“Milləti zəhərləyirsiniz, öldürürsünüz!” “Pınar” yağındanŞİKAYƏT/VİDEO
Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə istehsalı olan “Pınar” kərə yağı müştərinin narazılığına səbəb olub.
“Bakupost” xəbər verir ki, vətəndaş bununla bağlı sosial mediada paylaşım edib.
O, 30 il Türkiyədə yaşadığını və “Pınar” markasının kərə yağından həm qutu, həm də paket formasında istifadə etdiyini bildirib. Vətəndaş bu dəfə eyni markalı yağı “Rahat” marketdən aldığını, lakin məhsulun keyfiyyətinin əvvəl istifadə etdiyindən kəskin fərqləndiyini iddia edib.
“İki dünya bir olsa da, bu, kərə yağı deyil. O qədər pis iyi var! Dünyanın ən iyrənc marqarinini içinə qoyub satırlar. Guya səhər yeməyində istifadə üçündür. Bunu yeməyə belə vura bilmirsiniz, o qədər turş və iyrənc iyi var.
Baxın, bizi necə aldadırlar. Heç biriniz bu yağı almayın. Bunu ağzınıza belə qoya bilməzsiniz. Milləti zəhərləyirsiniz, milləti öldürürsünüz! Bu pulu uşaqlarınızın boğazından necə keçirirsiniz? Haram olsun sizə. Bu pul sizə dərmanlara qismət olsun”, - deyə o bildirib.
Lalə Novruz, BakuPost
Baxış sayı:132
Bu xəbər 14 Sentyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















