Icma.az
close
up
RU
Ərəb ölkələri ilə əlaqələr inkişaf edir

Ərəb ölkələri ilə əlaqələr inkişaf edir

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Bunu dünya ölkələrinin, nüfuzlu beynəlxalq təşkilatların Azərbaycanla əməkdaşlıqda maraqlı olmaları da təsdiqləyir. Son illər Azərbaycanın Avropa, Türk dünyası ölkələri ilə olduğu kimi, ərəb dövlətləri ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub.

Din və mənəvi dəyərlər bağlılığı...

Ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdən birini məhz böyük İslam coğrafiyasına aid ölkələrlə, o cümlədən də ərəb dövlətləri ilə əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi təşkil edir. Bu gün müasir dövlət kimi inkişaf edən Azərbaycan öz siyasətində, həmçinin tarixi köklərə istinad edir və ənənələrə, milli-mənəvi dəyərlərə yüksək bağlılıq sərgiləyir. Ölkəmizin ərəb dövlətlərilə münasibətlərinin dərinləşməsinə münbit zəmin yaradan əsas faktorlardan biri məhz tarixi bağlılıq amilidir. Müqəddəs dinimiz, oxşar mənəvi dəyərlərimiz ölkələrimizi və xalqlarımızı birləşdirən çox mühüm amil qismində çıxış edir. Məhz bu amillər Azərbaycanla ərəb ölkələri ilə əlaqələri genişləndirir. Azərbaycanın İslam coğrafiyası ilə yaxınlaşmasında ilk növbədə təbii amillər, cəmiyyətlərin istəkləri və əlbəttə ki, dövlətlərin siyasi iradələri müstəsna rol oynayır. Ölkəmiz İslam dövlətləri ilə əməkdaşlığını ikitərəfli qaydada, həmçinin beynəlxalq platformalar üzərindən genişləndirir. Həm İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həm də Ərəb Liqası ilə əməkdaşlıq müstəvisində də əlaqələr xüsusi vurğulanmalıdır.

Azərbaycanla BƏƏ strateji tərəfdaş ölkələrdir

Bu mənada, Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər də xüsusi əhəmiyyətə malikdir. Yeri gəlmişkən, martın 11-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əməkdaşlıq perspektivləri, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Nazirlər siyasi, iqtisadi, ticarət, energetika, turizm və s. istiqamətlərdə əməkdaşlıq əlaqələrinin inkişaf perspektivlərini nəzərdən keçiriblər. Onlar, həmçinin beynəlxalq platformalarda əməkdaşlıq istiqamətlərindən və qarşılıqlı dəstəkdən məmnun olduqlarını bildiriblər. Telefon danışığı zamanı, eyni zamanda, digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramovun Bəhreynə səfərində nələr müzakirə olunub?

Mayın 12-də isə xarici işlər naziri Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfər edib. Səfər çərçivəsində o, Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman ibn Həməd ibn İsa Əl-Xəlifə ilə görüşüb. Görüşdə Azərbaycan-Bəhreyn ikitərəfli və çoxtərəfli əməkdaşlığının hazırkı durumu, ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

C.Bayramov səfərin iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə olacağına dair ümidvarlıq ifadə edib. Ölkələrimiz arasında ali və yüksək səviyyədə siyasi dialoqun səviyyəsindən məmnunluq ifadə olunub, bu dinamikanın iqtisadiyyat, ticarət, investisiyalar, turizm, logistika, informasiya və kommunikasiya texnologiyaları üzrə konkret təşəbbüslər vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. 2026-cı ilin Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərinin 30 illiyi ilə əlamətdar olacağı məmnunluqla qeyd edilib, bu illər ərzində münasibətlərimizin əsaslandığı prinsiplərin bundan sonra da əməkdaşlığımızın inkişafında rəhbər tutulmasının əhəmiyyəti diqqətə çatdırılıb.

Səfər zamanı C.Bayramov Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əlzəyani ilə də görüşüb. Görüş zamanı, Azərbaycan və Bəhreyn arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, münasibətlərin gələcək perspektivləri, həmçinin regiondakı və beynəlxalq inkişaflar müzakirə olunub. Növbəti il Azərbaycan və Bəhreyn arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağı məmnunluqla qeyd edilib, bu illər ərzində bir sıra sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlığın, o cümlədən çoxtərəfli platformalar çərçivəsində nümayiş olunan qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti vurğulanıb.

Əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mövcud potensialdan istifadə olunmasının, habelə bu xüsusda qarşılıqlı yüksək səviyyəli səfərlərin və görüşlərin intensivləşdirilməsi, Xarici İşlər Nazirlikləri arasında mütəmadi siyasi məsləhətləşmələrin aparılması və ikitərəfli hüquqi bazamızın zənginləşdirilməsinin vacibliyi qeyd olunub. Humanitar sahə üzrə əməkdaşlığın genişləndirilməsinin, xüsusilə təhsil və təcrübə mübadilələrinin əhəmiyyətindən də bəhs edilib.

Regional və beynəxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, ölkəmizin cari ilki AQEM sədrliyi, habelə 2026-cı ildə İƏT-in sammitinə sədrliyi zamanı mümkün birgə təşəbbüslər barədə fikir mübadiləsi aparılıb.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları daxil olmaqla mövcud maneələr barədə ətraflı məlumatlandırılıb. Görüş zamanı Yaxın Şərqdə vəziyyət də geniş müzakirə edilib.

C.Bayramovun Bəhreyn Şura Məclisinin sədri Əli bin Saleh Al Saleh ilə görüşündə isə Azərbaycan-Bəhreyn əməkdaşlığının parlamentlərarası müstəvidə inkişafı və davam etdirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:253
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri