İran Hörmüz boğazından ilk dəfə rüsum gəliri əldə etdi
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İran Hörmüz boğazından ilk dəfə rüsum gəliri əldə edib
Redaktor.az xəbər verir ki, İran hakimiyyəti ilk dəfə olaraq Hörmüz boğazından keçən gəmilərdən toplanan rüsumlar hesabına gəlir əldə edib.
Bildirilib ki, bu barədə parlament sədrinin müavini Hacı Babai məlumat verib. "Fars" xəbər agentliyinin onun sözlərinə istinadən yaydığı xəbərdə qeyd olunub ki, “Hörmüz boğazından rüsumlardan əldə edilən ilk gəlir mərkəzi bankın hesabına köçürülüb”.
Məlumata görə, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün açıldığını elan etmişdi.
Qeyd olunub ki, ABŞ tərəfi isə son razılaşma əldə olunana qədər İrana qarşı dəniz blokadasını davam etdirəcəyini bildirib.
Bundan sonra İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ blokadası tam aradan qaldırılmayana qədər boğazın bağlandığını açıqlayıb. SEPAH həmçinin gəmi sahiblərini İranın göstərişlərinə əməl etməyə çağırıb və ABŞ Prezidenti Donald Trampın açıqlamalarını “etibarsız” adlandırıb.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 23 Aprel 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















