Icma.az
close
up
RU
İran hadisələri neft və qızılı rekord həddə yüksəldir RƏYLƏR

İran hadisələri neft və qızılı rekord həddə yüksəldir RƏYLƏR

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Asif İbrahimov: “Yaxın Şərq gərginliyi nefti 150 dollara qaldıra bilər!”

Akif Nəsirli: “Brent bahalaşır, Azəri Light Azərbaycana milyardlarla gəlir gətirəcək”

Son zamanlar neftin və qızılın qiymətində artım müşahidə edilir. İnvestorlar 2026-cı ilin may ayında çatdırılacaq “Brent” neftinin qiymətini indidən müəyyən ediblər. "ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının nəticəsinə görə, “Brent” neftinin 1 bareli 77,52 ABŞ dolları təşkil edib. Yaxın Şərq ölkələrinin ixrac etdiyi xam neft, əsasən tankerlərlə Hörmüz boğazı vasitəsilə dünya bazarına çıxarılır. Hazırda boğazın bağlı olduğunu nəzərə alsaq, neftin bahalaşmasını bir neçə fundamental iqtisadi mexanizm ilə izah etmək mümkündür. “Brent”in bahlaşması Azərbaycanın “Azəri Light” neftinə də təsiri ola bilər. Çünki “Azeri Light”ın qiyməti “Brent”ə istinadla formalaşır. Gərgin proseslər qızılın qiymətinə də təsirsiz ötüşməyib. Statistikaya görə, qızıl son bir həftədə 3,5 faiz bahalaşıb. Bəs qiymət artımları daxili və qlobal iqtisadiyyata necə təsir göstərə bilər?

Mövzu ilə bağlı iqtisadçı Asif İbrahimov Sherg.az-a bildirib ki, qızıl və neft qiymətlərində müşahidə olunan yüksəlişin əsas səbəblərindən biri Yaxın Şərq regionunda artan geosiyasi gərginlikdir:

“Sözügedən region qlobal enerji təchizatında strateji mövqeyə malikdir. Orada baş verən hərbi-siyasi proses dünya bazarlarında birbaşa qiymətlərə təsir göstərir. Tarixi təcrübə göstərir ki, siyasi və iqtisadi qeyri-müəyyənlik şəraitində, fərdi investorlar və dövlətlər aktivlərini daha təhlükəsiz alətlərdə saxlamağa üstünlük verirlər. Bu baxımdan etibarlı valyutalar, daşınmaz əmlak, qiymətli metallar əlverişli vasitəyə çevrilir. Metallara tələbin artması isə bazar mexanizminə uyğun olaraq, qiymətlərin yüksəlməsinə səbəb olur. Qlobal miqyasda qızılın yüksəliş trendi 2022-ci ildə Rusiya-Ukrayna ilə daha qabarıq şəkildə özünü göstərməyə başlayıb. Oxşar dinamika neft bazarında da müşahidə olunur”. 

A.İbrahimovun sözlərinə görə, geosiyasi proseslər gərgin fazada davam edərsə, neftin qiyməti 150 dollaradək qalxa bilər:

“Yaxın Şərqdə baş verən proseslər qlobal enerji təchizatı üçün ciddi risklər yaradır. Xüsusilə İranın nəzarətində olan və dünya neft tranzitinin təxminən 20 faizinin həyata keçirildiyi Hörmüz boğazı ətrafında gərginliyin artması bazarlarda təklif şoku qorxusunu gücləndirir. Son günlər Brent markalı neftin qiymətində 6 faiz artım, qlobal inflyasiya risklərini yenidən gündəmə gətirib. Hörmüz boğazında mümkün məhdudiyyətlər neft ixrac edən ölkələr üçün logistika və sığorta xərclərinin yüksəlməsinə səbəb olur. Nəticə etibarilə, əlavə xərclər satış qiymətlərinə təsir göstərir”.

İqtisadçı Akif Nəsirli isə “Brent” neftinin Azərbaycanın əsas ixrac məhsulu olan “Azəri Light”a təsirindən bəhs edib:

“Qızıl və neft qiymətlərində müşahidə olunan yüksəlişin əsas səbəbi Yaxın Şərq regionunda artan geosiyasi gərginlikdir. İnsanlar və investorlar gərginlik dövründə təhlükəsizlik və sabitlik axtarırlar. Buna görə də “təhlükəsiz liman” hesab olunan qızıla tələbat artır. Eyni zamanda, regiondakı gərginliklər neft tədarükünü risk altına qoyduqda, qiymətləri yüksəlir. Çünki bazar kəsinti və çatışmazlıq ehtimalını qiymətləndirir. “Brent” neftinin bahalaşması birbaşa olaraq “Azəri Light” neftinin qiymətinə də təsir göstərə bilər. Çünki “Azəri Light” beynəlxalq bazarlarda “Brent” nefti ilə müqayisə əsasında qiymətləndirilir. “Brent” nefti bahalaşanda, Azərbaycan üçün əsas ixrac məhsulu olan “Azəri Light” yüksək qiymətə satılır. Bu da ölkəyə daha çox gəlir gətirə bilər. İxrac gəlirlərinin artması, dövlət büdcəsi və valyuta məzənnəsinə də müsbət təsir göstərir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:492
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Mart 2026 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri