İran nüvə proqramını ləğv etməyəcək Arakçı
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Tehran nüvə proqramını məhdudlaşdırmağa razı olmayacaq, lakin MAQATE-yə nüvə obyektlərinə çıxışı təmin etməyə hazırdır.
Axar.az “Tehran Tayms”a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı aprelin 12-də Omanda ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffla dolayı danışıqlar zamanı deyib.
Arakçı vurğulayıb ki, İran heç bir halda nüvə proqramının tam məhdudlaşdırılmasına razı olmayacaq:
“Lakin MAQATE Tehranın nüvə obyektlərinə giriş icazəsi veriləcək yeganə təşkilat olacaq”.
Nəşrin məlumatına görə, danışıqlar zamanı tərəflər arasında 10-a yaxın yazılı informasiya mübadiləsi aparılıb:
“İran nümayəndə heyətinin mesajlarında danışıqların davam etdirilməsi üçün ümumi çərçivə razılaşmasının əldə olunmasının zəruriliyi və Vaşinqtonun Tehranın təklifini qəbul etməməsi halında İranın növbəti görüşdə ABŞ-ın alternativ baxışını gözləyəcəyinə işarə edilib”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 15 Aprel 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















