Icma.az
close
up
RU
İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır”

İran Hörmüzdə ABŞ, Xəzərdə Azərbaycanla “savaşır”

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın dövlət sərhədini qanunsuz keçmiş İranın 3 vətəndaşı barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq İdarəsində tamamlanıb. İstintaqla Məxtumi Sadiq Arazqurban oğlu (Makhtoumi Sadegh Arazghorban), Atcani Taher Halət oğlu (Atjani Taher Halat) və Qanqırme Omid Çalce oğlunun (Ghanghermeh Omid Chaljeh) satış məqsədilə xüsusilə külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Araşdırmalar zamanı müəyyən olunub ki, adıçəkilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs halında 45 kq-dan artıq qurudulmuş, eləcə də 328 kq-dan artıq qurudulmamış marixuananı satış məqsədilə qanunsuz olaraq əldə edib “Layner” tipli mühərrikli qayıq vasitəsilə Xəzər dənizinin Azərbaycana aid bölməsi üzrə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçiriblər. Daha sonra həmin şəxslər Xaçmaz rayonunun sahil hissəsinə yaxınlaşarkən sərhəd orqanı əməkdaşları tərəfindən aşkar ediləcəklərini anlayaraq cinayətin predmetini təşkil edən narkotik vasitələri dənizə atıblar. Keçirilmiş istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan narkotik vasitələr Xəzər dənizinin Xaçmaz rayonuna aid sahil hissəsində və dənizin digər ərazilərində aşkar edilərək götürülüb. Ümumiyyətlə, quru sərhədlərin bağlı olduğu 5 ildən artıq müddətdə İrandan Azərbaycana narkotik maddələr ya dronla, ya qaçaqmal şəkildə gətirilir. Hörmüz boğazını bağlayan, ABŞ-la sularda döyüşən İranın Azərbaycanla Xəzərdə “narkotik savaşı” da bitmək bilmir.

Niyə İran bunun qarşısını almır?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Musavat.com-a açıqlamasında İranın bu məsələdə ikili yanaşma sərgilədiyini bildirib. Onun fikrincə, İranın narkotik məsələsində tranzit rolu oynadığı məlumdur: "Həm də özünün narkotik maddələr istehsal etdiyi bəllidir. İran elə görkəm yaradır ki, narkotiklə məşğul olanlara qarşı sərt tədbirlər görür. Hətta narkotik tacirlərini edam edir. Amma İrandan dövriyyə edilən narkotik maddələrin 40 faizi elə özündə istehsal olunur, 60 faizi isə Əfqanıstan və Pakistandan keçirilir”.

Onun sözlərinə görə, burada əsas məsələ təkcə Azərbaycan deyil: “Ölkəmizi bir tranzit yol kimi qəbul etmək istəyirlər. Düzdür, Azərbaycanda da yaymaq üçün bunu edirlər. Onun müxtəlif formaları var. Sizin də dediyiniz kimi, onu dəniz vasitəsilə keçirirlər. Yaxud da quru yolla və ya insansız uçuş aparatları ilə bunu edə bilirlər. Ola bilməz ki, İran bunu görməsin. Sadəcə, bundan gəlir kimi istifadə etmək niyyəti var. Yeri gəlmişkən, İranın hədəfi narkotiki Avropaya çıxarmaqdır. Bunun üçün Azərbaycan və Ermənistan hesabına Qara dənizə çıxmalıdır”.

İ.İsmayıl yada salıb ki, bir neçə il qabaq Azərbaycandan keçib Gürcüstan üzərindən aparılarkən tonlarla narkotik maddə saxlanmışdı: “Amma Ermənistan ərazisindən daha geniş şəkildə istifadə edirlər. Ona görə İran Zəngəzur dəhlizinin açılmasını istəmir. Çünki buna narkotik maddələrin qarşısının alınması kimi baxır. Dəhlizə ciddi nəzarət olanda bunu edə bilməyəcəklər. Bir sözlə, İranın bu məsələ ikili standartları mövcuddur: öz vətəndaşlarını narkotik satışına görə cəzalandırır, Azərbaycana isə göndərir. Şübhəsiz ki, bu ticarətdə SEPAH-ın biznes marağı var. Eyni zamanda, İranın məqsədi azərbaycanlı gəncləri zəhərləməkdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 May 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri