Icma.az
close
up
RU
İran İsrail savaşı: necə və nə vaxt?..

İran İsrail savaşı: necə və nə vaxt?..

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Müharibə varsa, döyüşən varsa, qızışdırmaq istəyən də tapılacaq, barışdırmaq istəyən də! Yaxınlığımızda cərəyan edən İsrail-İran müharibəsini kim və necə qızışdırır, bunu hələlik qoyaq bir tərəfə və diqqəti ona çəkək ki, savaş bir neçə gün bundan əvvəl başlasa da, artıq vasitəçi, barışdırıcı olmaq istəyənlər də var. 

İlk təşəbbüsçülərdən biri qardaş Türkiyə, digərisə şimal qonşumuz Rusiyadır – bəli, səhv eşitmədiniz, Kreml İranla İsrail arasında barışdırıcı olmaq arzusundadır.

Nə demək olardı bu xüsusda? Öncə onu deyək ki, qardaş Türkiyə bütün parametrlərə görə vasitəçi və barışdırıcı kimi yetərincə ciddi görünür: onun nəinki müsəlman, o cümlədən ərəb dünyasında yetərincə nüfuzu var. İsraillə münasibətləri tamam rəvan olmasa da, Təl-Əviv daim onunla hesablaşır, regionun çox ciddi siyasi fiqurlarından biri kimi nəzərə alır. 

İranın tək-tük "geosiyasi müttəfiqlərindən” sayılan qonşu Rusiya da Türkiyəylə normal, hətta deyərdik, çox isti münasibətlər saxlayır, özünü daim Ankarayla dialoqa hazır və açıq ölkə kimi aparır. Ruslarla ukraynalılar arasında danışıqlar da əsasən İstanbulda getmirmi? Düşünürük ki, bu  detalın özü heç də az şey demir. 

Ankaranı ABŞ da ciddi aktor kimi ən azı qəbul etmək məcburiyyətindədir – bəli, Səudiyyə künc-bucağını ABŞ-dan aldığı silah-sursatla doldura bilər və ABŞ-dan ən çox silah alan ölkə kimi hətta "Ginnesin rekordlar kitabı”na da düşər, amma Trampın cəhdləri əbəsdir: Səudiyyə Ərəbistanı heç vaxt bölgənin lideri olmayacaq, halbuki Ankara artıq indinin özündə belə faktiki olaraq bu statusa malikdir.

O ki qaldı təkrar qonşumuz Rusiyaya, onun vasitəçi olmaq haqda bəyanatına hamı ironiya ilə yanaşdı desək, zərrə qədər yanılmarıq, çünki hazırda, neçə-neçə ölkə Rusiya ilə Ukrayna arasında vasitəçilik edir ki, müharibə dayansın. Belə olan təqdirdə, Kreml hansı "vasitəçilik”dən danışa bilər ki?

Sadəcə, haradasa təzə müharibə başlayanda sanki Moskvanın "çiçəyi çatlayır”, elə bil əl görütüb oynamaq istəyirlər! 

Birincisi, hər bir yeni münaqişə diqqəti Moskvadan, onun iddialarından yayındırır. 

İkincisi, bunlara dünya siyasətində qayda-qanun, dinc dialoq yox, qaydasızlıq və müharibə sərf edir, çünki bunlar başa düşürlər ki, dinc yolla heç vaxt istədiklərinə çata bilməyəcəklər, yalnız barbarlıqla və müharibə yolu ilə nəsə əldə edə bilərlər. Bir daha deyirik ki, Moskvanın dinc, sivil üsullarla dünya ölkələri arasında öncül sıralara çıxmaqçün heç bir şansı qalmayıb, yalnız zorakı üsullarla, yalnız dünyanı nüvə silahı ilə təhdid etməklə nəyəsə nail ola bilərlər bunlar.

Ona görə də indiki İsrail-İran müharibəsi əslində Rusiyanın "əlinə olynadı”. Bir səbəbini artıq dedik. Digərisə budur ki, bu yaxınlarda Rusiya neftinin qiymətinin kəskin şəkildə aşağı salınacağı deyilirdi. İndi isə hamı bir sual üzərində düşünür: görəsən, Tehran Hörmüz boğazını bağlayacaq, ya yox? Əgər bağlayacaqsa, neftin qiyməti artacaq və Kreml də bundan qazanacaq.

Odur ki, hələ İsrail-İran müstəvisində barışıqdan danışmaq tezdir. Rusiyanın barışdırıcı-vasitəçi roluna iddiası gülünc görünür, Türkiyə isə bu rola çox real namizəd kimi görünsə də, hələ ki onun da təklifini ciddi şəkildə nəzərdən keçirən yoxdur, hərçənd, bəzi məlumatlara görə, guya, İranın mollakratiyası ərəb dövlətlərinin vasitəsilə ABŞ-a çıxış axtarır... 

ABŞ özü, xüsusən də prezident Donald Tramp "sehrli çubuğun” yalnız onun əlində olmasına işarə etməkdədir: Vaşinqton yaxınlarda Hindistanla Pakistanı barışdırdığı kimi İsraillə İranı da barışdıra biləcəyini deyir, yetər ki, Tehran "ağlını başına yığsın”.

Amma Tehran "ağıllı” olub nə etməlidir? Bax, sual da bundadır. İndiki İsrail-İran savaşı əvvəlkilərə bənzəyir də, bənzəmir də! Daha çox adam bu fikirdədi ki, əvvəllər olduğu kimi, Tehran və Təl-Əviv bir-iki gündən, biri-birinə bir xeyli raket atandan sonra sakitləşib oturacaqlar öz yerlərində: ola bilsin, ABŞ-la İran arasında növbəti nüvə sövdələşməsi baş tutacaq, Tehran uranın zənginləşdirilməsinə yenə pauza verəcək. 

Bəli, belə senari Vaşinqtonu qane edə bilər, çünki o, İran kimi "geosiyasi oyuncaq”dan tamam imtina etmək fikrində deyil. Bu cür "təhlükə”lər olmasa nəhəng hərbi-sənaye kompleksi, hətta hərbçilər üçün "problemlər” yarana bilər – axı "təhlükələr” olmayanda siyasətçi qardaşlar özlərini narahat hiss edir, onların harasa müdaxilə etmək və nəyisə idarə etmək imkanları məhdudllaşır.

Amma müttəfiqi ABŞ-dan fərqli olaraq İsrail İrana qarşı daha kəskin möve tutmağa çalışıb, xüsusən də indi. Birincisi, ona görə ki, İranın nüvə proqramının İsrail üçün təhlükəli həddə çatdığı bildirilir (ABŞ kəşfiyyatına yaxın bəzi mənbələr bunu inkar etsə də!) və kimsə üçün sirr deyil ki, Tehran nüvə silahı əldə edəcəyi təqdirdə ilk olaraq məhz İsraili "yer üzündən siləcəyini” deyir. 

Əlbəttə, bu, elə də asan məsələ deyil, amma nüvə silahının İran mollalarının iddialarını bir az da artıracağı şübhə doğurmur. Ona görə də Təl-Əviv İranın nüvə obyektlərini darmadağın etməkdə, raket bazalarını məhv etməkdə israrlı görünür. Amma çətin işdir bu! İranın nüvə obyektləri ölkənin müxtəlif yerlərinə səpələnib və onlar ən azı 100 metr dərinlikdə yerləşirlər. Belə obyektləri vurmaq üçün lazım olan raketlər yalnız ABŞ-da var, amma Vaşinqton bunu müttəfiqi İsrailə verəcəkmi, axı ABŞ da bu qovğada həm də öz senarisini "fırladır”!

İkincisi, İranı əvvəlki kimi sövdələşmələrə məcbur etmək ümumi prosesdə yalnız pauzalar yarada bilər. İranda rejim dəyişməsə, indiki hakimiyyət qalsa, isitisna deyil ki, ruhani elitası hakimiyyətini saxlamaq üçün növbəti sövdələşmələrə gedəcək, amma müvəqqəti pauza olacaq bu, çünki mollalar nüvə avantürasından, özlərinin ideologiyalarından, regional siyasətlərindən qəti əl çəkməyəcəklər – necə ki, əvvəllər də güzəştə getsələr də, real olaraq bunların heç birindən heç bir vaxt tam əl çəkməyiblər. 

Bu səbəbdən də ilk dəfədir ki, İsrail ciddi şəkildlə İranda rejim dəyişməsindən danışır. Təl-Əviv əsas həmlələrini İslam Keşikçiləri Korpusuna qarşı yönəldib. Sonuncusa ruhani hakimiyyətinin fundamenti hesab olunur. Amma bütün bunların inkişafı bir sualın cavabından asılı olacaq: İsrailin planları müttəfiqi ABŞ-ın planları ilə nə qədər uzlaşır? 

Bu sualın cavabınısa çox təəssüf ki, hələ kimsə dəqiq və dürüst təxmin edə bilmir. 

Biz bu sətirləri yazanda prezident Trampın "İranın qeyd-şərtsiz təslim olmasını” təkid etdiyi deyilir, onun Tehran əhalisini hətta şəhəri tərk etməyə çağırdığı bildirilirdi. Üstəlik, artıq dünən bəzi mənbələr belə söləyirdilər ki, İran səması tamamilə İsraillə ABŞ-ın nəzarəti altındadır.

Hüseynbala Səlimov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyun 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri