İran hazırlıq görür: Bu ölkəni vurmaq üçün
Icma.az bildirir, Turkstan.az portalına istinadən.
ABŞ-nin müharibəyə qoşulacağı təqdirdə, İran bu ölkənin Yaxın Şərqdəkə bazalarına hücum etmək üçün raket və digər hərbi texnika hazırlayıb.
Turkustan.az-ın məlumatına görə, kəşfiyyat məlumatları ilə tanış olan ABŞ rəsmiləri “New York Times”-a bu barədə açıqlama veriblər.
Rəsmilər bildiriblər ki, ABŞ İsrailin kampaniyasına qoşulub İranın əsas nüvə obyekti olan "Fordo"nu vurarsa, İranın dəstəklədiyi Husi üsyançıları Qırmızı dənizdə gəmiçiliyə hücumları bərpa edəcəklər. Onlar əlavə ediblər ki, İraq və Suriyadakı iranpərəst silahlı birləşmələr çox güman bu ölkələrdəki Amerika bazalarına hücum etməyə çalışacaqlar.
Digər mənbələr İranın hücuma məruz qalacağı təqdirdə Hörmüz boğazında minalama işlərinə başlaya biləcəyini bildiriblər.
İki İran rəsmisinin sözlərinə görə, ABŞ İsrailin tərəfində müharibəyə qoşulacağı təqdirdə Tehranın İraqdan başlayaraq Yaxın Şərqdəki Amerika bazalarına zərbələr endirəcəyini etiraf edib. Qəzet yazır ki, İran hücumda iştirak edən ərəb ölkələrində yerləşən istənilən ABŞ hərbi obyektinə zərbə endirəcək. /cebheinfo.az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 İyun 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















