İran G7 xarici işlər nazirlərinin Tehranın sabitliyi pozan davranışı ilə bağlı şərhlərini gülünc adlandırıb
Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.
Bizimyol.info xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
“İranı regionda sabitliyi pozan davranışlarda ittiham etmək absurddur, İranın müdafiə qabiliyyəti beynəlxalq hüquqa uyğun olaraq inkişaf etdirilir və Qərbi Asiyada təhlükəsizliyin təmin edilməsi üçün zəruridir”, - deyə nazirlik qeyd edib.
Baqai: “İranın dinc nüvə sektorundakı fəaliyyəti ölkənin texniki və sənaye ehtiyaclarını ödəməyə yönəlib və beynəlxalq hüquq normalarına, eləcə də İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi, həmçinin Tehranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) arasında təhlükəsizlik tədbirləri sazişi çərçivəsində götürdüyü öhdəliklərə uyğun olaraq həyata keçirilir”, - deyə bildirib.
İranlı diplomat İsraili “Yaxın Şərqi nüvə silahından azad zonaya çevirmək üçün yeganə maneə” adlandırıb.
Baqainin sözlərinə görə, yəhudi dövləti “Böyük yeddilik” ölkələrinin hərtərəfli dəstəyindən bəhrələnərək, Qəzza zolağında törədilən soyqırım və region ölkələrinə qarşı təcavüzlə yanaşı, beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhlükə yaradan kütləvi qırğın silahları hazırlamağa davam edir”.
Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşdən sonra G7-nin xarici işlər nazirləri birgə bəyanat yayaraq, İranın nüvə enerjisi sahəsində fəaliyyətini, Yaxın Şərqdəki regional müttəfiqlərinə dəstəyini, ballistik raketlərin və PUA-ların inkişaf etdirilməsi proqramını, eləcə də İslam Respublikasında insan haqlarının pozulmasını pisləyiblər.
Qadir, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 17 Fevral 2025 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















