Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

İran Ərəb ölkələri ilə niyə dost ola bilmir? TARİX

İran Ərəb ölkələri ilə niyə dost ola bilmir? TARİX

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranda son iki həftə ərzində baş verən genişmiqyaslı etirazlar ölkəni dərin siyasi və sosial böhranla üz-üzə qoyub. Rəsmi məlumatlara görə, iğtişaşlar zamanı 2 mindən çox insan həlak olub, hüquq müdafiəçiləri isə ölənlərin sayının bundan xeyli artıq olduğunu bildirirlər. Analitiklər bu prosesləri 1979-cu il İslam İnqilabından sonra İranın qarşılaşdığı ən ciddi daxili sarsıntı kimi qiymətləndirirlər.

Etirazların ilk günlərindən etibarən beynəlxalq reaksiyalar da sərtləşib. ABŞ administrasiyası Tehrana qarşı açıq hədələr səsləndirib. Sabiq prezident Donald Tramp bir neçə gün əvvəl etirazçılara qarşı silahdan istifadə ediləcəyi təqdirdə, İranın hərbi zərbələrlə üzləşə biləcəyini bəyan edib.

Baş verənlərə beynəlxalq ictimaiyyət müxtəlif mövqelərdən yanaşsa da, ərəb dövlətlərinin tutduğu xətt xüsusi diqqət çəkir. Belə ki, Səudiyyə Ərəbistanı rəsmi kanallar vasitəsilə Tehrana öz ərazisinin və hava məkanının İran İslam Respublikasına qarşı mümkün hərbi əməliyyatlar üçün istifadə edilməyəcəyinə dair təminat verib. Krallığın hökumət və ordu dairələrinə yaxın mənbələrin bildirdiyinə görə, Ər-Riyad İrana birbaşa mesaj ötürərək, hər hansı hücumda iştirak etməyəcəyini açıq şəkildə bəyan edib.

Oxşar mövqe Qətər və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən də sərgilənib. Hər iki ölkə İran əleyhinə mümkün hərbi addımlar üçün öz ərazilərinin və hava məkanlarının istifadəsinə icazə verilməyəcəyini açıqlayıb. Ekspertlər bu yanaşmanı bölgədə gərginliyin daha da dərinləşməsinin qarşısını almağa yönəlmiş ehtiyatlı və praqmatik siyasət kimi dəyərləndirirlər.

Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İran parlamentlərarası İşçi Qrupunun üzvü Ceyhun Məmmədov Ərəb ölkələrinin bu yanaşmasının arxasında duran səbəbləri belə izah edib:

“Bu gün İranla ərəb ölkələri arasında ciddi fikir ayrılıqları var. Əksər ərəb ölkələri ilə İranın münasibtələri yaxşı deyil. Ərəb ölkələrinin bu yöndə qərar verməsinin əsas səbəbi çox ciddi narahat olmalarından qaynaqlanır. Çünki İranda sabitliyin pozulması bütövlükdə bölgə üçün problem yaradacaq. Yəni, bu, bölgənin siyasi arxitekturasını dəyişdirəcək, gərginliyi daha da artıracaq. Əsas narahatçılıq ondan ibarətdir ki, İrandakı hər hansı dəyişikliyin bütövlükdə Yaxın Şərqə təsir edəcəyidir. Eyni zamanda İranın çoxlu proksi qüvvələri, terror təşkilatları var. Bu təşkilatlar sakit durmayıb, bölgə üçün əlavə təhdidlər yaradacaq”.

Ərəb ölkələri ilə İran arasında münasibətlər Yaxın Şərqin ən mürəkkəb və uzunmüddətli geosiyasi qarşıdurmalarından biri olaraq qalır. Bu münasibətlər təkcə diplomatik bəyanatlarla deyil, regional münaqişələr, təhlükəsizlik narahatlıqları, məzhəbi fərqlər və iqtisadi maraqlar fonunda formalaşır.

Münasibətlərin hazırkı səviyyədə olmasının əsas nüanslarını isə deputat Ceyhun Məmmədov belə şərh edir: “Bu məsələnin kökündə o durur ki, İran davamlı olaraq Ərəb ölkələrinin daxili işlərinə müdaxilə edirdi. İran İslam inqilabının, özünəməxsus dini ideologiyanı ərəb ölkələrinə ixrac olunmasına çalışırdı. Məsələn bu gün qarşımızda Livan nümunəsi var. Livanda çox məsələlər İranın əlindədir. Eyni zamanda digər bütün amilləri nəzərə alaraq, onlar arasında fikir ayrılığı, ixtilaf vardı. Bu özünü əksər hallarda açıq-aydın gösərir. İran daimi olaraq ərəb ölkələrinin daxili işlərinə müdaxilə edib. Özünün din modelini ərəb ölkələrinə ixrac olunmasına çalışırdı. Bu da İranın yaratdğı radikal, terrorist qrupların vasitəsilə baş verirdi”.

Ərəb-İran münasibətlərinin tarixinə baxdıqda, münasibətlərdə gərginlik 1979-cu ildə İranda İslam İnqilabından sonra daha da artdı. Yeni hakimiyyət əsasən sünni ərəb monarxiyaları, xüsusilə Səudiyyə Ərəbistanı tərəfindən təhlükə kimi qəbul edildi. İranın “müqavimət oxu” adlandırdığı strategiya çərçivəsində Livanda “Hizbullah”, Yəməndə husilər, İraqda şiə silahlı qrupları dəstəkləməsi ərəb dünyasında ciddi narazılıq doğurdu.

Hazırda İran–ərəb qarşıdurmasının real cəbhələri əsasən üçüncü ölkələrdə formalaşıb:

Yəmən: Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya ilə İranın dəstəklədiyi husilər arasında müharibə regionda ən qanlı qarşıdurmalardan biridir.

Suriya: İran Bəşər Əsəd rejiminin əsas dayaqlarından biridir, bir sıra ərəb ölkələri isə müxalif qüvvələri dəstəkləyib.

Livan: İranın təsirində olan “Hizbullah” faktiki olaraq ölkənin siyasi balansını müəyyən edən əsas aktorlardan biridir.

İraq: Bu ölkədə şiə silahlı qrupları aktiv şəkildə fəaliyyətdədir.

Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr İranın raket proqramını və nüvə fəaliyyətlərini birbaşa təhlükə kimi qiymətləndirir. ABŞ və İsrailin dəstəyi ilə aparılan təzyiqlər fonunda ərəb ölkələri İranın regional ambisiyalarının qarşısını almağa çalışır.

Bununla belə, bütün ərəb ölkələrinin mövqeyi eyni deyil:

BƏƏ İranla siyasi gərginliyə baxmayaraq, iqtisadi əlaqələri qoruyur, Qətər Tehranla praqmatik və balanslı münasibətlər saxlayır, Oman və İraq isə tərəflər arasında vasitəçi rolunda çıxış edir.

2023-cü ildə Çin vasitəçiliyi ilə Səudiyyə Ərəbistanı və İran arasında diplomatik münasibətlərin bərpası regionda yeni mərhələnin başlanğıcı kimi qiymətləndirildi. Bu addım uzun illər düşmən mövqedə olan tərəflərin birbaşa dialoqa qayıtdığını göstərdi. Analitiklər hesab edir ki, bu normallaşma tam etimad demək deyil, daha çox, regional müharibələrin qarşısını almaq, iqtisadi sabitliyi qorumaq, böyük güclərin təsir balansını saxlamaq məqsədi daşıyır.

Ekspertlərin fikrincə, ərəb ölkələri ilə İran arasında münasibətlər nə tam barış, nə də açıq müharibə mərhələsindədir. Hazırkı vəziyyət daha çox “kontrollu gərginlik və məcburi dialoq” modeli ilə xarakterizə olunur.

İranın regional siyasətindən imtina etmədiyi, ərəb ölkələrinin isə təhlükəsizlik narahatlıqlarını aradan qaldırmadığı bir şəraitdə münasibətlərin tam normallaşması yaxın perspektivdə real görünmür. Bununla belə, tərəflər artıq birbaşa qarşıdurmanın baha başa gəldiyini anlayır və diplomatik kanalları açıq saxlamağa çalışırlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:168
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Yanvar 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see461

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see430

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see307

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see304

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see298

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see255

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see243

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see238

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see228

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see220

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see214

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see212

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see211

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see210

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see208

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see199

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see196

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see193

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri