İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran Küveytdə iki italiyalı hərbi mütəxəssisin ölümü ilə nəticələnən hücumu Ukraynanın təşkil etdiyini iddia edib.
APA xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
İranın nüvə danışıqları üzrə sabiq müşaviri Məhəmməd Mərandinin iddiasına görə, Kiyev Avropanı İranla münaqişəyə cəlb etmək və ABŞ-ın dəstəyini qazanmaq məqsədilə bu addımı atıb.
Qeyd edək ki, Küveyt və İtaliya hücuma görə İranın məsuliyyət daşıdığını hesab edir. Hadisə nəticəsində Almaniyanın müdafiə sənayesi şirkəti “Rheinmetall”ın İtaliya bölməsində çalışan iki italiyalı mütəxəssis həlak olub.
İran isə hücumda iştirakını inkar edib. Ukraynanın hadisəyə aidiyyəti barədə hər hansı sübut təqdim olunmayıb.
Bu mövzuda digər xəbərlər:İran ordusu ABŞ nin Küveytdəki bazalarına PUA hücumu təşkil edib
19 İyul 2026 09:34
İran Küveytdəki qırıcılara zərər verib
13 Mart 2026 16:36
İran Küveytdəki ABŞ bazasını vurdu
18 Noyabr 2026 09:50
İran Küveytdəki ABŞ hərbi bazalarını vurdu
03 İyun 2026 09:25
İran Küveytdəki ABŞ qüvvələrinə zərbələr endirib
17 İyul 2026 08:19
Baxış sayı:40
Bu xəbər 27 Noyabr 2026 20:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















