İran nüvə silahından imtina etməyə hazırdır Bu şərtlə
Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İran iqtisadi sanksiyaların tamamilə ləğvi müqabilində ABŞ-lə nüvə sazişi bağlamağa hazırdır.
"Unikal" xəbər verir ki, bu barədə İranın ali dini liderinin siyasi məsələlər üzrə müşaviri Əli Şəmxani məlumat yayıb.
Onun sözlərinə görə, Tehran nüvə silahının yaradılmasından həmişəlik imtina etməyi, yüksək zənginləşdirilmiş uranın bütün ehtiyatlarından qurtulmağı, uranın zənginləşdirilməsini yalnız mülki səviyyədə məhdudlaşdırmağı və beynəlxalq müfəttişlərin yoxlama aparmasına icazə verməyi öhdəsinə götürür. O vurğulayıb ki, bu addımlar yalnız bütün sanksiyaların dərhal ləğvi şərti ilə mümkündür.
Şəmxani əlavə edib ki, ABŞ şərtləri qəbul edərsə, saziş dərhal imzalana bilər.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 15 May 2025 09:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















