Azərbaycan taekvondoçusu: “Yarış istədiyim kimi keçdi”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Azərbaycan taekvondoçusu Cavad Ağayevin İsveçrənin Sankt-Qallen şəhərində keçirilən “Swiss Open” beynəlxalq turnirində əsas hədəfi qızıl medal medal qazanmaq, Avropa Oyunları üçün xal toplamaq və reytinq sıralamasına düşmək olub.
O, yarışın gözlədiyindən də uğurlu alındığını bildirib.
“Yarış istədiyim kimi keçdi. Onsuz da bu turnirə qızıl medal qazanmaq üçün getmişdim. Avropa Oyunlarına görə xal toplamaq lazım idi ki, reytinq sıralamasına düşüm. Şükürlər olsun ki, istədiyimi əldə etdim”, - deyə o report.az-a açıqlamasında vurğulayıb.
Taekvondoçu, zədəli olmasına baxmayaraq, hədəfinə çatdığını əlavə edib:
“Zədələrim olduğuna görə bir az narahatlıq yarandı. Amma istədiyim nəticəni, uğuru qazana bildim”.
Qeyd edək ki, “Swiss Open” beynəlxalq turnirində Cavad Ağayev (74 kq) və Minayə Əkbərova (46 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıblar. Azərbaycan komandası ümumi hesabda 1-ci yeri tutaraq turnirin kubokuna sahib çıxıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 08 Sentyabr 2026 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















