ideya Tehrana qarşı həyata keçirilən təzyiqlər fonunda Avropaya və ABŞ-a xəbərdarlıq, eyni zamanda beynəlxalq aləmdə İranın sərt reaksiyalara hazır olduğu mesajıdır. Belə bir qərar nüvə silahının reallaşması yönündə iddialı addımdır, İranda nüvə proqramı ilə bağlı artıq həssas dövrlərin başladığını deməyə əsas verir.

Tehran rəsmiləri mütəmadi şəkildə ölkəyə beynəlxalq təzyiqlərin gücləndiriləcəyi təqdirdə sözügedən müqavilədən çıxacaqlarını bildirirlər. Təzyiqlərin artdığı zamanda – cari ilin iyulun 2-də İran Prezidenti Məsud Pezeşkianın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlığı dayandıran qanunu imzalaması da bu baxımdan diqqətçəkən hadisədir.

Böyük Britaniya, Fransa, Almaniya, ABŞ və digər Qərb dairələri isə hesab edir ki, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxması beynəlxalq təhlükəsizliyə ciddi hədə-qorxu yaratmaqla yanaşı, presedent təşkil edir. Bu səbəbdən də BMT Təhlükəsizlik Şurasının üzvü olan ölkələr arasında İranın nüvə proqramına dair qətnamə layihəsi barədə müəyyən fikir ayrılığı olsa da, onlar BMT qərarlarının yerinə yetirilməməsinə görə İrana sanksiyalar tətbiq olunması barədə qərar qəbul etmək niyyətini açıqlayırlar. Onlar bununla İranın beynəlxalq sistemdəki mövqeyinə geniş təsir göstərmək istəyirlər”.


Elmir Səftərov

Siyasi şərhçi bildirib ki, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxması müqavilənin 10-cu maddəsinə əsasən mümkündür:

“Lakin bu müqavilədən çıxmağın geniş nəticələri var, Tehrana siyasi və hüquqi təzyiqlər yaradacaq.

Birincisi, beynəlxalq ictimaiyyət İranın belə bir addımını nüvə proqramının hərbi varianta doğru getdiyinə işarə kimi qiymətləndirərək, Tehrana qarşı geniş konsensus yaradacaq. Bu da ölkənin daha geniş anlamda sanksiyalar və beynəlxalq təcridlə üzləşməsinə səbəb olacaq.

Bu addım həmçinin Yaxın Şərqdə dövlətlər arasında nüvə silahı yarışına da səbəb ola və regionda balans yaratmaq məqsədilə digər ölkələrdə öz nüvə proqramlarını gücləndirməyə maraq oyada bilər.

Təbii ki, rəsmi olmasa da, İranın Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxmaq niyyətinin Qərbə qarşı diplomatik gediş, yəni çəkindirmə üçün təzyiq vasitəsi kimi də dəyərləndirilməsi də mümkündür. Çünki müqavilədən çıxmaq İranın nüvə proqramında oynaya biləcəyi təhlükəli kartlardan biridir. Tehran bu gedişlə Qərbdə qorxu yaradaraq, özünə qarşı yönələn ciddi sanksiyaları zəiflətməyə və sərfəli danışıqlara ümid edə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Avqust 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri