Icma.az
close
up
RU
İran öz daxilindən vurulub? İsrailin gizli planı

İran öz daxilindən vurulub? İsrailin gizli planı

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elçin Aslangil yazır...

Gecənin xeyrindənsə sabahın şəri heç də yaxşı olmayacaq. İsrailin İrana hücumunu nəzərdə tutub deyirəm...

İnsan oğlu istənilən bütün müharibələrə nifrət etməlidir. Mən bunu 1990-cılar kimi, anamın laylasını xatırlayıb yazıram.

Anam balaca qardaşıma laylay deyəndə az qala səsini başına atıb oxuyardı. Qonşular da eşidərdilər anamın səsini. Bilirdilər. Bilirdilər ki, anam güllə səslərini batırmaq üçün laylayı ucadan oxumağa məcburdur. Bu, "ana ürəyi, dağ çiçəyi" mövzusu deyildi, müharibənin acı həqiqəti idi...

1990-cı illərin çörək qıtlığı ən dramatik xatirələrimdəndir. Qardaşım çörək əvəzinə az qala öz əlini yeyəcəkdi. O qədər ac qalmışdı ki, çörək yeyəndə əlini dişlədiyini hiss etmədi.

İran-İsrail müharibəsi məcburiyyətin tərsliyindən yox, mövcudluğun hərisliyindən baş verir. Yəni İsrail üç min illik mövcudiyyət proqramını reallaşdırmaq üçün yolunun üstündəki əngəlləri qaldırmağa çalışır.

Cəmi bir gün əvvəl "Ağlama divarı"nı ziyarət edən Benyamin Netanyahu müharibənin başlayacağına işarə vermişdi.

Biz xatırlamasaq da, tarixin unutmadığı iki min altı yüz il əvvəl İsrail oğulları II Navuxodonosorun əsarətindən qurtulmaq üçün də bu divarların qarşısında and içmişdilər. Fəqət İsrail oğulları məğlub olaraq Qüdsün viran qalmasının şahidi olmuşdular. Onda farsların bu ərazilərdə təsir imkanları sıfıra bərabər idi.

İran uzun illərdir qarşısında dayanan geosiyasi və hərbi riskləri başqa coğrafiyalara ötürmək strategiyasına üstünlük verirdi. Bu, təkcə müdafiə refleksi deyil, həm də rejimin daxili sabitliyini qorumaq üçün həyata keçirdiyi uzaqdan müharibə (proxy war) siyasətidir. İran öz hərbi imkanlarını və ideoloji təsir gücünü Yəmən, Livan, Suriya və İraq kimi ölkələrdə yerləşdirdiyi proksi qüvvələr vasitəsilə genişləndirmişdi. "Ənsar Allah", "Hizbullah", "Həşdi Şəəbi" və digər şiə milisləri bu siyasətin konkret alətləridir.

Lakin son hadisələr göstərir ki, İranın regiondakı bufer zonaları - yəni savaşın uzaqda saxlanılması strategiyası - bir-bir sıradan çıxır. İsrailin son hücumları İranın strateji dərinliyinə doğru genişlənir və artıq periferiyadan mərkəzə keçid baş verir. Bu isə müharibənin İranın öz sərhədlərinə daşınması anlamına gəlir. İsrailin uzun illər ərzində bu ssenariyə hazırlaşdığı məlum idi, lakin əməliyyatların bu qədər kəskin və hədəfli aparılması Tehran üçün gözlənilməz oldu.

İranın hava hücumundan müdafiə sistemi niyə iflas etdi?

İsrailin uğurlu hava hücumları və xüsusilə Natanz kimi strateji obyektlərin hədəf alınması İranın hava hücumundan müdafiə sistemində ciddi çatların olduğunu göstərdi. Amma məsələ təkcə texniki deyil, həm də kəşfiyyat müharibəsinin effektivliyindədir.

İranın daxili təhlükəsizlik sistemi ciddi şəkildə deşifrə olunub. İsrail kəşfiyyatının ("Mossad") keçmişdə İranın nüvə alimlərini ölkə daxilində sui-qəsdlə aradan qaldırdığı, nüvə arxivlərini ələ keçirdiyi və ən əsası - İranın daxilində agentura şəbəkəsi qurduğu məlum idi. Bu dəfə isə görünən odur ki, hücumlar birbaşa İranın öz içindən koordinasiya olunub. Radar sistemlərinin susdurulması, hava hücumundan müdafiənin gecikməsi, müdafiə komplekslərinin reaksiya verə bilməməsi - bütün bunlar ciddi daxili sızmadan xəbər verir. İran artıq öz içindən "vurulma" mərhələsinə keçib.

İsrail yerüstü əməliyyata gedirmi?

İsrailin bu hücumlarının yalnız hava zərbələri ilə məhdudlaşmayacağı ehtimalı güclüdür. Yerüstü əməliyyat ehtimalı getdikcə artır. Bu isə İsrailin ən çətin ssenarisidir. İranın dağlıq və qeyri-bərabər coğrafiyası, dərin yeraltı obyektləri, partizan döyüş taktikasına alışmış silahlı qüvvələri İsrail üçün ciddi əngəllər yaradır. Baş nazir Netanyahunun xalqa müraciətində "uzunmüddətli əməliyyat" ifadəsi də məhz bu coğrafi və hərbi reallıqlara işarə edir.

İran daxili sabitliyindən niyə bu qədər qorxur?

İran rəhbərliyi ölkə daxilində sosial narazılığın və etnik parçalanmanın fərqindədir. Son illərdə İranda türklərin, kürdlərin, ərəblərin, bəlucların və fars olmayan digər etnik qrupların mərkəzləşmiş hakimiyyətə qarşı artan narazılığı diqqətdən yayınmır. Xüsusilə bəlucların yaşadığı Sistan və Bəlucistan bölgəsi artıq rejim üçün zəif halqaya çevrilib. Müharibə şəraiti bu narazı qüvvələr üçün bir fürsətə çevrilə bilər. İran rejimi də məhz buna görə savaşın öz sərhədlərinə daxil olmasından qorxur. Çünki xarici təhdidlə yanaşı, daxili üsyan ssenarisi də gündəmə gələ bilər.

Bu münaqişədə Rusiya nə edəcək?

Rusiyanın bu müharibədəki mövqeyi isə gözlənilən dərəcədə passivdir. Moskva üçün prioritet indi Ukrayna cəbhəsidir. Putin Yaxın Şərqdəki prosesləri ABŞ və İsraillə qeyri-rəsmi razılaşmalar çərçivəsində "gözardı etməyə" hazır görünür. Qərb blokunun Ukraynada Rusiya əleyhinə mövqeyini yumşaltması qarşılığında Moskvanın Tehrana birbaşa dəstək verməməsi ehtimalı yüksəkdir.

Türkiyənin balans oyunu yeni mövqe qazanır

Türkiyə isə regional siyasətdə özünəməxsus "balanslaşdırıcı" mövqeyini qoruyaraq həm Qərb, həm də Rusiya qarşısında çevik manevrlər edir. Rusiya-Ukrayna müharibəsində neytrallıq mövqeyi sərgiləyən Ankara, eyni zamanda, Suriyada PKK-ya qarşı lokal üstünlüklər əldə etdi. Bu, həm regional təhlükəsizlik baxımından önəmli idi, həm də Türkiyəyə Yaxın Şərq masasında daha güclü mövqe qazandırdı. İsrail-İran müharibəsinin alovlanması fonunda Türkiyə bu geosiyasi boşluğu öz lehinə çevirməyə çalışacaq.

Suallar çoxdur, cavablar da az deyil

Qarşıdakı həftələrdə vəziyyətin necə inkişaf edəcəyi İsrailin atacağı növbəti addımlardan və İranın bu təzyiqlərə necə reaksiya verəcəyindən asılı olacaq.

- İsrail yerüstü əməliyyata başlayacaqmı?

- İran daxilində rejimə qarşı qiyam cəhdləri olacaqmı?

Lakin bəzi cavablar da artıq görünür: Müharibə coğrafiyası genişlənir, status-kvo dəyişir və Yaxın Şərqdə yeni güc balansı formalaşır...

Suriyadakı vətəndaş müharibəsinin ilk ilini xatırlayıram.

Piano ifaçısı olan suriyalı hamilə bir xanım əlinə silah almışdı. Mənə elə gəlmişdi ki, o xanım barmağını tətiyə sıxanda körpəsinin təpik atmasını bətnində duyan kimi müharibə qurtaracaq. Qurtarmadı. Əvəzində o piano ifaçısı xanım da öldü.

Müharibə faciədir; 13 yaşlı hələbli qızcığazın əlinə ağ bayraq alaraq, "məni zorlamayıblar" deməsi kimi...

İran-İsrail arasında istənilən müharibə ssenarisindən ən çox zərər çəkən Azərbaycan olacaq.

Gecənin xeyrindənsə sabahın şəri bu ssenaridə heç də yaxşı görünmür. İsrailin İrana hücumunu nəzərdə tutub dedim...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 İyun 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri