Icma.az
close
up
RU
İRAN PARADOKSU: adı cümhuriyyət, məzmunu avtoritarizm

İRAN PARADOKSU: adı cümhuriyyət, məzmunu avtoritarizm

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Əkbər QOŞALI

Bu gün İran adlanan coğrafiyada baş verənlərin təsadüfi dalğalanma olmadığı bəllidir; bu, uzun illər yığılıb qalmış tarixi, siyasi və mənəvi gərginliyin sistemli şəkildə üzə çıxmasıdır. Söhbət artıq təkcə iqtisadi narazılıqlardan və sosial etirazlardan getmir – hadisələrin miqyası, coğrafiyası və ardıcıllığı bunu aydın göstərir. Burada dövlətlə vətəndaş arasında münasibətin mahiyyəti, hakimiyyətin legitimliyi və ölkənin gələcək idarəetmə modeli mübahisə predmetinə çevrilib. Və rejimin xalqla arasının, üstəlik, havanın bu soyuq vaxtında isti qan axıdılıb, insanlar qətl edilib. – İndi sən gəl də bu qanın üstündə, heç nə olmamış kimi, daha öncəki sayaq dayan-dur görüm, necə dayanır, necə durursan?.. Azərbaycanın Quzeyi 36 il öncənin elə bu ayında yaşadıqlarını unutmayıb; Güneyimiz də, elə Tehranın yarısı da bu ay, bu günlərdə yaşadıqlarını unutmaz. Əli qanlı rus şovinizmi 20 Yanvardan sonra nəsibini aldı; kim deyir, indi də Fars-Molla rejimi öz nəsibini almaya bilər?

İranda durumu mürəkkəbləşdirən əsas amillərdən biri paralel hakimiyyət gerçəkliyi, yaxud daha dəqiq desək, paralel legitimlik iddialarıdır. Formal olaraq, seçilən Prezident və hökumət mövcuddur; onun üzərində isə seçilməyən, lakin həlledici söz yiyəsi olan Ali Dini Rəhbər institutu dayanır. Daha dərinə gedəndə isə faktiki olaraq iqtisadiyyata, təhlükəsizliyə və ideoloji nəzarətə sahib olan başqa bir mərkəz – sistemin “sərt nüvəsi” fəaliyyət göstərir. Beləliklə, İran
bir-birini nəzarətdə saxlayan, bəzən də bir-birini neytrallaşdıran güc qatları ilə idarə olunur; yəni bir dövlət kimi vahid siyasi iradəsi yoxdur.

Bəli, İran nə İraqdır, nə Suriya, nə də Venesuela; amma eyni zamanda İran, Fars-Molla rejiminin ideoloji təbliğatında tanıdılan monolit və sarsılmaz İran da deyil.

Məhz bu səbəbdən böhranı rejimin idarəetmə strukturunun özü doğurur. Çünki siyasi məsuliyyət parçalanır, qərarvermə mexanizmləri ləngiyir, toplum isə çıxılmazlıq və perspektivsizlik hissi ilə üz-üzə qalır.

Bəs çıxış yolu geriyə dönüşdədirmi yaxud geriyə dönüş çıxış yolu ola bilərmi?
İran İslam Respublikası 1979-cu ildə Şah rejiminin devrilməsi ilə elan olunmuşdu. Hazırda paradoks ondadır ki, mövcud sistem günün tələblərinə cavab vermədiyi halda, bəzi çevrələr yenidən şahlıq, sülalə hakimiyyəti, feodal nostalji variantlarını dövriyyəyə buraxmağa çalışırlar. Bu, mahiyyət etibarilə geriyə baxışdır; burada irəlilik bir şey yoxdur.

Ağsaçlı qoca tarix isə açıq-açığına səslənir: geriyə baxaraq gələcək qurmaq olmur, olmur, olmur!
Şah rejimi İranı çağdaş, ədalətli və çoxmillətli bir topluma çevirə bilmədi; onun yerinə gələn molla rejimi də eyni sınaqdan keçə bilmədi. Deməli, problem şəxslərdə yox, idarəetmə modelində, o modelin kağız üzərində yoxsa gerçək həyatda olub-olmamasındadır.

Əgər İran “cümhuriyyət” adını daşıyırsa, bu ad kağız üzərində qalmamalı, gerçək siyasi, hüquqi və ictimai praktikada özünü doğrultmalıdır; əks halda istər dini liderlik, istər şahçılıq, istərsə də başqa formal adlar altında eyni məzmunun (bəlkə “məzmunsuzluğun” desək, daha doğru olar) davamı baş verəcək.

Bizim – Qalib Azərbaycanın baxışı isə apaydındır; çünki bu baxış məsuliyyətli, ədalətli və açıqdır. Bu proseslərə biganə qalmağımız mümkünsüzdür və biganəliyimiz heç düzgün də olmazdı. Çünki söhbət sıradan “qonşu dövlət”dən getmir – milyonlarla soydaşımızın öz dədə-baba torpağında yaşadığı ölkədən gedir. Sərhədin o tayında baş verənləri öz taleyimizin bir parçası kimi oxuyan bizlər üçün bu hadisələr uzaq planetdə baş verən proseslər sayıla bilməz.

Bəli, burada önəmli fərq var: qalib Azərbaycan emosionallıqdan üstün, strateji məsuliyyətə əsaslanan baxış ortaya qoyur. Biz nə xaos istəyirik, nə qan, nə də xarici güclərin bölgəni yeni geosiyasi oyun meydanına çevirməsini. Biz ədalət istəyirik, ədalət! Sabitlik istəyirik biz. İnsan hüquqlarına söykənən gələcək istəyən də bizik.
Və bu baxışın mərkəzində Güney Azərbaycan, oradakı soydaşlarımız, qandaşlarımız dayanır.

Güney Azərbaycan problemin bir qırağı sayılmamalıdır – çün mövzunun ocağı, mərkəzidir. Təbriz başda olmaqla, İranın geniş coğrafiyasında soydaşlarımız, qandaşlarımız yaşayır. Onlar bu ölkənin tarixi dayağı, demoqrafik sütunu və mədəni enerjisidir. Buna baxmayaraq, onilliklərdir ana dilində tamhüquqlu təhsil yoxdur; milli mətbuat və nəşr məhdudiyyət altındadır; siyasi təmsilçilik formal çərçivəni keçmir; mədəni hüquqlar çox zaman deklarativ səviyyədə qalır.
Əgər İran bütöv qalmaq istəyirsə, bu gerçəkliyi dəyişməlidir. Çünki çağdaş dünyada dövlətin gücü artıq qorxu ilə ölçülmür, ədalətlə ölçülür, ədalətlə. Ana dilində məktəb açmaq, kitab çıxarmaq, mədəniyyətini yaşatmaq vətəndaşın fundamental haqqıdır.

Bu gün İran faktiki olaraq tarixi yol ayrıcındadır:
ya mövcud ərazi bütövlüyünü saxlayaraq gerçək cümhuriyyətə çevriləcək – yəni bütün xalqlar üçün bərabər hüquqlar, hüquq dövləti və mədəni pluralizm yaradacaq ya da islahatları gecikdirərək iç gərginliyi artıracaq və idarəolunmayan proseslərə yol açacaq.

Azərbaycan xalqı parçalanmış xalqdır. Bu, acı tarixi faktdır. Və parçalanmış xalqların gec-tez birlik axtarışına çıxması da tarixi qanunauyğunluqdur. Ancaq bu birlik XXI yüzildə tankla, zorla, romantik şüarlarla gerçəkləşmir – hüquqla, qəbulu mümkün anlaşmalarla, beynəlxalq standartlar çərçivəsində mümkündür.

Bu gün Avropa Birliyi modeli, bölgəsəl inteqrasiya təcrübələri, Türk Dövlətləri Təşkilatı kimi platformlar göstərir ki, birlik həm də hüquqların, bazarların, mədəniyyətlərin və gələcək baxışın birləşməsidir.

Uzun sözün qısası, İran ya inad edib “vİran”a (yəni içdən parçalanmış, özünü inkar edən məkana) çevriləcək ya da çağdaş dünyanın bir parçası olma potensialını gerçək şəkildə ortaya qoyacaq. Bunun açarı zorakılıqda ola bilməz; yeganə açar ədalətdir.

Bəli, Qalib Azərbaycanın baxışı aydın və təmkinlidir:
Biz nə müstəqil respublikamızın sərhədlərində, nə də mədəni-tarixi coğrafiyamızda xaos istəyirik.
Bizim istədiyimiz insan hüquqları, milli haqlar və ədalətli toplumdur.

Ədalət geciksə də, gecikməmiş ədalətsizlikdən üstündür.

Haqq incələr, üzülməz!

BAYRAĞIMIZ UCA, SÖZÜMÜZ ÖTGÜN OLSUN!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 13 Yanvar 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see351

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see283

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see262

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see246

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see231

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see226

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see224

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see223

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see222

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see220

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see219

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see217

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see213

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see213

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see202

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see197

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see187

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri