Icma.az
close
up
RU
İran Qərb bloku: Çatlar dərinləşir

İran Qərb bloku: Çatlar dərinləşir

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən 12 günlük müharibədən sonra qonşu ölkənin nüvə proqramı ətrafında gərginlik yenidən artıb. Bugünlərdə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran hakimiyyəti sanksiyaların bərpası fonunda “Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) ilə İranın nüvə probleminə dair danışıqları bərpa etmək üçün heç bir səbəb görmür. “İran üç Avropa dövləti ilə danışıqların bərpası üçün heç bir səbəb görmür və münasibətlərini yalnız milli maraqlar və müstəqil siyasətlər əsasında qurur”, - deyə Abbas Əraqçi vurğulayıb.

İranın XİN rəsmisinin bu bəyanatı Tehranla Brüssel və bütövlükdə Qərb bloku arasında körpülərin yandırılması anlamına gəlir. Bəs buna səbəb nədir? Niyə 12 günlük müharibədən sonra İranın nüvə proqramı ilə bağlı başlanan danışıqlar yenidən dalana dirənib?

Uğursuzluqla nəticələnən nüvə danışıqları

Sualların cavabı olaraq bildirmək yerinə düşər ki, BMT və Amerika Birləşmiş Ştatları (ABŞ) başda olmaqla Qərb bloku rəsmi Tehrana nüvə silahı əldə etmək imkanını birmənalı şəkildə tanımır. 12 günlük müharibəyədək qonşu ölkənin uranın zənginləşdirlməsində əhəmiyyətli irəliləyişə nail olduğu bildirilirdi. Vurğulanırdı ki, İranda zənginləşdirilmiş uran bir neçə nüvə başlığı hazırlamaq üçün kifayətdir. 12 günlük müharibə də məhz İranın nüvə obyektlərini sıradan çıxarmağa hesablanmışdı. Lakin ABŞ qısamüddətli müharibədə İranın nüvə arsenalını sıradan çıxartmaq hədəfinə çatdığını bildirsə, bunu  təsdiqləyəcək konkret faktlar təqdim etmədi. Hərçənd ki, beynəlxalq ictimaiyyət bu xüsusda suallar ünvanlamaqda tam haqlıdır. Eyni zamanda, İran rəsmilərindən gələn açıqlamalar da 12 günlük müharibənin səmərəliliyinə şübhələri artırır.

Beləliklə, qısamüddətli müharibədən sonra İranın nüvə proqramı ilə bağlı danışıqların rəvan gedəcəyi və yekdil razılaşmanın əldə olunacağı gözlənilsə də, bu, baş vermədi. Danışıqlar həm Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA), həm də ABŞ müstəvisində uğursuzluğa düçar olub. Xatırladaq ki, 2025-ci ildə İran-ABŞ nüvə danışıqlarının beş raundu heç bir razılaşma olmadan başa çatıb. Artıq Tehran BAEA ilə də əməkdaşlığa rəsmi şəkildə xitam verib. Rəsmi Tehran bunun Qərbin “ədalətsiz və birtərəfli addımları” ilə bağlı olduğunu bildirir.  Söhbət İranla BAEA arasında Misirdə əldə olunmuş razılaşmanın dayandırılmasından gedir. İranın Ali Milli Təhlükəsizlik Şurası müvafiq qərarı BMT-də Tehrana qarşı sanksiyalara dair səsvermə fonunda sentyabrın son günlərində verib. Qərarla bağlı verilən bəyanatda qeyd olunub ki, Xarici İşlər Nazirliyinin agentliklə əməkdaşlığına və böhranın həlli ilə bağlı təklif olunan planlara baxmayaraq, Avropa ölkələrinin hərəkətləri səbəbindən BAEA ilə qarşılıqlı fəaliyyət dayandırılacaq.

Geri qayıdan sanksiyalar

Nəticədə, İrana qarşı sanksiyalar yenidən gündəmə gəlib. BMT məlum dinləmələrdən sonra İrana qarşı genişmiqyaslı sanksiyaları son 10 ildə ilk dəfə olaraq bərpa edib. Bura Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi silah embarqosu və digər sanksiyalar daxildir. Sanksiyalar İranın nüvə və ballistik raket proqramları ilə bağlı əməliyyatları qadağan edir. Eyni zamanda, İran neftinin ixrac həcminə məhdudiyyət tətbiq olunur.

Paralel şəkildə, ABŞ Maliyyə Nazirliyi İran neftinin və mayeləşdirilmiş təbii qazının (LNG) satışı və nəqli ilə məşğul olan 50-dən çox fiziki və hüquqi şəxsə, eləcə də gəmilərə məhdudiyyətlər tətbiq edərək İrana qarşı sanksiyaları genişləndirib. Verilən məlumata görə, bu qurumlar milyardlarla dollar dəyərində neft və neft məhsullarının ixracına şərait yaradıb, İrana xeyli gəlir gətiriblər və ABŞ üçün təhlükə yaradan terror qruplaşmalarına dəstək veriblər. Sanksiyalar İran LNG-sinin satışından əldə edilən yüz milyonlarla dolların dövriyyəsini təmin edən şəbəkəni, iyirmiyə yaxın “kölgə” gəmisinin istismarını, Çində neft terminalını və digər fəaliyyətlərə yönəlib.

Bu, Tramp administrasiyasının İran neftini almağa davam edən Çin neftayırma zavodlarını hədəf aldığı dördüncü sanksiyalar paketidir. Yeni tədbirlər iyul və avqust aylarında İran neftinin ixracında əsas vasitəçiləri hədəf alan sanksiyaları tamamlayır.

İrana qarşı sanksiyalar həmçinin Avropa İttifaqından (Aİ) gəlib. Belə ki, Avropa İttifaqı Şurası İrana qarşı 2015-ci ildə dayandırılmış bir sıra sanksiyaların sentyabrın 29-dan qismən bərpasına qərar verib. Bu təşəbbüs isə  “Avropa üçlüyü” dövlətlərindən gəlib.  “Bu gün Avropa İttifaqı Şurası, 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) qüvvəyə minməsindən sonra dayandırılmış, İranın nüvə fəaliyyətləri ilə bağlı bir sıra məhdudlaşdırıcı tədbirlərin bərpasına razılıq verib”, - deyə qurumun yaydığı bəyanatda bildirilir.

Xatırladaq ki, 2015-ci ildə İran ilə “altılıq” (ABŞ, BMT TŞ-nin daimi üzvləri və Almaniya) arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində, Tehran nüvə proqramını məhdudlaşdırmağı, əvəzində isə ona qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasını öhdəsinə götürmüşdü. ABŞ 2018-ci ildə birtərəfli qaydada razılaşmadan çıxıb. İndi isə razılaşmada yer alan digər dövlətlər də İrana münasibətdə sanksiyaların geri qayıtmasına “hə” deyiblər.

İranı qarşıdakı dövrdə çətin sınaq gözləyir. Təzyiqlərin əsas məqsədi Tehranı nüvə proqramı ilə bağlı onun qarşısına qoyulan şərtləri yerinə yetirməyə məcbur etməkdir. Qonşu ölkənin çətin sınaqdan necə çıxacağını isə zaman göstərəcək.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 Oktyabr 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri