“İran nüvə fəaliyyəti ilə bağlı Trampla razılığa gəlməlidir”
Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.
“İran hökuməti nüvə fəaliyyəti ilə bağlı ABŞ prezidenti Donald Tramp administrasiyası ilə razılığa gəlməlidir”.
Missiya.Az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Baş direktoru Rafael Qrossi Davosda “Bloomberg”ə müsahibəsi zamanı deyib.
O bildirib ki, Tehran hökuməti Yaxın Şərqdə növbəti hərbi münaqişənin qarşısını almaq üçün nüvə fəaliyyətləri ilə bağlı Trampın administrasiyası ilə razılığa gəlməlidir.
“Biz Rusiya, Çin, həmçinin Avropa ölkələri ilə qarşılıqlı əlaqədəyik, lakin hər kəsə aydındır ki, ABŞ ilə razılığa gəlmək lazımdır”, - deyə Qrossi vurğulayıb.
Daşqın Həsənov
Missiya.Az

İran Trampla bağlı ümidlidir: Keçmiş səhvlərini düzəltsələr...
07 Noyabr 2024 12:04
İran Donald Trampla dialoq aparmayacaq
04 Dekabr 2024 12:05
İran Trampla sanksiyaların ləğvi ilə bağlı danışıqlara başlamağa hazırdır
21 Yanvar 2025 12:32
İran müəllimləri Pezeşkiana səsləndi: Trampla görüş!
05 Fevral 2025 16:19
Pezeşkian Trampla görüşəcək? İran rəsmisi açıqladı
06 Fevral 2025 16:27

