Icma.az
close
up
RU
İran: Nüvə silahı istehsal etmirik, amma hücum olarsa istehsal etməli olacağıq

İran: Nüvə silahı istehsal etmirik, amma hücum olarsa istehsal etməli olacağıq

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İran lideri Ayətullah Əli Xameneinin məsləhətçisi və keçmiş Parlamentin Sədri Əli Laricani ölkəsinin nüvə silahı istehsal etmədiyini, amma ABŞ-ın İran’a hər hansı bir hücumu olarsa, xalqın təzyiqi ilə nüvə silahı istehsal etmək məcburiyyətində qalacaqlarını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Laricani, dövlət televiziyasında iştirak etdiyi bir proqramda açıqlama verib.

ABŞ-ın ölkəsinə yönəlmiş təhdidlərinə toxunan Laricani, İranın nüvə silahı istehsal etmək qabiliyyətinə sahib olduğunu, amma Xameneinin kütləvi qırğın silahları ilə bağlı verdiyi fətvaya əsaslanaraq nüvə silahı istehsal etmədiklərini söyləyib.

ABŞ Milli Kəşfiyyat Direktoru Tulsi Gabbardın qısa bir müddət əvvəl etdiyi və İranın nüvə silahı istehsal etmədiyinə dair kəşfiyyat məlumatlarının düzgün olduğunu vurğulayan Laricani: "Həm fətvamızın olduğunu, həm Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarətləri altında fəaliyyət göstərdiyimizi, həm də silaha yönəlmədiyimizi söyləyirik, amma bir səhv edərsinizsə, İranı bu istiqamətdə məcbur edəcəksiniz", - deyə qeyd edib.

ABŞ-a müraciət edən Laricani: "İran bunu etmək istəmir, amma siz təzyiq edirsinizsə, xalq ölkənin təhlükəsizliyi üçün bunu (nüvə silahı) istehsal etməyimiz üçün təzyiq göstərəcəkdir. Dediyimiz kimi, Agentlik sonsuza qədər bu nəzarətləri davam etdirə bilər, bununla bağlı problemimiz yoxdur, amma özünüz və ya İsrail tərəfindən bombalama yolunu seçərsinizsə, İranı başqa qərarlar qəbul etməyə məcbur etmiş olarsınız. Bu da sizin marağınıza uyğun olmaz. Ona görə də mövqeyinizi dəyişin", - deyə bildirib.

ABŞ Prezidenti Donald Trump, 7 martda İran lideri Ayətullah Əli Xameneiyə həm təhdid, həm də danışıqlar çağırışı edən bir məktub yazdığını açıqlamışdı.

Xamenei isə ABŞ-ın danışıqlar tələbinin problemi həll etmək deyil, öz tələblərini qəbul etdirmək və hakimiyyət qurmaq istədiyini qeyd edərək, İranın bunu qəbul etməyəcəyini bildirmişdi.

Məktub bir neçə gün sonra Birləşmiş Ərəb Əmirlikləri tərəfindən İrana təqdim edilib və İran da 27 martda Oman vasitəsilə məktuba cavab verdiyini açıqlyıb.

İran Xarici İşlər Naziri Abbas Əraqçi, Trumpın təhdidlərini davam etdirdiyi müddətcə ABŞ ilə birbaşa görüşməyi rədd edəcəyini, amma vasitəçilər vasitəsilə dolayı danışıqlara hazır olduqlarını bildirib. Əraqçi, danışıqları Trumpın tələbindən fərqli olaraq yalnız nüvə məsələsində aparacaqlarını və ölkəsinin müdafiə qabiliyyəti məsələsinin danışıqlara açıq olmadığını qeyd edib.

Trump, dünən ölkə mediasına verdiyi açıqlamada, ABŞ ilə razılığa gəlməməsi halında İranı "heç vaxt görmədikləri şəkildə bombalayacaqları" ilə təhdid edib.

İran lideri Xamenei isə Trumpın hücum təhdidlərini reallaşdırmasına ehtimal vermədiklərini, amma hər hansı bir hücuma güclü cavab verəcəklərini bildirib.

Xamenei, 2000-ci illərin əvvəllərində verdiyi fətva ilə kütləvi qırğın silahlarının istehsalını və istifadəsini qadağan edib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Aprel 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri