Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Diş minasını bu üsulla bərpa etmək OLAR

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

Röya bu gün açıq havada konsert verəcək Foto

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

Zəfər Gününə həsr olunan fləş mob Video

Uşaqlıq xatirələri həyatımıza yön verir

İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək MÜSAHİBƏ

İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək MÜSAHİBƏ

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, İranda son dövrlərdə müşahidə olunan gərginlik fonunda bölgədəki siyasi və ictimai proseslər yenidən diqqət mərkəzinə gəlib. Mövcud vəziyyət Güney Azərbaycan Milli Hərəkatının gələcək taleyi ilə bağlı sualları da aktuallaşdırır. 

Bu şəraitdə hərəkatın hansı istiqamətdə inkişaf edəcəyi maraq doğurur. 

“Cümhuriyət”-in suallarını Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı Əjdər Tağızadə cavablandırıb.

-Əjdər bəy, baş verənlərdən sonra Güney Azərbaycanda durum necədir?  

-İranda İsrailin rejimlə bağlı öz davası, Amerikanın da özünün ayrıca bir savaşı var. Əslində, Tehrandakı mövcud rejim 47 ildir ki, İsrailə qarşı bir savaş başladıb. Tehrandakı rejim uzun illərdir “Sizi dənizə tökəcəyik”, “Sizi məhv edəcəyik” kimi ifadələr səsləndirirlər. 

Eyni zamanda, qonşu ərəb ölkələrində, istər İraq, istər Livan və digər bölgələrdə proksi qüvvələr vasitəsilə İsrailə qarşı mübarizə üçün milyardlarla vəsait xərclənib. İndi İsrail də İrana qarşı hərəkətə keçib. 

ABŞ ilə münasibətlərdə də oxşar ritorika müşahidə olunub. 47 il ərzində Amerikaya “Sən dünyanın şeytanısan”, “İsrail onun əlindədir”, “Amerikanı məhv etmək lazımdır” kimi şüarlar səsləndirilib, ABŞ bayrağı təhqir olunub, “ölüm Amerikaya” kimi çağırışlar edilib. Bütün bunlar, əslində, soyuq savaş dövrünün boş sloqanlarıdır. 

Bu baxımdan, əslində “Biz onlarla savaşacağıq”, “Onları məhv edəcəyik” deyə-deyə ABŞ və İsraili özü çağırıb. Yəni uzun illər davam edən bu ritorika və  qarşıdurma çağırışları indiki gərginliyin formalaşmasında müəyyən rol oynayıb. 

Elə bilirsiniz, Donald Trampı ABŞ-də boşu-boşuna prezident seçdilər? Barak Obamanın öz missiyası var, Co Baydenin, Cimmi Karterin öz işi vardı. Corc Buş və Trampın da öz vəzifələri var. Əgər Tramp yenidən hakimiyyətə gətirilibsə, deməli, onun bir missiyası var. Bu prosesdə Benyamin Netanyahu bu işi bitirəcək. 

-Yəni proses davamlı olacaq?

- İran adlanan yerdə mövcud olan hazırkı rejimin savaşı ilk növbədə ölkə daxilində əsarətə alınmış xalqlara, xüsusilə Azərbaycan türklərinə qarşıdır. Xomeyni hakimiyyətə gəldiyi ilk gündən bəri azərbaycanlılara və ümumilikdə türk kimliyinə qarşı sərt mövqe sərgiləyib. 

Onun ucbatından Güney Azərbaycanda yaşayan türklər uzun illərdir ki, öz hüquqları uğrunda mübarizə aparırlar. Axırda bu bölgədə milli hərəkat formalaşdı və onun platforması var. Hərəkatın əsas məqsədi fars dövlətçiliyindən xilas olmaq, mövhumatçı və “adamyeyən” rejimdən qurtarmaqdır. 

Bu millət ayaqlanıb. İstəyir ki, öz torpaqlarını, göllərini, meşələrini qorusun, azadlığını əldə etsin, qadın haqlarını müdafiə etsin. Bu hərəkata, prosesə qoşulanların sayını yüzminlərlədir. Tehran rejimi həmişə ABŞ və digər ölkələrə yalvarıb ki, “Azərbaycan məsələsi”ni qaldırmayın, gündəmə gətirməyin, onun söhbətini etməyin. 

Güneydə Azərbaycan Milli Hərəkatı var. Bu gün bəzi çevrələr deyir ki, Azərbaycan Milli Hərəkatı haradadır? 

İran adlanan yerdə hansı hərəkatın, hansı dərnəyin və ya qurumun normal, azad fəaliyyəti var? Belə bir imkan mövcud deyil. İnsanlar ən kiçik etirazlara görə belə həbs edilir, hətta edamlarla üzləşirlər. Qorxunu elə oturdublar ki...

-Atəşkəsdən sonra da Güneydəki Milli Hərəkat qaldığı yerdən davam edəcək?

- Tehran hakimiyyəti xarici qüvvələrə - xüsusilə ABŞ və İsraillə deyir ki, siz çıxıb gedin, içərdəkilərlə, daxildəkilərlə işiniz olmasın, onları mənə tapşırın. Buna baxmayaraq, Güney Azərbaycan Milli Hərəkatı illərdir mövcudluğunu nümayiş etdirir. 

İran adlanan yerdə yüzminlərlə insan demokratik yola çıxıb, amma insanlar həbs olunur, işgəncələrə məruz qalır. Necə ki, indi də zindanlar hələ doludur və insanları azadlığa buraxmırlar. Amma milli hərəkat var və onun öz platforması da var. 

Hərəkatın əsas məqsədi Güney Azərbaycanı İran- Tehran rejimindən azad etməkdir. Bu çərçivədə hərəkat dünyəvi, parlamentli, respublika idarəetmə formasına malik dövlət qurulmasını hədəfləyir. 

Eyni zamanda, qadın və uşaq hüquqlarının qorunduğu, inkişaf etmiş, çağdaş və müasir cəmiyyətin formalaşdırılması əsas prioritetlərdən biri kimi irəli sürülür. Azərbaycanlılar bu ideallar uğrunda Məşrutə hərəkatı dövründən etibarən mübarizə aparırlar. Məhz bu səbəbdən də Təbrizə tez-tez “inqilablar şəhəri” deyilir. 

-Deməli, Güneydə hərəkatı yatırmaq mümkün olmayacaq?

-Xeyr, proses bu gün də davam edir. Rejim müxtəlif vasitələrlə Azərbaycan türklərinin səsinin yüksəlməsinin qarşısını almağa çalışır. Çünki anlayırlar ki, Güney Azərbaycanın həmin ölkə daxilində rolu və mövqeyi nəzərə alınmadan nə ölkə daxilində, nə də regionda əsaslı problemlərin həlli mümkündür. 

Bütün təzyiqlərə baxmayaraq, milli hərəkat bu gün də fəaliyyətini davam etdirir. Bəzən sual olunur ki, niyə bəs küçələrdə, meydanlarda deyillər? Meydanda idilər, görənlər gördü. 

Cəmiyyətin içində bu ruh və istək qorunub saxlanılır. Bu proseslər fonunda xarici güclərin açıq şəkildə daxildə hansısa demokratik qüvvəni hakimiyyətə gətirmək məqsədi güddüklərini bəyan etmirlər. 

Məsələn, Tramp demir ki, mən demokratçı gətirirəm. elə bir söz demir. O, öz hesabını, kitabını çürüdür. Netanyahu başqa söz demir, sadəcə deyir ki, İran bomba düzəldir və mən bununla mübarizə aparıram. 

Buna baxmayaraq, region xalqları, xüsusilə Azərbaycan türkləri çətin sosial-iqtisadi şəraitdə - işsizlik, yoxsulluq, həbslər və təzyiqlər fonunda belə öz haqlarından geri çəkilmirlər. Bu gün oradakı xalq, xüsusilə Azərbaycan türkləri fəaldırlar, gözləyirlər. 

Tarix boyu olduğu kimi, uyğun şərait yarandığı anda millət kütləvi şəkildə ayağa qalxaraq öz hüquqlarını tələb edəcək. Rejimin də qorxusu bundandır. Rejim isə əslində dövlət formatında dağılıb. 

Nəticə etibarilə, Güney Azərbaycan Milli Hərəkatı mövcuddur və onun məqsədləri də aydındır. Azərbaycanın güneyinin azadlığı, müstəqillik ideyası və tarixi ədalətin bərpası. Buna da nail olacaq. 

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Açar sözlər: İran Əjdər Tağızadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Aprel 2026 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see828

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see290

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see287

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see281

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see271

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see271

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see253

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see243

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see242

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see223

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see221

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see218

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see213

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see207

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see204

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see203

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see197

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see195

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see187

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri