Icma.az
close
up
RU
İran müharibəni ABŞ nin iştirakına imkan vermədən dayandırmaq niyyətindədir ŞƏRH

İran müharibəni ABŞ nin iştirakına imkan vermədən dayandırmaq niyyətindədir ŞƏRH

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin Prezidenti Donald Tramp İranı Amerika bazalarına hücum edəcəyi təqdirdə nəticələrin ağır olacağı ilə hədələyib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi ki, İran və Amerika arasında münaqişənin olması, baş verən müharibə ərzində qarşıdurmaların son ssenari kimi gözlənilir:

"Təbii ki, bu da İran hakimiyyətinin atacağı addımdan asılıdır. İran hakimiyyəti hazırkı mərhələdə bunu etmək niyyətində deyil. Maksimum dərəcədə müharibənin dayandırılması üçün danışıqların başladılmasına çalışır. Bununla bağlı Amerikaya da çağırış edirlər, hətta bir çox ölkədən vasitəçilik etməsi ilə bağlı xahişlər olunub.

Lakin İran müharibəni regional müstəviyə də keçirə bilər. Bu da regiondakı Amerika bazalarının hədəfə alınması ilə mümkündür. Amma belə bir addım İran hökumətinin intihar aktı kimi qəbul edilə bilər. Çünki Amerika bazaları hədəf alınarsa, müharibə regional müstəviyə keçəcək. Xüsusilə Körfəz ölkələrinə".

Ekspert qeyd etdi ki, Körfəz ölkələri isə daha zəif ölkələr hesab olunur və zəif qorunurlar.

"İkincisi isə Amerikanın birbaşa İsrail cəbhəsindən döyüşə qoşulması ilə nəticələnə bilər. Ən mühümü isə müharibənin regional müstəviyə keçirilməsi və İrana olan müdaxilənin beynəlxalq müstəvidə müzakirə olunması ehtimalıdır. Bütün bu risklər və ssenarilər mövcuddur. İran bunu anlayır, ona görə maksimum dərəcədə müharibəni regional müstəviyə keçirmədən, ABŞ-nin iştirakına imkan vermədən dayandırmaq niyyətindədir.

İran tərəfinin heç bir yolu qalmasa, təslim olmağa məcbur olsa, İsraillə olan müharibədən xilas ola bilməyəcəklər. O vaxt İran bu addımı ata bilər. Bu, İranın atacağı ən radikal addım olar. Amerika isə indi həm təhlükəsizlik, həm də siyasi baxımdan İsraili dəstəkləsə də, bunu açıq şəkildə etmir. Bunu açıq şəkildə etmədiyi müddətdə İran üçün hələ də danışıqlar masasına qayıtmaq, müharibəni dayandırmaq şansı qalır", - deyə Asif Nərimanlı vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 17 İyun 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see166

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see154

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see153

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see140

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see136

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see135

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see128

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see126

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri