Icma.az
close
up
RU
İran imtahandan kəsildi

İran imtahandan kəsildi

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Səhər açılar-açılmaz günün ən son və diqqəti cəlb edən xəbəri – ingilsilərin təbirincə desək “breaking news” yayıldı: 

Gecə və səhər saatlarında İsrail ordusu İran ərazisində yüksəksəviyyəli hərbi liderlərin sığınacaqları da daxil olmaqla, 100-dən çox hədəfə, eləcə də bir neçə nüvə obyektinə zərbələr endirib.

Hücumda ölkənin Hərbi-Hava Qüvvələrinin 200-dən çox qırıcı təyyarəsi iştirakı edib və 300-dən çox müxtəlif silah-sursatdan istifadə edilib. Nəticədə ölkənin ən ön eşalonda bir sıra yüksəkvəfizəli hərbi məmurları, bir sıra yüksək ranqlı dövlət məmurları və 6 nüvə alimi həlak olub.

Qəribəsi odur ki, yayılan xəbərlərə görə, İsrailin hücumuna qarşı İran tərəfdən heç bir müqavimət göstərilməyib. Hücumda iştirak edən bütün təyyarlər heç bir zədə almadan, dislokasiya məkanlarına qayıdıblar. Baxmayaraq ki, İsrailin yaxın günlərdə İrana hücum edəcəyi xəbərini hətta “ətmaşınları”, “ütülər” belə paylaşırdı.

Əgər İsrail Hərbi-Hava Qüvvələri hücum zamanı hər hansı bir müqavimətə rast gəlməyibsə, hücumda iştirak edən bütün təyyarədən heç biri zədələnməyibsə, atılan 300 bombadan hamısı hədəfə çatıbsa, nəzərdə tutulan bütün hədəflər məhv edilibsə, onda İranın daim öyündüyü, boğazadan yuxarı danışdığı hərbi qüdrəti, Müasir Hərbi Texnologiyalara, Özünümüdafiə Sisteminə, Yaxın və Ortamənzilli Reaktiv Silahlara, digər dağıdıcı Silahlara və s. malik olması nəyə və kimə lazımdır? 

Əgər İranın sadə insanlar, əhali bir yana (onsuzda belə rejimlər üçün qara caamatın ölümü statistikadan, təbliğat üçün, populist çıxışlar üçün istifadə olunan rəqəmlərdən başqa bir şey deyil), demək olar ki, ölkənin hərbi rəhbərliyini, o cümlədən ən yüksəkrütbəli hərbi komandirlərindən üç nəfərini - Silahlı Qüvvələrin Baş Qərargah rəisini və SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) komandanını, yüksək çinli generallarını, nüfuzlu dövlət xadimlərini, sayılıb-seçilən alimlərini və s. qoruya bilməyəcək qədər gücü, potensialı, cəsarəti yoxdursa, onda bu lovğalıq, bu hikkə, bu meydan oxuma nə üçündür?

İndi də beş-on dənə "Şahid" dronunu (bu cür müqəddəs adı da dünyada lağ obyektinə çeviriblər) atacaqlar İsrailin boş, kimsəsiz çöllərinə və başlayacaqlar, əsasəsən də daxili auditoriya üçün nəzərdə tutulmuş təbliğat kompaniyasına: "ay aman qisası belə aldıq", “islam düşmənləri olan sionistlərin kökünü belə kəsdik!”,  "aslan belə yatdı, belə durdu, quyruğunu qaldırdı və s."

Əslində isə birinci dəfə deyil ki, İranın bu cür davranışını şahidi oluruq. Demək olar ki, artıq dünya da İranın bu cür davranışlarını normal qəbul etməyə başalayıb.

Konkret olaraq, bu yaxınlarda İran İsrailin Livanda “Hizbullah”a hücumuna və İrana qarşı bir sıra məhdud raket hücumuna yetərli cavab verə bilmədikdə, daha doğrusu onun immitasiyası ilə məşğul olduqda öz zəifliyini göstərdi. 

Eyni münasibət, oxşar hərəkətlər və bəyanatlar və s. 

İran fars molla rejimi, görünən odur ki, sizin bu yalançı "hərbi qüdrətiniz” də, qürrələndiyiniz "möhtəşəm silahlarınız" da, asıb-kəsməyiniz də yalnız qonşu dövlətlərdə, təbii ki, yalnız əhalisinin böyük əksəriyyəti müsəlman olan dövlətlərdə qarşıdurmalar yaratmaq, insanları qarşı-qarşıya qoymaq, separatizmi yaymaq, din daxilində təriqətçiliyi gücləndirmək və s. kimi bəd işlər üçündür? Sizin məqsədiniz “islam” adı ilə, “islam” bayrağı altında, “müqəddəs kitabların” kölgəsində sığınaraq əslində, dünyada islamı nüfuzdan salmaqla, müsəlman aləmini parçalamaqla, onu zəiflətməklə məşğul olmursunuzmu?

Hə, bir də sizin cəsarətiniz  özündən ərazi və əhali baxımından dəfələrlə kiçik dövlətləri (ilk növbədə Azərbaycanı) hədələməyə çatır. Həm də adında İslam Respublikası olan bir dövlət otuz ildən çoxdur ki (əslində daha çox), müsəlmanları qətlə yetirən, soyqırım törədən, torpaqlarını işğal edən, insanlarını evindən-eşiyindən didərgin salan, islam dünyasının inanclarını təhqir edən, səlibçi havadaralrının dəstəyi regionda faşist ideologiyası həyat keçirən bir xuntanı rejiminin mövqeyini müdafiə edərək bunu edirsə, ona nə ad vermək olar?

Lap elə bu günlərdə Əli Əkbər Vilayəti adlı İranda söz sahibi olan bir kəsin dediklərindən belə çıxır ki, İran rejimin dərdi-azarı Azərbaycandır və ölkəmizlə bağlı məsələlərdir. Vilayəti cənabları “Bəzi ölkələr Zəngəzur dəhlizi adı ilə Ermənistan vasitəsilə Naxçıvanı və Azərbaycanı birləşdirməyə cəhd etdikləri zaman İran bu planın qarşısında dayandı və bu təxribatı zərərsizləşdirdi", - deyib.

Sizin başqa dərdiniz yoxdur? Siz bu dosta, normal qonşuya yaraşmayan niyyətlərinzdən əl çəkimirsiniz?

"Zəngəzur dəhlizinin açılmasına yol verməyəcəyik!", “Bu İranın qırmızı xəttidir!" və s. deyirdiniz!!! Nə oldu? Qırmızı xətti niyə İranın öz sərhədlərindən, Tehranın mərkəzindən çəkmirsiniz? Başqa ərazilərə, başqa dövlətlərin işinə burnunuzu soxa bilirsinuz, amma öz ərazinizi, öz paytaxtınızı qoruya bilmirsiniz? 

Sizin bu imkanlarınızla uyğun gəlməyən ambisiyalarınız, aqressiv davranışınız, regionun təhlükəsuzliyinə ciddi zərbə vuran, qeyri-obyektiv, ədalətsiz xarici siyasətiniz, şovinist, türkəfob daxili siyasətiniz ucbatıbdan mənim on milyonlarla soydaşım - Cənubi Azərbaycan türkləri də (əslində İran adlanan məmləkətin əsl sahibləri!!!) əziyyət çəkir, riskə məruz qalır, itiklər verirlər!!!

Məncə, bu cür xoş olmayan niyyətlərdən əl çəkib, öz xalqını, öz dövlətini qorumaq,  vətəndaşlarını təhlükzəiliyini və rifahını təmin etmək daha şərəfli olardı!!!

P.S. Əlbəttə ki, əminəm ki, hər bir Azərbaycan vətəndaşı, o cümlədən mən də birmənalı olaraq müharibənin əleyhinəyik, xüsusilə regionda, qonşu dövlətlərdə hər hansı qarşıdurmanın, silahlı çaxnaşmanın olmasını qətiyyən istəmirik! 

Baxmayaraq ki, vuruşmağı da, müharibəni necə aparmağı da, düşməni əzməyi də, qələbə qazanmağı da çoxundan, özündən mütəbeh olanlardan da yaxşı bacarırıq! Bunu boş-boş sözlərlə, dəlisov bəyanatlarla, səfeh müsahibələrlə deyil, döyüş meydanında sübut etmişik!!
Azərbaycanın və regionun sülh və əmin-amanlıq içində yaşaması arzusundayıq!!!

Amma yaxşı olardı ki, qonşularımız da bunu nəhayət ki, başa düşsünlər!!!

Siyasi şərhçi 
Əhməd N. Abbasbəyli
"Cebheinfo.az" 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 İyun 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see255

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see225

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see204

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see192

Ramiz Mehdiyevin etdiyi hərəkətlər onun Akademiyada qalmasına imkan vermir İsa Həbibbəyli

12 Dekabr 2025 12:34see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see170

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see162

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see151

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see145

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Ermənistan hələ 3+3 formatına qoşulmağa və iştirak etməyə hazır deyil Millət vəkili

12 Dekabr 2025 14:33see139

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see137

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see133

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see133

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see128

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see126

Millimizin üzvü əməliyyat edildi

12 Dekabr 2025 12:41see126

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see123

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see123

Ukrayna cəbhədə PUA lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib Forbes dən detallar

12 Dekabr 2025 18:13see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri