Icma.az
close
up
RU
İran nüvə proqramını davam etdirir? İsrail kəşfiyyatı gizli tunel aşkarlayıb

İran nüvə proqramını davam etdirir? İsrail kəşfiyyatı gizli tunel aşkarlayıb

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin xüsusi xidmət orqanlarının məlumatına görə, ötən payız Tehran uranın zənginləşdirilməsi üçün nəzərdə tutulan minlərlə sentrifuqanı Pikaks dağının altındakı yeni yeraltı tunellərə daşıyıb.

Bu barədə ABŞ və İsrail rəsmilərinə istinadən "The Wall Street Journal" nəşri məqalə dərc edib. Qəzet qeyd edir ki, İranın öz nüvə proqramını yeni gizli obyektdə yenidən başlada biləcəyinə dair məlumatlar Vaşinqton və Təl-Əvivin narahatlığını daha da artırır.

Nəşrin mənbələrinə əsasən, İsrail tərəfi topladığı kəşfiyyat məlumatlarını ABŞ-yə təqdim edib. Bildirilib ki, avadanlıqlar Pikaks dağındakı bazaya 2025-ci ilin iyun ayında baş verən 12 günlük müharibədən sonra köçürülüb. Həmin vaxt ABŞ və İsrail orduları İranın Natanz, Fordo və İsfahandakı üç əsas nüvə mərkəzinə zərbələr endiriblər. Daha sonra ABŞ-İran qarşıdurmasının növbəti kəskinləşməsi fonunda ABŞ Prezidenti Donald Tramp İrandakı bu yeni dağaltı obyekti vurmaqla hədələyib.

Pikaks dağı İranın mərkəzi hissəsində, 2025-ci ilin yayında ABŞ və İsrailin hücumları nəticəsində ciddi ziyan görmüş Natanz uranzənginləşdirmə zavodundan 1.5 kilometr aralıda yerləşir. İnşasına 2020-ci ildə başlanılan dağaltı kompleks isə bu bombardmanlar zamanı heç bir zərər görməyib.

Kolang dağı kimi də tanınan ərazidəki bu kompleks qayalıqların 100-150 metr dərinliyində tikilib. Belə bir dərinlik obyekti adi beton dağıdıcı bombalardan istifadə edilən hər hansı hava hücumuna qarşı kifayət qədər dözümlü edir.

İyul ayının əvvəlində Vaşinqtonda yerləşən Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu (ISIS) yeni peyk şəkillərinin təhlilinə istinadən kompleksin ətrafında tikinti işlərinin getdiyini açıqlamışdı.

Mütəxəssislərin sözlərinə görə, qərb istiqamətindəki açıq tunel girişlərinə gedən yollarda yük maşınlarının hərəkəti müşahidə olunur ki, bu da yeraltı sistemin daxilində inşanın, eləcə də girişlərin möhkəmləndirilməsi prosesinin davam etdiyini göstərir.

Ekspertlər hesab edirlər ki, Tehran birmənalı olaraq uranın zənginləşdirilməsi məqsədilə ehtiyat yeraltı bazanın yaradılması üzərində işləyir. /oxu.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 İyul 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri