Icma.az
close
up
RU
İran hökuməti paytaxt Tehranı bir həftəlik bağlamağa hazırlaşır

İran hökuməti paytaxt Tehranı bir həftəlik bağlamağa hazırlaşır

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranda kəskin su çatışmazlığı yaşanır - çaylar və su anbarları qurumuş vəziyyətdədir. Hökumət rəsmiləri vəziyyətin kritik həddə çatdığını etiraf edərək, hətta paytaxtın köçürülməsi kimi radikal addımları müzakirə edirlər.

Oxu.Az "BILD na russkom" "Telegram" kanalına istinadla məlumatına görə, bu barədə hökumətin mətbuat katibi Fatimə Mühacirani bəyan edib.

O, su çatışmazlığını "milli problem" adlandıraraq, bunun humanitar və iqtisadi fəlakətə çevrilə biləcəyini deyib.

"Tehranda vəziyyət tamamilə acınacaqlıdır. Hətta paytaxtı bir həftəliyinə bağlamağı nəzərdən keçirməyə məcburuq", - deyə Mühacirani vurğulayıb. O, qeyd edib ki, bu "bağlanma" dövründə dövlət qurumları, universitetlər və məktəblər fəaliyyətini dayandıra bilər.

Yerli mediada yayılan xəbərlərə görə, İran hökuməti problemi aradan qaldırmaq üçün qeyri-ənənəvi yolları müzakirə edir. Təkliflər arasında iş həftəsinin dörd günə endirilməsi və imkan daxilində məsafədən işləməyə keçid var. Bu addımlar həm suya, həm də elektrik enerjisinə qənaət etməyi hədəfləyir.

Hazırda böhran ölkənin, demək olar ki, bütün ərazisini əhatə edir. Ekspertlər bildirirlər ki, su anbarlarının 80 faizi ya tamamilə boşdur, ya da tükənmək üzrədir. Paytaxt Tehranı su ilə təmin edən Cacrud çayı isə hələ mart ayında quruma həddinə çatmışdı.

Növbəti iki ay ərzində normal su təchizatı mümkün olmayacaq. Yağışlar yalnız payızda su ehtiyatlarını bərpa edəcək.

Artıq keçən həftə Tehran və digər 50 şəhərdə hakimiyyət su təchizatını məhdudlaşdırıb - kəsinti müddəti ümumilikdə 12-48 saat təşkil edib. Nəticədə ölkə sakinlərinin çoxu su çatışmazlığı olmayan şimala, Xəzər dənizi istiqamətinə köçüb.

Vəziyyətin nə qədər ciddi olduğunu Prezident Məsud Pezeşkianın bəyanatı göstərir, o, hətta paytaxtın başqa şəhərə köçürülməsini istisna etməyib:

"Tehranda həqiqətən də artıq su yoxdur", - deyə o bildirib.

Ekspertlər böhranın səbəbləri kimi çoxillik quraqlıq və su təchizatı problemini nəzərə almayan höumətin ekoloji siyasətini göstəriblər. Bildirilir ki, hökumət infrastruktura investisiya qoymaq əvəzinə, Yaxın Şərqdə terror təşkilatlarının yaradılmasına və silahlandırılmasına sərmayə yatırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 İyul 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri