Icma.az
close
up
RU
İran öz layiqli dərsini aldı Səfir

İran öz layiqli dərsini aldı Səfir

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“İyun ayında baş verən 12 günlük müharibə İsrailə zorla təhkim olunmuşdu. Çünki bizim başqa variantımız yox idi. Uzun illər boyu İran rejimindən İsraili məhv etmək çağırışları eşitmişik”.

Globalinfo.az bildirir ki, bunu İsrail Dövlətinin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ronen Krauszun APA-ya müsahibəsində deyib.

Həmçinin oxuyun:

Azərbaycanın İsrailə yardım etməsi Ceyms Bond hekayəsidir – SƏFİR

Səfirin sözlərinə görə, İranda paradlarda nümayiş etdirilən raketlərin üzərinə “İsrailə ölüm” şüarları yazılır. Tehranda nümayiş etdirilən saat İsrail üçün vaxtın azaldığını göstərir və gün sayır: “İran liderlərindən İsrailin məhvinə çağıran çoxlu bəyanatlar eşitmişik. Bu elə bir təhdid idi ki, İsrail daha artıq dözə bilməzdi. İsrail məsuliyyəti öz üzərinə götürüb bu təhdidi aradan qaldırmalı idi. Ümid edirəm ki, İran öz layiqli dərsini alıb. Əgər dərslərini alıblarsa, bu əladır. Əgər belə deyilsə və İsraili təhdid etməyə davam edəcəklərsə, İsrail hərəkətə keçməli olacaq. Təəssüf ki, İranın öz proksilərinə dəstəyinin davam etdiyini görürük. Hizbullah, HAMAS buna misal ola bilər. Husilər də bura daxildir. Onlar İsrailə hücumlara davam edirlər. Bir neçə gün əvvəl də Husilər İsrailə dron və raketlərlə hücum ediblər. İsrail də buna cavab verməli oldu. Onların bu əməlləri müstəqil şəkildə həyata keçirmirlər. Onlar İranın tapşırıqlarını yerinə yetirirlər. Husilər İranın imkanlarından istifadə edir. Yəmənin özünün raket istehsal etmək üçün texnologiyası və imkanları yoxdur. Məlum məsələdir ki, bunu onlara İran verməlidir. İsrail Dövlətinin təhlükəsizliyi üçün təhdid xarakteri daşımağa davam etdikləri müddət ərzində, biz hərəkətlərimizə davam edəcəyik”.

Diplomat qeyd edib ki, İsrail öz suverenliyinə, təhlükəsizliyinə qarşı təhdidlərə dözə bilməz: “Təhdid olmadığı müddətcə İsrail heç kimə hücum etməyi planlaşdırmır. Biz sülh içində yaşamaq istəyirik. Bütün istədiyimiz budur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Avqust 2025 20:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see258

Yeni pandemiya añ məsələsidir ÜST rəhbərindən dünyanı şoka salan BƏYANAT

26 Sentyabr 2026 03:05see225

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see216

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see203

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see197

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see195

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see195

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see194

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see191

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see190

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see189

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see187

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see186

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see180

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see179

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see177

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see172

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see170

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see169

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri