Icma.az
close
up
RU
İran hakimiyyəti monolit deyil ŞƏRH EDİLDİ

İran hakimiyyəti monolit deyil ŞƏRH EDİLDİ

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran Kəşfiyyat Nazirliyinin AZTV-ni “düşmən media qurumları” siyahısına daxil etməsi molla rejiminin Azərbaycana yönəlik siyasətinin dəyişmədiyini göstərir. Burada təəccüblü heç nə yoxdur. Baxmayaraq ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana münasibəti dostluq xarakteri daşıyır.

Bu sözləri SİA-ya açıqlamasında deputat Nəsib Məhəməliyev deyib.

O bildirib ki, İranda kütləvi informasiya vasitələri, eləcə də əksər strateji sahələr molla rejiminin və SEPAH-ın nəzarəti altındadır. Onların ideologiyasının əsasında isə İslam dünyasının, xüsusilə Türk dünyasının birliyinin qarşısını almaq dayanır. Bu da onu göstərir ki, İran hakimiyyəti monolit deyil:

“Azərbaycan dövləti hər zaman İranın ərazi bütövlüyünü dəstəkləyib, bu ölkənin əleyhinə yönəlmiş heç bir beynəlxalq layihədə iştirak etməyib və qonşuluq prinsiplərinə sadiq qalıb. Təəssüf ki, son illərdə, xüsusilə Vətən müharibəsindən sonra İranın əsl mövqeyi açıq şəkildə üzə çıxdı. Sərhədlərimiz yaxınlığında ardıcıl hərbi təlimlər keçirən, müxtəlif təxribatlara əl atan İran rəsmiləri ən yüksək səviyyədə Zəngəzur dəhlizinin və Şimal-Cənub nəqliyyat dəhlizinin açılmasına da etiraz etdilər.

Molla rejimi bir həqiqəti dərk etməlidir ki, AZTV dövlət televiziyasıdır və onun əsas vəzifələrindən biri Azərbaycanın dövlət siyasətini təbliğ etmək, milli maraqlarını müdafiə etməkdir. Hazırkı vəziyyətdə AZTV sadəcə İranın kütləvi informasiya vasitələrində, siyasətçiləri, din xadimləri və hərbçiləri tərəfindən Azərbaycana qarşı səsləndirilən təhdid və böhtanlara cavab verib. Təkcə İranın “Səhər” kanalının və digər media resurslarının Azərbaycana qarşı gündəlik təbliğatını, separatçılığı dəstəkləyən çağırışlarını və ölkəmizin konstitusiya quruluşuna qarşı yönəlmiş təxribat xarakterli fəaliyyətini xatırlamaq kifayətdir.

AZTV-yə qarşı atılan bu addımı qətiyyətlə pisləyir və hesab edirəm ki, bu, iki ölkənin media qurumları arasında etimadsızlıq yaratmağa yönəlmiş, dostluq, mehriban qonşuluq və sülh münasibətlərinə zərbə vuran qərardır. Bölgənin ehtiyacı gərginlik deyil, qarşılıqlı hörmətə, etimada və mehriban qonşuluq prinsiplərinə əsaslanan münasibətlərdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 İyul 2026 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see277

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see261

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see259

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see250

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see228

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see222

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see199

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see196

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see191

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see190

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see190

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see184

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see182

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see181

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see180

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see176

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see176

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see168

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see167

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri