Icma.az
close
up
RU
İran hakimiyyəti yeni kütləvi etirazlardan narahatdır VİDEO

İran hakimiyyəti yeni kütləvi etirazlardan narahatdır VİDEO

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranda altı aydır davam edən müharibə şəraiti əhalinin, onsuz da, ağır olan iqtisadi vəziyyətinin daha da pisləşməsinə səbəb olub və ölkədə sosial partlayış ehtimalını artırıb.

Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videomaterialda qeyd olunub.

Süjetdə bildirilir ki, zəruri istehlak mallarının qiymətinin durmadan artması, milli valyutanın sürətlə dəyərdən düşməsi, işsizliyin miqyasının günbəgün genişlənməsi kimi amillər getdikcə artan xarici təzyiqlər fonunda vətəndaşların yaşayışını son dərəcə çətinləşdirib və İran hakimiyyətini yeni kütləvi etirazlar təhlükəsi ilə üz-üzə qoyub.

İran rəsmilərinin son günlər verdiyi bir sıra açıqlamalar ABŞ-nin iqtisadi təcrid strategiyası və dəniz blokadasının ölkədə sosial-iqtisadi durumu daha da çətinləşdirəcəyi və son nəticədə küçə etirazlarının alovlanmasına təkan verəcəyi ilə bağlı rejimin ciddi narahatlıq keçirdiyini nümayiş etdirir.

Həmçinin vurğulanır ki, İran məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Mohseni-Ejeinin səsləndirdiyi fikirlər də bunun təzahürü kimi qiymətləndirilə bilər. Ali Məhkəmə Şurasının iclasında çıxış edən Ejei ölkədə yeni kütləvi etirazlar ehtimalından danışıb və təhdid dilindən istifadə edərək deyib:

"Əgər ölkə daxilində yenidən qarışıqlıq törətməyə çalışsalar, bizim cavabımız əvvəlki dövrlərdən daha qətiyyətli olacaq".

Əvvəlki dövr dedikdə, Ejeinin bu ilin yanvarında minlərlə vətəndaşın ölümü ilə nəticələnmiş etiraz aksiyalarına işarə etdiyi aydındır. Bununla da etirazlar yenidən başlayarsa, rejimin daha çox insanı qırmağa hazır olduğu bəlli olur.

Qeyd olunur ki, Ejeinin sonrakı sözləri də bunu göstərir.

"Düşmən öz əlaltıları vasitəsilə daxildə təhlükəsizliyi pozmaq və iğtişaş törətmək fikrindədir. Belə bir hal baş verərsə, düşmənə və onun əlaltılarına sərt bir cavab verəcəyik", - deyə o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Sentyabr 2026 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri