Icma.az
close
up
RU
İran İraqı da İTİRİR

İran İraqı da İTİRİR

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

1979-cu ildəki Islam inqilabından bəri İran bütün Yaxın Şərqdə etibarlı şəbəkə yaratmaq üçün böyük işlər görüb. Onlar islam inqilabını digər müsəlman ölkələrinə də yaymağa çalışırdılar. İsrail və Səudiyyə Ərəbistanı inqilabın yayılmasının qarşısına sipər çəkmişdi. Türkiyəyə də belə inqilab lazım deyildi. Ancaq uzun müddət ərzində İslam İnqilabının ixracı strategiyası özünü doğrultdu. Şiə hilalı ideyası şiələr arasında xeyli populyarlaşdı. Yaxın Şərqdə əhalinin əksəriyyətinin şiə olduğu və ya güclü şiə azlığının olduğu ölkələr İranın əli ilə Şiə Aypara qrupuna daxil edilirdi. 

Xatırladım ki, Şiə hilalı  Livan, Suriya, Bəhreyn, İraq, İran, Azərbaycan, Yəmən və Əfqanıstanın qərb bölgələrini əhatə edir. Tehranın “müqavimət oxu” İraq, Livan və Suriyada nüfuz qazandı, 2014-cü ilin sentyabrında İranın dəstəklədiyi Husi yaraqlıları Yəmənin ən böyük şəhərini ələ keçirdilər. Qısa müddət sonra İran parlamentinin üzvləri bəyan etdilər ki, İran dörd ərəb ölkəsinin paytaxtına nəzarət edir: Bağdad, Beyrut, Dəməşq və Səna. Nəticədə İranın İsrail və ABŞ-a qarşı dirənişi xeyli gücləndi. Lakin son 1 ildə baş verən hadisələr regional nizamı alt-üst etdi. Bu gün İran həmin 4 ərəb ölkəsindən ikisinin paytaxtına nəzarəti ciddi şəkildə itirib və daha bir domino daşının yıxılacağından qorxur. Söhbət İraqdan gedir.

Strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb (neftlə zəngin ərazi) çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda 1980–1988-ci illərdə İran–İraq müharibəsi baş verib. Müharibə hər iki tərəf üçün uğursuz oldu. İraq diktatoru Səddam Hüseyn və İran inqilabının memarı Ayətullah Xomeyninin inadkarlığı üzündən hər iki ölkədən milyonlarla insan ölmüş və hər iki ölkə iflas həddinə çatmışdı. Onu da qeyd edim ki, 8 illik müharibədən sonra hər iki dövlət müharibədən əvvəlki sərhədləri çərçivəsinə qaytdı, yəni yenidən başlanğıc nöqtədə qərar tutdular. 

Ancaq 2003-cü ilin martında ABŞ və onun müttəfiqləri İraqa Səddam Hüseyn rejmini devirmək məqsədilə müharibəyə başladı. Aprel ayında Səddam Hüseyinin oğulları Uday ve Kusay Mosulda təşkil olunan silahlı basqında öldürüldü. 14 dekabrda isə Səddam Hüseyn həbs olundu və 3 il sonra  İraq Ali Məhkəməsinin qərarına əsasən onu edam etdilər. 

2011-ci ildə ABŞ öz hərbi hissələrini İraqdan çıxardı. Elə o vaxt İran bir güllə də atmadan İraqı ələ keçirdi. İraq xalqı İrana xilaskar kimi baxırdı. Çünki İraqda əhalinin əksəriyyəti şiələrdən ibarətdir. 

Rəvayətə görə, Əli ibn Əbu Talib Kufə həndəvərində dəfn olunub. Sonralar bu yerdə Nəcəf şəhəri salınıb. 680-ci ildə bugünkü Kərbəla şəhəri yaxınlığında İslam peyğəmbəri Məhəmmədin nəvəsi Hüseyn ibn Əli ilə Əməvi xəlifəsi I Yezid arasında baş vermiş döyüş tarixə Kərbəla döyüşü kimi keçib. 

2024-cü ildə 21 milyon şiə Kərbəla ziyarətində olub. Hər il Ərbəin günü Kərbəlada xüsusi təntənə ilə keçirilir. Azərbaycanda da çoxsaylı tərəfdarı olan Ayətullah əl-üzma Seyid Əli Hüseyni Sistani də Nəcəf məktəbinin parlaq simasıdır. Şiəliyin Nəcəf mərkəzi ilə Qum arasında bəlli bir rəqabət də var...

İran onilliklər ərzində puldan, silahlı qruplardan və siyasi təzyiqlərdən istifadə edərək İraqa nəzarət etməyə çalışır. Bu, Tehrana İraqdan nağd pul və güc mənbəyi kimi istifadə etməyə imkan verib, onun Yaxın Şərqdəki fəaliyyətini maliyyələşdirməyə kömək edib. İranın dəstəklədiyi qruplar İraqın neft sənayesinə nəzarət edərək ciddi paralar qazanıblar, İraq hökumətinin əsas mövqelərini tutublar. ABŞ və İsrail qüvvələrinə hücum əmrini də məhz onlar verib. 

Amma indi İranın İraq üzərində nəzarəti zəifləyir. Bir vaxtlar tamamilə Tehranın təsiri altında olan İraq hökuməti müstəqillik əlamətləri göstərməyə başlayıb. Uzun müddətdir İran tərəfindən dəstəklənən İraqın Baş naziri Məhəmməd Şia əl-Sudani bu yaxınlarda ABŞ prezidentinin həbsinə dair orderin dayandırılması və İranın dəstəklədiyi silahlı qrup tərəfindən saxlanılan girovun azad edilməsi də daxil olmaqla, Birləşmiş Ştatlarla razılaşmalar əldə edib. Hətta vaxtilə ABŞ bazalarına mütəmadi olaraq hücum edən İraq yaraqlıları belə neçə aylardır ki, susurlar. 

Bu dəyişiklik İranın artıq regionda nüfuzunu itirdiyi bir vaxta təsadüf edir. Livan və Suriyada böyük uğursuzluqlar yaşayan İran üçün İraq növbəti itki ola bilər. Əgər İran İraq üzərində nəzarəti itirərsə, o, təkcə maddi cəhətdən zərər görməyəcək, həm də İranın Yaxın Şərqdəki imicinə və gücünə ciddi zərbə vurulacaq.

İranın İraqı öz nəzarətində saxlamaq istəməsinin əsas səbəblərindən biri də puldur. İraq neftlə zəngindir və İrandan fərqli olaraq beynəlxalq sanksiyalar altında deyil. Bu, İrana İraqdan maliyyə yardımı kimi istifadə etməyə imkan verir. Tehran qüvvələri İran neftini qaçaqmalçılıq yolu ilə İraqa aparır, orada İraq nefti adı ilə maskalanır və sonra bütün dünyaya satılır. İranın dəstəklədiyi silahlı qruplar mənfəət əldə etmək üçün saxta şirkətlərdən və qeyri-qanuni boru kəmərlərindən istifadə edərək İraqdan neft oğurlayır.

İranın İraq üzərində iqtisadi nəzarəti neftlə bitmir. İran biznes dairələri İraqın nəqliyyat, tikinti və hətta dini turizm kimi sənayelərdə üstünlük təşkil edir. Bu müəssisələrin bir çoxunu idarə edən İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraq hökuməti müqavilələrini udaraq milyardlar qazanır. Hətta İrana bağlı İraqın  Xalq Səfərbərlik Qüvvələri  İraq hökumətindən 3 milyard dollardan çox maaş alır. Bu əsgərlərin çoxu heç xidmət yerinə belə getmir.

Bu arada İraq iqtisadiyyatı əziyyət çəkir. Ölkənin resursları korrupsiya və oğurluqdan dolayı tükənir, sıravi iraqlılar işsizlik və inflyasiya ilə mübarizə aparır. Amma İranın öz iqtisadiyyatı da dərin problem içindədir. İran valyutasının çökməsi və qiymətlərin artması ilə rəsmi Tehranın ölkənin idarə olunması üçün İraqın puluna ehtiyacını daha da artırıb. İraq İranın əlindən çıxsa, Tehran daha böyük maliyyə böhranı ilə üzləşə bilər.

İranın İraqdakı gücü təkcə pulla deyil, həm də siyasətlə bağlıdır. Tehran illərdir İraq liderlərinin onun əmrlərinə əməl etməsinə əmin olmaq üçün vaxt sərf edib. Seçkilər zamanı İran rəsmiləri üstünlük verdiyi namizədləri hakimiyyətə gətirmək üçün pərdə arxasında çalışıblar. 2018-ci ildə İran İraqın baş nazirinin seçilməsində birbaşa rol oynadı və 2021-ci ildə İranın müttəfiqləri seçki qutusunda məğlub olduqdan sonra İran İraqa nəzarəti əldə saxlamaq üçün zorakılıq və siyasi təzyiqdən istifadə etdi.

2025-ci ildə İraqda növbəti seçki keçiriləcək və bu illər ərzində ilk dəfədir ki, İranın nüfuzu açıq şəkildə təhlükə altına düşüb. ABŞ Tehrana çox yaxın olan liderləri dəstəkləməkdən imtina edərək daha sərt mövqe tutur. Amerika həmçinin İranın İraqdakı maliyyə şəbəkələrini hədəf almağa başlayıb, İranın dəstəklədiyi qrupların güvəndiyi maliyyə mənbələrini kəsib.

İran hələ də İraqda əhəmiyyətli gücə malik olsa da, vəziyyət sürətlə dəyişir. Livan və Suriyadakı nüfuzunun zəifləməsi və iqtisadiyyatının ağır vəziyyətə düşməsi ilə İran İraqa nəzarəti saxlamaqda çətinlik çəkir. İraq İrandan uzaqlaşmağa davam edərsə, Tehran son illərdə özünün ən böyük siyasi və iqtisadi böhranlarından biri ilə üzləşə bilər. İranın İraqdan öz arxa bağçası kimi sərbəst istifadə etdiyi günlər tezliklə arxada qalacaq. Gerisayım başlayıb. 

Bir önəmli məqam da var. İraq-Türkiyə-Avropa “İnkişaf Yolu Layihəsi”nin (Development Road Project) dəyəri 17 milyard dollardır. Bəsrə limanından çəkilən 1.200 km yol bu ilin sonunda yekunlaşacaq. Bu meqa-layihə də Avropa və Asiya arasında İran üzərindən yüklərin daşınmasının kəskin şəkildə azalmasına gətirib çıxaracaq. Bu isə İranın maliyyə imkanlarını bir qədər də məhdudlaşdıracaq. İran itirə-itirə gedir, bir azdan öz başını da itirəcək...

Yazı Qərb mənbələrinə istinadən hazırlanıb.

Elbəyi Həsənli. Sürix 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Mart 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kanalda boğulan Elmir generalın qardaşı oğlu imiş

08 İyun 2026 12:45see549

Lotus şirkətinin baş direktoru şirkətin hiperkarı haqqında rəy bildirib

08 İyun 2026 20:45see340

Bakıda şagirdin saçı qırxıldı Dərsdə saqqız çeynədiyinə görə VİDEO

08 İyun 2026 23:04see281

Ermənistan seçicisi Paşinyanın sülh xəttinə və Avropaya inteqrasiya kursuna mandat verdi

08 İyun 2026 11:44see276

ABŞ və İran razılaşa biləcək? ŞƏRH

09 İyun 2026 18:31see251

Azərbaycanda minlərlə iş yeri bağlandı Nə baş verir?

08 İyun 2026 14:16see239

Ukrayna müharibəsi Rusiyanın təsirlərini zəiflətdi

09 İyun 2026 14:11see234

Azərbaycan və Skandinaviya arasında enerji əməkdaşlığı üçün unikal imkanlar

09 İyun 2026 06:32see213

Günün qoroskopu: İnsanlar sizdən ilham alacaq

09 İyun 2026 00:01see201

Diz ağrısı ilə xəstəxanaya getdi, rentgendə yüzlərlə qızıl aşkarlandı

09 İyun 2026 06:00see193

Gənc ana və oğulları

09 İyun 2026 03:48see176

Tramp: ABŞ ın İrana qarşı genişmiqyaslı əməliyyatları çox baha başa gələr

10 İyun 2026 00:06see173

Dünyada tanınan azərbaycanlılar arasında Tünzalə Ağayevanın adı var FOTO

08 İyun 2026 13:49see173

Azərbaycan gimnastları üç “qızıl” qazandı

08 İyun 2026 18:18see172

10 KOB subyekti də “startap”çı oldu

09 İyun 2026 03:24see172

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

09 İyun 2026 02:15see166

Xaricdə təhsil üzrə Dövlət Proqramında müsahibə mərhələsi BAŞLADI

08 İyun 2026 18:15see164

“RB Leypsiq”in müdafiəçisi Lukeba Anqola millisinin üzvü ola bilər

09 İyun 2026 01:50see164

Ofelya Sənanidən emosional arzu

08 İyun 2026 21:32see162

“Döyüş başlıqları anbarlardan çıxarılır” SIPRI dən həyəcan təbili

09 İyun 2026 04:30see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri